Şənbə günü, 2024-05-04, 7:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Həzrət Əlinin (ə) tərbiyəsi və Nəhcül-bəlağənin məqamı (2)
2012-11-09, 2:22 AM
Həzrət Əlinin (ə) tərbiyəsi və Nəhcül-bəlağənin məqamı (2)

Ədiyy ibn Hatəm Tayi Əmirəl-Mömininin (ə) əzəmətli səha-bələrindən olub. O, Siffeyn müharibəsində həzrət Əlinin (ə) yanında olub və həmin müharibədə onun Tərif, Tarif və Türfə adlarında üç oğlu şəhid olub. Əmirəl-Mömininin (ə) şəhid olmasından və xilafət Müaviyəyə keçdikdən sonra bir gün Ədiyy Müaviyənin yanına gedir. Müaviyə ona deyir: «Ey Ədiyy! Tərif, Tarif və Türfə haradadır?» Ədiyy deyir: «Siffeyn müharibəsində Əli ibn Əbu Talibin (ə) hüzurunda şəhid oldular».


Müaviyə deyir: «Əli səninlə insafla davranmadı. Sənin oğullarını qabağa göndərdi və öldülər, amma öz oğlanları salamat qaldılar». Ədiyy deyir: «Yox, mən Əli barədə insafla davranmadım, o getdi, mən isə qalmışam». Müaviyə deyir: «Əlini mənim üçün təsvir et». Ədiyy deyir: «Məni üzürlü hesab et». Müaviyə deyir: «Mümkün deyil». Ədiyy deyir: «İzzət və kəramətin son həddin- də, çox güclü və qüvvətli idi. Ədalətli danışar, qəti hökm çıxarardı. Onun hər tərəfindən elm püskürər, başından hikmət qaynayıb çıxardı».


Ədiyy beləcə sözünü davam etdirir və həzrət Əlinin (ə) müxtəlif xüsusiyyətləri barədə danışır. Müaviyənin gözlərindən yaş axmağa başlayır. O, qolu ilə göz yaşlarını silib deyir: «Allah Əbül-Həsənə (yəni Əliyə) rəhmət eləsin, həqiqətən, elə idi». Müaviyə daha sonra deyir: «Onun yoxluğuna necə səbir edirsən?» Ədiyy dedi: «Oğlunun başı ətəyində kəsilmiş şəxs kimi».


Nəhcül-bəlağə, həqiqətən, nəfis bir kitab, xəzinədir. O, ruhu qidalandırır, ona rahatlıq və xatircəmlik gətirir. Nəhcül-bəlağə nurdur, ensiklopediyadır. Çünki onda müxtəlif mövzulardan - tovhiddən, Allahın sifətlərindən, nübuvvətdən, məaddan, dün- yanm yaradılmasından, insanın yaradılmasından, İslamdan, Qurandan, şəriət hökmlərinin fəlsəfəsindən, Peyğəmbərin (s) Allahın elçisi olaraq göndərilməsindən, həzrət Peyğəmbərin (s) İslam dəvətinin dünyadakı təsirlərindən yüksək dərəcə söz açılmış və təhlil edilmişdir.


Bunlardan əlavə, onda moizələr, əxlaqi göstərişlər, eləcə də səbr, şücaət, iffət, təqva, müqavimət, əzmkarlıq, iradə, təfəkkür, ibrət, azadlıq, mənəvi saflıq barədə tövsiyələr, təəssübkeşlikdən, öyünməkdən, təkəbbürdən, yalandan, zülmdən, riyakarlıqdan və bu kimi sifətlərdən çəkinmək haqda göstərişlər vardır.


Bunlardan əlavə, bir sıra ictimai məsələlər - fitnələr, onların yaranma səbəbləri və nəticələri haqda, vəhdət və ixtilaf, onların nəticələri, izzət və şövkət, zillət və köləlik, ədalətin əsasları, bərabərlik, hüquqlar, hökumət, qanun, rəhbər və rəiyyətin və- zifələri, insanların bir-birinə münasibətdə vəzifələri və sairə - barədə də söhbətlər vardır. Bu kitabda bunların hamısı barədə söhbətlər vardır.


