Şənbə günü, 2024-05-04, 9:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Həzrət Əlinin (ə) tərbiyəsi və Nəhcül-bəlağənin məqamı (1)
2012-11-09, 2:24 AM
Həzrət Əlinin (ə) tərbiyəsi və Nəhcül-bəlağənin məqamı (1)

Həzrət Peyğəmbərin (s) Əlini (ə) uşaqlığından öz yanına gətirib, evində onun təlim-tərbiyəsi ilə məşğul olması barədə alimlər arasında yekdillik mövcuddur. İmam Əli (ə) lap əvvəldən həzrət Peyğəmbərin (s) əxlaqı ilə tanış olub. Həzrət Peyğəmbərin (s) İmam Əlini (ə) uşaqlıqdan əmisindən necə alıb öz yanına gətirməsi və hətta özü ilə gizli ibadət etdiyi yerə aparması barədə tarixçilər müxtəlif səbəblər qeyd ediblər.


Onlarm bəzisi bu məsələyə yalnız Əbu Talibə minnətdarlıq və kömək etmək baxımından yanaşıblar. Çünki həzrət Peyğəmbər (s) özü uşaqlıqda babası Əbdül-Müttəlibin və Əbdül-Müttəlibdən sonra əmisi Əbu Talibin himayəsində olub. Odur ki, Əbu Talibin bu baxımdan həzrət Peyğəmbərin (s) boynunda böyük haqqı olub. O, uzun illər əziz Peyğəmbərin (s) yaşayış ehtiyaclarını və xərclərini təmin edib. Yazırlar ki, həzrət Peyğəmbər (s) əmisi Əbu Talibin həmin zəhmət və qayğısının əvəzini çıxmaq istəyib və buna görə də özü ev sahibi olduqdan və ailə qurduqdan sonra Əbu Talibin kiçik oğlu Əlini (ə) ondan alıb və onun yaşayış xərclərini öhdəsinə götürərək tərbiyəsi ilə məşğul olub.


Bəzi tarixçilər yazırlar ki, bahaçılıq və çətinlik yaranan il həzrət Peyğəmbər (s) əmilərindən ikisinə - Əbbas və Həmzəyə təklif etdi ki, Əbu Talib ehtiyac içində olduğuna görə və onun ailəsi böyük olduğu üçün hamısı birlikdə Əbu Talibin ailəsinin ehtiyaclarının təminatında iştirak etsinlər. Onlar Əbu Talibin yanına gedib ondan onlara icazə verməsini xahiş etdilər. Əbu Talib dedi: «Əqili mənə saxlayın, övladlarımın qalanını hansınız istəyir aparsın». Əbbas Talibi, Həmzə Cəfəri, həzrət Peyğəmbər (s) isə İmam Əlini götürüb özü ilə apardı.


Lakin bu məsələnin belə olması həqiqətə oxşamır. Çünki hamı yazır ki, həmin vaxt həzrət Əli beş və ya altı yaşında olub. Cəfər həzrət Əlidən on yaş böyük olub. Əqil də Cəfərdən on yaş böyük imiş. Talib də Əqildən on yaş böyük olub. Buna görə də həmin vaxt Talib təqribən otuz beş yaşında kişi, Əqil iyirmi beş yaşında gənc, Cəfər on beş yaşında yeniyetmə olub. Belə olan halda otuz beş və iyirmi beş yaşlı insanların himayəyə götürülməyə ehtiyacının olması inandırıcı deyil. Bu hadisədə adı çəkilən Həmzənin, həmçinin Peyğəmbərin (s) həmin vaxt təqribən otuz beş yaşı olub. Yəni onlar Əbu Talibin böyük oğlu Talib ilə təqribən həmyaşıd olublar. Bəzi tarixçilər isə bu hadisəni nəql edərkən, Əbu Talibin oğlanları arasında Talibin, həmçinin əmilərdən Həmzənin adını çəkməyiblər. Onlar elə bunu qeyd edirlər ki, həzrət Peyğəmbər (s) əmisi Əbbasla bu məsələ barəsində danışdı və Əbu Talib Əqili verməkdən imtina etdi, Əbbas Cəfəri, həzrət Peyğəmbər (s) isə Əlini (ə) öz evinə apardı.


