Şənbə günü, 2024-05-04, 8:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

İman, yoxsa küfr?
2012-11-08, 10:39 AM
İman, yoxsa küfr?

Böyük oğlunun adı Talib olduğundan ona Əbu talib (Talibin atası) ləqəbi verilir.. Atası Əbdülmütəllibin bir neçə oğlu olsa da Talib xüsusi hörmət sahibi idi. Əbdülmütəllibin vəfatından sonra Qüreyş camaatı onu özünə rəhbər seçir və o, Məkkənin ən nüfuzli şəxsiyyətlərindən birinə çevrilir.

İmam Sadiq (ə) Əbu Talibin imam gətirməsi barədə buyurur;" Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə, camaatın imanını o biri gözünə qayarlarsa, heç şübhəsiz ki, Əbu Talibin imanı onların hamısının imanından ağır gələr".

Gəlin məzhəb təəssübkeşliyini bir kənara qoyaq, Əbu Talibin həyatına nəzər salıb həqiqəti olduğu kimi qəbul edək.

Əbu Talin besətdən 75 il əvvəl Məkkənin adlı-sanlı ailələrindən birində dünyaya gəlir.
Böyük oğlunun adı Talib olduğundan ona Əbu Talib (Talibin atası) ləqəbi verilir. Atası Əbdülmütəllibin bir neçə oğlu olsa da, Talib xüsusi hörmət sahibi idi. Əbdülmütəllibin vəfatından sonra Qureyş camaatı onu özünə rəhbər seçir və o, Məkkənin ən nüfuzli şəxsiyyətlərindən birinə çevrilir.

İmam Sadiq (ə) Əbu Talibin iman gətirməsi barədə buyurur:" Əgər Əbu Talibin imanı tərəzinin bir gözünə, camaatın imanı o biri gözünə qoyularsa, heç şübhəsiz ki, Əbu Talibin imanı onların hamısının imanından ağır gələr".

ALLAH DƏRGAHINA UZANAN ƏLLƏR

1. Hz. Muhəmməd (s.ə.s) dünyaya gəldiyi il Məkkə və ətraf məntəqələrdə quraqlıq hökm sürürdü. Əbu Talib qardaşı oğlu Muhəmmədi (s.ə.s) qucağına alaraq Kəbəyə tərəf gəlir. Uşağı asımana qaldıraraq bu duanı deyir:" Pərvərdigara! Bu uşağın xatirinə Öz bərəkət yağışını yağdır". Çox keçmir ki, Məkkənin üzərini qara buludlar alır və Məkkəyə leysan yağır. Tarixçi Şəhristani bu haqda yazır:" Əbu Talibin Kəbənin kənarında Allahdan yağış diləməsi onun tək olan Allaha iman gətirməsindən xəbər verirdi".

YAZILAN ŞERLƏR

2. Tarix kitablarında "Əbu Talibin divanı" adlı şer məcmuəsinə də rast gəlirik. Burada yazılan şerlərin heç birində büt və bütpərəstlikdən xəbər verilmir. Əksinə, onların böyük bir hissəsinin təkallahlıq ruhunda yazıldığı bəlli olur. Peyğəmbər (s.ə.s) hicrətdən əvvəl müsəlmanlarla birlikdə mühasirədə olduğu illərdə belə, o, təkallahlıq haqqında şerlər yazaraq kömək məqsədilə onu ətraf qəbilələrə göndərir.

PEYĞƏMBƏRİN (S,Ə,S) DİLİNDƏN

3.Hz. Muhəmməd (s.ə.s) əmisi Əbu Talib barədə bu sözləri buyurur:" Əmin Əbu Talib Qureyşin möminidir".

