Şənbə günü, 2024-04-27, 12:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Salavat - əziz Peyğəmbərə (s) vəfadarlıq və məhəbbət rəmzidir
2013-01-23, 8:21 PM
Salavat - əziz Peyğəmbərə (s) vəfadarlıq və məhəbbət rəmzidir


(Tebyan saytına istinadən)

İnsanı Allaha yaxınlaşdıran zikrlərdən biri də Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməkdir. Əziz Peyğəmbərə (s) salavat göndərmək, göndərəninə çox sayda savab qazandırar. Bununla yanaşı, Peyğəmbərə (s) salavat göndərmək Həzrətin (s) adının cavidan qalmasına səbəb olar. Ona görə də varlıq aləminin Xaliqi özü həmin adama salavat göndərir. "Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. ("Əhzab” 56).



Həzrət Peyğəmbər (s) varlıq aləmindəki dəyərli bir gövhərdir. Allahın lütfü ilə insanların arasında yaşamış və bizləri düz yola hidayət etmişdir. Onun məqamının dəyərini bilmək lazımdır. O Həzrət (s) elə bir insan idi ki, adi insanların arasından qalxmışdı. O, adi bir insan deyildir, bəlkə bütün dünya varlığında cəm olmuşdu.



Əbu Həmzə Somali Həzrət Peyğəmbərin (s) tərəfdaşlarından olan Kəəb ibni Əcuh haqqında belə nəql edir: "O zaman ki, "Əhzab” surəsinin 56-cı ayəsi nazil olur, dedik: "Ya Rəsullah! Sənə salam göndərməyi bilirik, bəs salavat nədir?”. Həzrət (s) buyurdu: "Deyin: Allahım! Salavat və bərəkətini Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) qərar ver. Necə ki, İbrahimə (ə) və Ali-İbrahimə qərar vermişdin. Həqiqətən, Sən sitayiş edilən və bağışlayansan. Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) bərəkət bağışla, necə ki, İbrahimə (ə) və Ali-İbrahimə bağışlamışdın. Sən sitayiş edilən və böyüksən”.



Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü mənə layiq insan o kəsdir ki, mənə daha çox salavat göndərər”.



Salavatın keyfiyyəti haqqında Əhli-beytdən (ə) gələn hədislərdə açıq-aydın deyilir ki, Həzrət Muhəmmədə (s) salavat göndərən zaman Ali-Muhəmmədi (ə) də bu salavata əlavə etmək lazımdır. Bu, əhli-təsənnündən olan hədislərdə də təsdiqini tapır. Əks halda salavat natamam qalmış olar. Həzrət Peyğəmbər (s) buyurur: "Mənə naqis salavat göndərməyin”. Soruşdular: "Ey Rəsulallah! Naqis salavat nədir?” Həzrət (s) buyurur: "Allahummə salli alə Muhəmməd (ə)”, deyilən zaman”. (yəni Ali-Muhəmməd demədən, salavat naqis olur).



İmam Sadiq (ə) nəql edir ki, bir gün Həzrət Peyğəmbər (s) İmam Əlidən (ə) soruşdu: "İstəmirsən ki, sənə müjdə verəm?”. İmam (ə) buyurdu: "Niyə, atam, anam sənə fəda olsun. Sən həmişə xeyir müjdə verənsən”. Həzrət Peyğəmbər (s) buyurur: "Bir neçə dəqiqə əvvəl Cəbrayil (ə) mənə qəribə bir şey dedi”. İmam (ə) soruşdu: "Nə dedi, ya Rəsulallah!”. Həzrət (s) buyurdu: "Cəbrayil (ə) mənə dedi: "Əgər kimsə mənə salavat göndərsə, ondan sonra mənim Əhli-beytimə (ə) də salavat göndərsin. Səmanın qapıları onun üzünə açılar, mələklər ona 70 salavat göndərərlər. Bu əməl günahların tokülməsinə səbəb olar. Necə ki, yarpaq ağacdan tökülər, günahlar da tökülər. Allah Təala buyurur: "İstəyini yerinə yetirdim, səadət sahibisən”. Sonra mələklərə xitab edərək, buyurur: "Mələklərim! Siz ona 70 salavat göndərirsiniz, Mən 700 salavat””. Həzrət Peyğəmbər (s) əlavə etdi: "Ancaq o zaman ki, mənə salavat göndərirlər, Əhli-beytimə (ə) göndərmirlər, o salavat ilə səma arasında 70 hicab olar. Allah buyurur: "İstəyini yerinə yetirmədim, səadət sahibi olmadın”. Onun duası yuxarı qaldırılmaz. Ancaq o zaman qalxar ki, Peyğəmbərin (s) itrətini də ora əlavə edər”.



Salavatın xüsusi zamanı və məkanı yoxdur. Ancaq hədislər cümə günü və cümə gecəsi salavat göndərməyi daha çox vurğulayır. Həzrət Peyğəmbər (s) buyurur: "Cümə günü və cümə gecəsi olan zaman mənə çoxlu salavat və salam göndərin”.



Hədislərin bəzisində deyilir ki, cümə günü Peyğəmbərə (s) min dəfə salavat göndərək, qalan günlərdə isə yüz dəfə. İmam Baqir (ə) buyurur: "Cümə günü heç bir ibadət mənim üçün Muhəmmədə (s) və Ali-Muhəmmədə (s) salavat göndərməkdən sevimli deyildir”.



Həzrət Peyğəmbər (s) buyurur: "Harada olursunuzsa-olun, mənə salavat göndərin. Çünki sizin salavatınız hər bir məkandan mənə çatır”.



Salavatın mühüm zaman və məkanları:



1. Dəyərli olan hər bir sözün başlanğıcında: moizədə, xütbədə.



2. Həzrət Peyğəmbərin (s) adının çəkildiyi hər yerdə.



3. Dəstəmazın əvvəlində və axırında.



4. Məscidə daxil olanda və yanından keçəndə.



5. Namazı gözləyən zaman, xüsusilə də sübh və şam namazlarını.



6. Duadan əvvəl və sonra.



7. Cümə namazının xütbələrində, bayram namazlarında.



8. Hər gecə-gündüz.



9. Mübarək Rəcəb ayında.



10. Şəban və Ramazan aylarında.



11. Gülü və reyhanı iyləyən zaman.



12. Asqırandan sonra, özün və ya başqası.



13. Zikr edən və Allahın adını çəkən zaman.



14. Səfərə iradə edən zaman.



15. Miniyə minən zaman.



16. Həccdə "Allahummə ləbeyk” deyəndən sonra.



17. Məscidul-hərama daxil olan zaman.



18. Səfa ilə Mərva arasında səy edən zaman.



19. Ərəfə günündə vida edən zaman.



20. Allahı zikr edəndə və adını yada salan zaman.



21. Qurban kəsən zaman və heyvanın başını kəsən zaman.



22. Mədinə yolunu gedən zaman.



23. Həzrət Peyğəmbərin (s) hərəmini müşahidə edən zaman.



24. Həzrət Peyğəmbərin (s) qəbrinə diqqət edən zaman.



25. Hədis dərsinə başlayan zaman.



26. Məclisdən qalxan zaman.





Allah bizə kamil və ixlaslı salavat deməyi nəsib etsin!



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 1046 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]