Bu tarixi hədisə əsasən, Əbbas Cəfəri öz himayəsinə götürür. Bundan öncəki hədisə əsasən isə, Əbbas Talibi himayəsinə götürmüşdür. İki hədis arasında bu ziddiyyət mövcuddur. Buna görə də bu hekayətin əsasının olub-olmaması məlum deyil. Xüsusilə ona görə ki, həzrət Peyğəmbərin (s) İmam Əlini (ə) öz himayəsinə alması bir-iki illik olmayıb. İmam Əli (ə) sona kimi həzrət Peyğəmbərin (s) evində, o həzrətin tərbiyəsi altında olub. Hətta əziz Peyğəmbər (s) ibadət zamanı, ibadət üçün xəlvətə çəkilən vaxtlarda da Əlini (ə) özü ilə aparardı. Bunlardan əlavə, həzrət Peyğəmbərin (s) uşaqlıqdan Əmirəl-Mömininə (ə) münasibətdə rəftarı, məhəbbət və rəğbəti İslam Peyğəmbərinin (s) şəxsən həzrət Əliyə (ə) xüsusi diqqət və qayğısını göstərir və (onun Əlini öz himayəsində saxlaması) təkcə Əbu Talibə minnətdarlığa görə deyildi.


İbn Əbilhədid Fəzl ibn Əbbasdan nəql edir ki, atam Əbbasdan soruşdum: «Peyğəmbər öz övladlarından hansını daha çox istəyirdi?» Atam dedi: «Əlini». Mən dedim: «Mən səndən övladlarından hansını daha çox istəməsini soruşuram, sən mənə Əlini çox istədiyini deyirsən?!» Dedi: «Peyğəmbər (s) Əlini sevdiyi qədər övladlarından heç birini sevmirdi».


Həzrət Peyğəmbərin (s) uşaqlıqdan İmam Əliyə (ə) olan bu diqqət və qayğısından belə məlum olur ki, həzrət Peyğəmbərin (s) bu himayədarlığının və həzrət Əlini öz tərbiyəsi altına almasının əsas səbəbi mənəvi münasibətlər olub. İslam Peyğəmbəri (s) onu ona görə tərbiyə edirdi ki, Əli gələcəkdə həzrət Peyğəmbər üçün Harunun Musaya münasibətdəki məqamında olsun, yəni onun yardımçısı, müavini, köməkçisi və vəziri olsun. İmam Əli (ə) özü həzrət Peyğəmbər (s) barəsində və özünün o həzrətin əli altında tərbiyə edilməsi haqda belə buyurur: «Peyğəmbər (s) süddən ayrılandan sonra Allah-təala mələklərinin ən böyüyünü o həzrətə yoldaş etdi ki, gecə-gündüz onu nəciblik yollarına və dünyanın gözəl xislətlərinə doğru yönəltsin. Mən dəvə balası anasının dalına düşüb getdiyi kimi onun arxasınca gedirdim. O, hər gün öz xislətlərindən bir bayraq və əlamət ucaldır və mənə ona əməl etməyi əmr edərdi».


İmam Əlinin (ə) tərbiyəsi və boya-başa çatması belə olub və bu baxımdan ona bənzər birini təsəvvür etmək mümkün deyil. O, həzrət Peyğəmbər (s) ilə bir kökdən qidalanan iki ağac kimi olub ki, onların arasında bu qədər ruhi və əxlaqi bənzərlik mövcud olub. Həzrət Əli (ə) özü buyurur: «Mən və Peyğəmbər bir kökü olan iki ağac kimiyik. Mən onun üçün qolun bazuya nisbətindəyəm».


Bu əlaqə, birlik və bağlılıq özünü Əmirəl-Mömininin həyatının bütün sahələrində göstərir. Əmirəl-Mömininin (ə) xütbələrini toplayıb kitab halına salaraq adını «Nəhcül-bəlağə» qoymuş Seyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində o həzrətin kə- lamını belə təsvir edir: «Əlinin sözlərində ilahi elmin nişanələri, Peyğəmbər kəlamının ətiri var».