MƏSUM İMAMLARDAN

4. Məsum İmamlardan nəql olunan hədislərdə də Əbu talibin iman gətirdiyi açıq-aşkar bəlli olur. İmam Səccaddan (ə) nəql olunan hədisdə buyrulur:" Camaatın Əbu Talibin kafir hesab etmələrinə təəccüb edirəm. Məgər onlar bununla Peyğəmbər (s.ə.s) və Əbu Talibə tənə vurduqlarını bilmirlər? Məgər onlar müsəlmanın qeyri-müsəlmanla ailə qurmasını qadağan edən ayəni axumayıblar? Fatimə bint Əsəd iman gətirdiyi bir halda, onların zənn etdiyi kimi küfr içində olan Əbu Taliblə bir evdə yaşaya bilərdi? Məgər onlar Əbu Talibin ömrünün sonunadək Fatimənin həyat yoldaşı olduğunu bilmirlər?!".

ƏLAQƏNİN KƏSİLMƏSİ

5. Əbu Talib ömrünün son illərində Məkkə müşrükləri ilə bütün əlaqəni kəsir ki, bu da məkkəlilərin həm onu, həm də Hz. Muhəmmədin (s.ə.s) tərəfdarları ilə birlikdə iki il mühasirədə saxlanılmasına səbəb olur. Onu da qeyd edək ki, Əbu Talib məhz həmin dövrdə aclıq və susuzluqdan əziyyət çəkərək dünyasını dəyişir.

AŞKAR HİMAYƏDARLIQ

Hz. Muhəmməd (s.ə.s) dəvətini aşkar etdiyi ilk gündən Əbu talib onu müdafiə edən və bunu qorxmadan hamıya bəyan edən yeganə şəxs olur. Əbu Talib Peyğəmbəri (s.ə.s) kölgədək təqib adərək altı il sərasər onu mudafiə edir və heç vaxt onun müdafiəsində süstlük göstərmir.

SON VƏSİYYƏT

Əbu Talib ölüm yatağında olduğu zaman yaxınlarını çağıraraq buyurur:"Nə qədər ki, Muhəmmədin (s.ə.s) sözünə qulaq asıb onun ardınca gedəcəksiniz xeyr-bərəkət sizinlə olacaq. Onu müdafiə edin ki, haqqa hidayət olunasız".

VƏFAT

7. Əbu Talib besətin 10-cu ilində, rəcəb ayının 26-da 81 yaşında Hz. Xədicədən az sonra dünyasını dəyişir. Peyğəmbər (s.ə.s) əmisinin ölüm xəbərini eşitdiyi zaman onun nəşi üzərinə gəlir, ağlaya-ağlaya əlini bədəninə qoyaraq buyurur:" Əmican, uşaqlıqda məni tərbiyyə etdin, yetim qaldıqda məni qanadının altına alıb himayə etdib, böyüdükdə məni müdafiə etdin. Allah mənim tərəfimdən sənə xeyir versin". Bundan sonra İman Əliyə (ə) atasını İslam qanunları ilə qüsl verib, kəfənləməsini tapşırır. Meyyid namazını isə şəxsən özü qılır.
Maraqlıdır, görəsən bu qədər dəlil və sübutlar olduğu halda, nə üçün məhz Əbu Talibin üzərində dayanırlar?! Məgər Əli ibn Əbu Talibdən (ə) başqa bütün səhabələr cahiliyyət dövrünü arxada qoyub İslamı qəbul etmədilərmi? Görəsən, Əbu Talib İmam Əlinin (ə) atası olmasaydı, məsələyə bu qədər həssaslıq nümayiş etdirərdilər? Əbu Talib küfr halında dünyasını dəyişsəydi, yuxarıda sadalananları onun barəsində demək və ya icra etmək olardımı?

İMAM ƏLİ (Ə) BUYURUR:

" And olsun Allaha! Nə atam, nə babam Əbdülmütəllib, nə cəddim Hişam və nə də onun atası Əbdülmənaf bir gün də bütə pərəstiş etməmişlər". Ondan:" Bəs nəyə pərəstiş etmişlər?" soruşduqda buyurur;" Onlar hamılıqla tək olan Allaha pərəstiş etmiş və Hz. İbrahimin (ə) dinində qalaraq Kəbəyə doğru namaz qılmışlar".
Category: Dini | Added by: Ənfal
Views: 708 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]