Bazar ertəsi, 2024-05-06, 8:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Seyr-süluk » Seyr-süluk

Borc ağrısı
2012-12-26, 12:31 PM

Borc ağrısı

HZ. MƏSUMƏNİN KƏRAMƏTLƏRİNDƏN (3,4)

Kəramət (3)

Borcların ödənməsi

Hacı Ağa Təqi Kəmali və Xanım Məsumənin (s.ə) girami xadimi buyurur:
Avqust ayının iyirmi dördündə (min üç yüz ikinci hicri-şəmsi ilinin azər ayında) Xanım Məsumənin (s) müqəddəs hərəmində Xanıma pənah gətirmişdim. Yeni salonun yuxarı tərəfində olan otaqların birində idim. Günlərim acı və çətinliklə keçirdi. Tam əziyyətlə məişət sıxıntısı içində yaşayırdım. Öz yaşayış xərclərimi ətraf dükanlardan borc almaqla təmin edirdim.
Günlərin bir günü sübh namazını qıldıqdan sonra Xanım Məsumənin (s.ə) hüzuruna (pak məzarına) getdim. Öz pis vəziyyətimi Xanıma ərz etdim. Bu vaxt dizimin üstə bir kisə pul gördüm. Bu işdən heyrətləndim. Həmin pullarla öz borclarımı ödədim və borcların fikirini çəkməkdən rahat oldum. Həmin pulları on dörd ay xərclədim. Bu minvalla günlərin bir günü Ağa Həsən Müctehidin dəyərli övladı Höccətülislam vəl-muslimin Hacı Şeyx Hüseyin Hərəm Pənahi təşrif buyurub mənim məişət vəziyyətim barəsində maraqlandı. Mən Xanım Məsumənin (s.ə) inayət etməsini ona danışdım. Həmin bərəkətli hədiyyə o günlərdə tamam oldu.
Müəllif deyir: Bu nurlu kəraməti uyğun kitabın on səkkizinci dastanının sonunda qeyd etmişdik. Amma hal-hazırkı nəqldə başqa xüsusiyyətlərin olduğu üçün bunu ayrıca qeyd etməyi müvafiq bildik. Həmin xüsusiyyətlər aşağıda sadalananlardan ibarətdir:
1.Tarix (azərin iyirmi dördü min üç yüz ikinci hicri-şəmsi ili)
2. Məbləğ (dörd tümən)
3. Müddət (on dörd ay)
4. Şəxs (Mərhum Hacı Şeyx Hüseyin Hərəm Pənahi)

Kəramət (4)

Hacı Ağa Səbzvari buyurur: Günlərin bir günü müqəddəs Məşhəd şəhərində mərhum Ayətullah Müctehidinin xidmətində idim. Alicənab Seyyid də orada idi. Bir səbəbə görə Xanım Məsumənin (s.ə) məqamı barəsində söhbət düşdü. O buyurdu: Qəlbdə olan hacətləri vermək Xanım Məsumənin (s) pak hərəminin xüsusiyyətlərindəndir. Qəlbdə olan hacətləri zikr etməyə ehtiyac yoxdur. O bu mətləbin üzərində təkid edirdi.
Müəllif də bu mətləbi ondan dəfələrlə eşitmişdi.
O buyururdu: Mən müqəddəs Məşhəd şəhərindən Qum şəhərinə qayıdırdım. Öhdəmdə borc var idi deyə bu məsələ fikirimi məşğul etmişdi. Pak hərəmə getdim. Ağa Kuhexezri adlı hərəm xidmətçsi dostum idi. Onunla rastlaşdım. Bu məsələni ondan soruşdum. O dedi ki, bəli, həqiqətdir! Ona dedim: İndi mənim hacətim var. O dedi: Xanım Məsumə (s.ə) hacətini rəva edəcək. Ona dedim: Haradan bilirsən? O dedi: Mənim boynuma. Ona dedim: Zamin durursan? Dedi ki, bəli!
Kiçik salona getdim. Xanımın zərihinin qarşısında qəlbimdən keçdi ki, Xanım, sizin xidmətçilərinizdən biri bu işi öhdəsinə götürüb. Bunu qəlbimdə deyib getdim.
Bir-iki saat keçməmiş dostlardan birini gördüm və o mənə dedi: Harada idin? Artıq bir saatdır ki, sənin ardınca gəzirəm. Sənin ardınca filan yerə getdim; ordan başqa yerlərə də getdim, bəs harada idin?
Həmin dostum borcum olan miqdarda mənə pul verdi. Bununla Xanımın hərəminin uyğun xüsusiyyəti isbat olundu.

HaqqYolu Tərcümə Mərkəzi

Category: Seyr-süluk | Added by: Ənfal
Views: 822 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]