Əmirəl-Mömininin (ə) kəlamları ilə həzrət Peyğəmbərin (s) kəlamları arasındakı bu uyğunluq, bənzərlik və həmcinslik onların əsl və köklərinin eyni olmasından qaynaqlanır. Səbəb Əmirəl-Mömininin (ə) İslam Peyğəmbərinin (s) bağçasında çiçək açması, su içməsi və inkişaf etməsidir. Əmirəl-Möminin (ə) Peyğəmbərlə (s) qan qohumu olmaqdan əlavə, onların arasında ruhi və tərbiyəvi bağlılıq da var və o, həzrət Peyğəmbərin (s) yetişdirməsidir. O, həzrət Peyğəmbərin (s) təlimlərindən bəhrələnməkdən əlavə, (həm də bu imtiyaza malikdir ki,) Peyğəmbər (s) onun şəxsi və xüsusi müəllim və tərbiyəçisi olub.


Qeyd etdiyimiz kimi, Əmirəl-Mömininin (ə) kəlamlarının Seyid Rəzi tərəfindən toplanmış məcmuəsindən ibarət olan Nəhcül-bəlağə fəsahət, bəlağət və natiqlik nümunəsi olmaqdan əlavə - Seyid Rəzi özü ədib və şair bir şəxsiyyət olub və həmin kəlamları bu səbəbdən toplayaraq admı Nəhcül-bəlağə, yəni «bəlağətin yolları» qoymuşdur - həm də İslam məarifinin nəfis xəzinəsi, Qurandan sonra İslam barəsində əldə olan ən yaxşı əsərdir. Əmirəl-Mömininin (ə) kəlamları İslamın ilk dövrlərindən həm dost, həm də düşmənlərin diqqət mərkəzində olmuşdur. Hətta həzrətin düşmən və müxalifləri - əlbəttə, onların təfəkkür, kamal və ədəb-ərkan sahibi olanları - o həzrətin kəlamlarına diq- qət yetirməyə, onları yazmaya və əzbərləməyə bilmirdilər.


Məşhur katib Əbdülhəmid son əməvi xəlifəsi Mərvan ibn Muhəmmədin katibi olub. Əbdülhəmid əslən Şamdan olub. Bu şəxs bəlağət, fəsahət və yazmaqda o qədər məşhur və dillər əzbəridir ki, ərəblər onun barəsində belə deyirlər: Yazı yazmaq Əbdülhəmid ilə başlandı, İbn Əmid ilə bitdi. Əbdülhəmiddən soruşurlar ki, səni bu bəlağətə nə çatdırdı? Cavab verir: «Saçınm qabağı tökülmüş şəxsin - yəni həzrət Əlinin - kəlamlarını əzbərləmək». Qeyd etdiyimiz kimi, bu şəxs əməvilərə yaxın adamlardan olub və əsli də Şamdandır. Amma buna baxmayaraq, bu barədə müəlliminin Əli ibn Əbu Talib (ə) olmasını boynuna alır.

Cahiz özünün «əl-Bəyan vət-təbyin» əsərinin birinci cildində həzrət Əlinin (ə) «Hər bir şəxsin qiyməti onun yaxşı bacardığı iş qədərdir» kəlamını nəql edir və sonra yazır ki, əgər bu kitabda bundan başqa bir cümlə olmasaydı, tək bu cümlə bəs edərdi. Ən gözəl söz odur ki, qısa olmaqla yanaşı, yüksək məna ifadə etsin. Və deyir: Sanki, Allah-təala bu cümləyə cəlal libası geyindirib və onu hikmət nuruna bürüyüb və deyənin niyyət və təqvası onda zahir olub. Sonra deyir: «Əgər söz məna baxımından yüksək, kəlmə baxımından fəsahətli olsa və onda süniliyə yol verilməsə, insanın qəlbinə yağışın pak torpağa göstərdiyi təsiri göstərər». Bu sözlərin sahibi, yəni Cahiz, Əmirəl-Mömininin (ə) dostlarından və «ardıcıl»larından olmayıb, əksinə deyirlər: «O, nasibiliyə meyilli olub».



ihq.az
Category: Dini | Added by: Ənfal
Views: 820 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]