Çərşənbə axşamı, 2024-05-07, 6:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Cəmkəranda Quran tilavətinə qoşul!
2012-12-26, 12:35 PM

Cəmkəranda Quran tilavətinə qoşul!

Cəmkəran məscidi İranın Müqəddəs Qum şəhərində yerləşir. Xanım Məsumənin (s.ə) hərəmi ilə bu məscid arasında 7 km məsafə var. Cəmkərana müqəddəslik verən onun tikintisində İmam Zamanın (ə) dolayısı ilə iştirakıdır. Tarixi mətnlərə əsasən İmam (ə) özü bu yerdə məscid tikilməsini tövsiyə etmişdir.
İrana, İmam Rizanı (ə) ziyarətə gələnlər ənənəyə uyğun olaraq öncə Qumda Xanım Məsumə (s.ə) və Cəmkəran məscidini ziyarət edirlər.
Müqəddəs Cəmkəran məscidinin xüsusi internet səhifəsi fəaliyyət göstərir. İnternetə çıxışı olanlar http://www.jamkaran.info/quran.aspx linki vasitəsilə məsciddə Quran tilavətində iştirak edə bilərlər. Bundan ötrü linkdə açılmış səhifədə ad və soy adınızı, elektron ünvanınızı qeyd edir, neçə səhifə Quran oxuyacağınızı göstərirsiniz.
Quran tilavəti iki niyyətlə davam edir: İmam Zamanın (ə) zühuru istəyi və həzrətin ata-anasının ruhuna hədiyyə niyyətləri ilə. Bu iki niyyətdən birini seçib tilavətə qoşula bilərsiniz. İnternet fəzasında da axirət üçün azuqə qazanmaq olar. Bismillah!

HaqqYolu

Category: Seyr-süluk | Added by: Ənfal
Views: 811 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]