Bazar günü, 2024-12-22, 4:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Hürr ibn Yezid
2012-11-21, 3:44 PM
Hürr ibn Yezid

Bu günə qədər kim idin – imansız, günahkar, təqvasız – fərqi yox. Bundan sonranı düşün. İslam azğın keçmişinə görə peşman olan hər kəsə qucaq açır. Demə ki, geriyə yol yoxdur. Bu şeytanın təlqinidir. Allaha qayıdış yolu hər zaman açıqdır…
Cəfərilər: İmam Hüseynin (ə) karvanı bir neçə məntəqədən keçib Şərafa yetişdi. İmamın qarşısını kəsmək tapşırığı almış Hürr ibn Yezid xeyli döyüşçüsü ilə birgə bu məntəqədə İmama çatdı. Hürrün qoşununu susuz, yorğun görən İmam öz köməkçilərinə göstəriş verdi ki, Hürrün əsgərlərinə su versinlər. Hürrün əsgərlərindən biri belə xatırlayır: "Mən susuz və yorğun olduğumdan qoşundan dala qalmışdım. Düşərgəyə daxil olanda gördüm ki, Hüseynin yaxınları bizim əsgərlərə su paylayırlar. Mənə baxan olmadığını görən Hüseyn (ə) əlində su məşki (tuluq) mənə yaxınlaşdı. Mənim taqətdən düşdüyümü görən həzrət məşki əlində tutaraq su içməkdə mənə kömək etdi.”
Günorta namazının vaxtı çatdı, İmamın müəzzini azan verdi. İmam (ə) Hürrə buyurdu: "Sən öz qoşununla namazını qıl.” Hürr İmamla birgə namaz qılıb, ona iqtida edəcəyini bildirdi. Namazdan sonra Hüseyn (ə) Hürrün qoşununa müraciətlə xütbə oxudu və əsil həqiqəti açıqladı. İmamın xütbəsi başa çatdıqdan sonra Hürr dedi: "Bizə əmr olunub ki, sizi Kufəyə, ibn Ziyadın yanına aparaq.” İmam bu sözlərdən qəzəbləndi və üzünü yaxınlarına tutub geri dönmək əmri verdi. Hürrün yolu kəsdiyini görən İmam (ə) buyurdu: "Anan əzanda otursun, bizdən nə istəyirsən?” Hürr dedi: "Bir başqası anamın adını çəksəydi, ona cavab verərdim. Amma sənin anan haqqında dilimdən təzimdən başqa bir söz gəlməz.”
Bununla belə, Aşura günü İmamın (ə) fəryadını eşidən Hürr özünü ona çatdırdı və ərz etdi: "Sənə fəda olum, ey Peyğəmbər övladı! Mən yolunu kəsib səni qayıtmağa qoymayan, sənin bu bəla dolu torpaqda qalmağına bais olan adamam. Heç vaxt güman etməzdim ki, bu camaat səninlə vuruşub, belə rəftar edə. Artıq peşmanam və Allahın dərgahına tövbə edirəm. Allah mənim tövbəmi qəbul edərmi?” Həzrət buyurdu: "Bəli, Allah tövbəni qəbul edər və günahını bağışlayar.” Maraqlı bir nöqtəyə diqqət edək: Hürrün İmam Hüseynə (ə) qoşulması hadisələrin nəticəsini dəyişə bilərdimi? Əlbəttə ki, Aşura günü artıq hər şey məlum idi, İmam və ətrafındakılar şəhadətə qucaq açmışdılar. Demək, İmam Hüseyn (ə) Hürrü qəbul etməklə hərbi qüvvəsini artırmaq yox, daha bir insanın hidayətinə, islahına cəhd edirdi. Budur övliya mərhəməti!

Hürr ibn Yezid İmama qoşuldu və çox keçməmiş şəhadət camını başına çəkdi. Yarıcan Hürr imamın hüzuruna gətirilərkən o həzrət əlini onun üzünə çəkib buyurdu:”Sən ananın qoyduğu ad kimi insansan, sən dünya və axirət azadəsisən.”

haqyolu.com


Category: Dini | Added by: Ənfal
Views: 1392 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/2
Total comments: 2
0  
2 GADİR   (2012-11-28 11:23 AM) [Daxil et]
Salam aleykum və rəhmətullahi və bərəkətuh.
RE;-Bu günə qədər kim idin – imansız, günahkar, təqvasız – fərqi yox. Bundan sonranı düşün. İslam azğın keçmişinə görə peşman olan hər kəsə qucaq açır. Demə ki, geriyə yol yoxdur. Bu şeytanın təlqinidir. Allaha qayıdış yolu hər zaman açıqdır…ELHƏMDULİLLAH.
Hədisdən-Peyqəmbər(s.ə.s.)buyurub; Kim ömrün axirina bir ay qalmiş tövbə edsə-gəbuldur. Kim ömrünə bir həftə qalmiş tövbə edsə tövbəsi qəbuldir. Kimin ömrünə bir gündə qalmiş tövbə edsə tövbəsi qəbuldir.Allah tövbələri gəbul edən və bağişlayandi.
Bu hədisin nəticəsindən belə nəticə etmək olarki insan hər zaman ölümün duymali və tövbəyə tələsməlidir "Allaha qayıdış yolu hər zaman açıqdır…"
Allah razi olsun, salam aleykum.

0  
1 leyl   (2012-11-27 8:39 PM) [Daxil et]
deyerli melumatlara gore cox saqolun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]