Cihad barəsində çox yüksək və həkimanə sözlər, həmçinin döyüş göstərişləri var. O həzrət (ə) ictimai məsə- lələri və öz zamanında baş vermiş fitnələri kamil şəkildə təhlil etmişdir. Buna misal olaraq, Osmana qarşı qiyamı və onun qətlə yetirilməsi hadisəsini, həmçinin Cəməl, Siffeyn, «həkəmeyn» və xəvaric fitnələrini göstərmək olar.


Deyilənlərdən başqa, Nəhcül-bəlağənin bir hissəsi də gələcək hadisələr və xəbərlər barəsindədir ki, o həzrət (ə) onları əziz Peyğəmbərdən (s) eşitdiyini buyurur. Misal olaraq, Bəsrəvə Kufənin gələcəyi, zənci fitnəsi, Əbdülməlik və Həccacın zülmləri və əməvilərin sonu barəsindəki kəlamları göstərmək olar. Bəzi hissələr də özü barəsində və özünün həmin dövrün insanlarının istəyi ilə düz gəlməyən davranış tərzi və siyasəti haqdadır.


Onda peyğəmbərlərin tarixinə, şəriət hökmlərinin fəlsəfəsinə də müxtəsər işarələr edilmişdir. Nəhcül-bəlagə namaz, oruc, həcc, cihad, zəkat, qohumlarla əlaqə, əmr be məruf və nəhy əz münkər barəsində də söz açmışdır. Onda elm, mal və onların müqayisəsi barəsində də bir sıra materiallar mövcuddur. Həmçinin onda çox yüksək və canlı qəhrəmanlıqlar, eləcə də qəlb, seyri-süluk, Allahın zikri, saflıq, mənəviyyat, tövbə, istigfar və dua barəsində də irfani və incə mövzular yer almışdır.


Ümumilikdə əgər bu nəfis kitabda olan mövzular sayılsa, təqribən yüz mövzu olar və onların hamısı maraqlıdır. Əmirəl- Mömininin (ə) kəlamlarında bəzi mövzulara daha çox rast gəlmək mümkündür və o həzrət bəzi məsələlərə xüsusi diqqət yetirmişdir. Onlardan biri də tovhid və Allahın sifətləri mövzusudur.


Əmirəl-Mömininin kəlamlarında Allahın təkliyi, elmi, qüdrəti, lütf və hikməti barəsində çox danışılmışdır. Bəzən geniş bir xütbə bu mövzuda danışır. Bu mövzular o qədər yüksək və həkimanə bəyan edilmişdir ki, Əmirəl-Mömininin (ə) mənəvi şəxsiyyəti qarşısında onun mübarək qəlbinin elm və məarifi nübuvvət çırağından götürməsini, məna aləmi ilə əlaqə yaratma- sını, Cübran Xəlil Cübranın dili ilə desək, «Onun Allahın kənarında olmasını, gecəni Allahla keçirməsini» etiraf etməkdən başqa çarəmiz qalmır.


O həzrətin çox diqqət yetirdiyi mövzulardan biri də tərki- dünyalıq, zahidlik, pəhrizkarlıq, axirətə diqqət, ölümün yada salınması, ömür günlərini qənimət bilməkdir. İmam Əlinin (ə) bu barədəki kəlamları insanlara paklıq və təmizlik təlqin edir, onla- rın gözündə dünya zinətlərini, bəzək-düzəyini, maddiyyatı kiçildir, alçaldır, mənəviyyatın dəyərini olduqca artırır.


Seyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Əmirəl-Mömininin xüsusiyyətlərindən biri də budur ki, adam onun moizə, zahidcəsinə olan kəlamlarına qərq olanda həmin sözlərin sahibinin zahidlik və tərki-dünyalıqdan başqa bir şey bilməməsini, bir evin küncünə çəkilərək güşənişinlik etməsini, yaxud rahiblər kimi bir mağarada, hər şeydən və hamıdan uzaq bir dağın ətəyində yaşadığını və onun ruhuna bu cür hiss və düşüncələrdən başqa heç nəyin hakim olmadığını güman edir.


Adam inana bilmir ki, bunları deyən şəxs həm də müharibə meydanının qəhrəman əsgəridir və ömrünün bir hissəsini qaniçənlər və ita- ətsizlərlə döyüşdə keçirib. Bu - ziddiyyətləri bir yerə toplamaq - Əmirəl-Mömininin (ə) heyrətamiz xüsusiyyətlərindəndir və mən bu məsələni dəfələrlə dostlarımla müzakirə etmişəm, onlar da mənim kimi heyrət içində qalırlar».


