Cümə axşamı, 2024-05-02, 1:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Ən mənfur insan təkəbbürlü şəxsdir!
2013-01-01, 1:40 AM
Ən mənfur insan təkəbbürlü şəxsdir!

İmam Əli (ə): «Allahın iblislə əlaqədar gördüyü işdən ibrət alın. Yalnız bircə anlıq təkəbbür ucbatından uzun-uzadı işləri, gərgin səylərini… (ibadətləri) zay etdi. Belə isə, iblisdən sonra (özü də bu qədər yüksək məqamı ilə) kimsə varmı ki, onun etdiyi günaha görə Allahın qəzəb və cəzasından amanda qalsın?» (Nəhcül-Bəlağə, xütbə 192 )

İmam Baqir (ə): «Az və çoxluğundan asılı olmayaraq, insanın ağlından azaltmamış təkəbbür onun qəlbinə yol tapa bilməz.» (Biharul-Ənvar, c. 78, səh. 186, hədis 16)

İmam Sadiq (ə): «Kim təkəbbürdən təmizlənərsə, comərdliyə nail olar.» (Biharul-Ənvar, c. 78, səh. 229, hədis 5 )

İmam Sadiq (ə): «Böyüklük Allaha yaraşır. Buna görə kimsə onun üstündə Allahla çəkişərsə, Allah onu odda alt-üst edər.» (Biharul-Ənvar, c. 73, səh. 215, hədis5)

Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Çox tövbə edənlərdən başqa, hər kim ölsə və qəlbində zərrə qədər təkəbbür olsa, cənnətin ətri burnuna çatmaz.» Ərz etdilər: «Ey Allahın Rəsulu! Mən gözəlliyi sevirəm. Hətta istəyirəm ki, qamçımın bəndi və ayaqqabılarımın qaytanı da gözəl olsun. Bundan təkəbbür və xudpəsəndlik iyi gəlirmi?» Buyurdu: «Ürəyini necə görürsən?» Ərz etdi: «Onu haqqı tanıyan və onunla rahatlıq tapmış tək görürəm.» Buyurdu: «Elə isə bu halət təkəbbür deyil. Təkəbbür odur ki, haqqı yerə atıb nahaqqa üz tutasan və abrını xalqın abrndan, qanını xalqın qanındanüstün tutasan.» (Biharul-Ənvar, c. 77, səh. 90, hədis 3)

İmam Sadiq (ə): «Kim başqalarından üstün olduğunu düşünürsə, o təkəbbürlülərdəndir. Həfəs ibn Qiyas deyir: "Ərz etdim ki, əgər günahkarı görsə və iffətli, günahsız olmasına görə özünü ondan üstün tutsa, necə? Buyurdu: Heyhat, heyhat! Çox da mümkündür ki, o bağışlansın, ancaq sən hesab-kitab üçün saxlanılasan. Məgər Musanın (dövründə) cadugərlərin əhvalatını oxumamısanmı?!» (əl-Kafi, c. 8, səh. 128, hədis 98 )

Allahın Peyğəmbəri (s): «Ən mənfur insan təkəbbürlü şəxsdir.» (Biharul-Ənvar, c. 73, səh. 231, hədis 23 )

Mizanul – hikmə


Category: Seyr-süluk | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]