Bu kitabda Əmirəl-Mömininin (ə) daha çox diqqət yetirdiyi digər bir mövzu ictimai hüquq, ədalət, bərabərliyə riayət edilməsi, həmçinin zülm, haqsızlıq və həddin aşılması ilə mübarizədir. O həzrət (ə) öz kəlamlarının çoxunda bu mövzuya xüsusi diqqət yetirmişdir. O özü əməldə ədalət və bərabərlik simvolu olduğu kimi, bu mövzu onun kəlamlarında da özünü göstərir.


Əmirəl-Möminin (ə) bu yolda çox çalışar, güclü və zəif tanımaz və buyurardı ki, güclü zay etdiyi haqqı ondan geri almayınca mənim üçün zəifdir. Həmçinin zəif əlindən alınmış haqqmı alıb özünə qaytarmayınca mənim üçün güclüdür. Ortada ədalət və haqq məsələsi olan zaman nə övlad tanıyırdı, nə qardaş, nə qohum, nə dost, nə də başqa bir kəs. Əmirəl-Mömininin (ə) kəlamlarında bəşər cəmiyyətində mövcud olan müxtəlif haqlar barəsində - «haqq»ın ümumi olması, bir dəstənin xeyiri, başqa bir dəstənin ziyanı üçün təyin edilməməsi, xeyirinə olan şəxsin həm də əleyhinə olması, haqq olan yerdə vəzifənin də yaranması, haqqın bir dəstəyə məxsus olub vəzifənin başqa bir dəstənin öhdəsinə düşməməsi haqda çox danışılmışdır.


Əmirəl-Mömininin (ə) kəlamlarında nisbətən çox toxunulan məsələlərdən biri də cəmiyyətin idarə edilməsində o həzrətin özünün tabe olduğu xüsusi siyasət və məxsus üsuldur. O özü işlərin idarə edilməsində tam səmimi, aydın, riyasız,, hiylədən, kələkdən, aldatmaqdan, nifaqdan uzaq idarəçilik üsulundan istifadə edirdi və öz işlərinə yalan və hiylə-kələk qatmağa heç cür razı olmurdu.


Bu mövzuların bəzisi, gərək, diqqətlə və o həzrətin kəlamının bütün cəhətləri nəzərə alınaraq təfsir və şərh edilsin. Bir də görürsən ki, kimsə o həzrətin kəlamının bir hissəsini götürür və onu Əmirəl-Mömininin digər kəlamlarını nəzərə almadan, o həzrətin əməl və davranışına diqqət yetirmədən elə təfsir edir ki, Əmirəl-Mömininin təlimlərinin ruhu ilə düz gəlmir. Allahın istəyi ilə biz bu söhbət üçün nəzərdə tutulan müddətdən yerdə qalan üç-dörd gecədə hər gün təfsir və izaha ehtiyacı olan mövzuların biri barəsində danışacağıq.


Əmirəl-Mömininin (ə) həyatında özünü aşkar şəkildə göstərən şeylərdən biri də söz ilə əməlin düz gəlməsi, uzlaşmasıdır. Əmirəl-Möminin (ə) yaxşı natiq olmamışdan qabaq, yəni məsələn, zahidlik və təqva barəsində yaxşı söhbət etməmişdən əvvəl özü zahidiik, təqva və paklığın ən yüksək həddində durur. Həmçinin qəlbin halları, incə irfani mənalar barəsində danışmamışdan qabaq özü mənəvi səfərdə olan arif və bəsirət sahibidir.

Həzrət Əli (ə) İslamın uca mənafeyi barəsində həm dildə danışdı, həm də əməldə comərdliyin son həddində göstərdi ki, İslamın uca mənafeylərini qorumaq üçün öz şəxsi haqlarına göz yumur və İslamın xeyirini öz şəxsi xeyirindən üstün tutur. Söz ilə əməlin, dildə deyiləniə əməldə edilənin üst- üstə düşməsi ən böyük insani fəzilətdir və həzrət Əlinin (ə) misilsiz dərəcədə sevilməsinin sirri də budur.



ihq.az
Category: Dini | Added by: Ənfal
Views: 702 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]