Şənbə günü, 2024-05-04, 10:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Əbdülqadir Gilani
2012-11-08, 10:34 AM
Övli Övliya-Allahın əməlisaleh bəndəsi

Əbdülqadir Gilani

İranın Gilan əyaıətində dünyaya gəlib. (470-561 h.q)-(1077-1166). Son dərəcə təqvalı məşhur sufi şeyxlərindən biri olub.

Həm ata, həm ana tərəfindən Hz. Muhəmmədin (s.ə.s) nəslindəndir. Fiqh və hədis elmlərində böyük nailyyətlər əldə edən alimlərdən biri olub. 14 yaşında ikən atasının vəsiyyəti ilə Bağdada səfərə çıxır. Xərclik olaraq anası ona atasından qalan qırx qızıl dirhəm pul verir və oğluna son nəsihhətini edir: " Oğlum, harada, hansı şəraitdə olursan ol, heç vaxt yalan danışma, hər zaman doğru-dürüst ol!". Əbdülqədir anasının dediklərinə əməl edəcəyinə söz verir və yola düşür. Yolda onun səfərə çıxdığı karvan quldurların hücumuna məruz qalır. Əbdülqədirbən biri ondan: "De görüm nəyin var?",- deyə soruşduqda Əbdülqədir Gilani "Qırx qızıl dirhəmim var", - deyə cavab verir. Ona inanmayıb quldurbaşını çağırırlar. Əbdülqədirin cavabı bu dəfə də eyni olur. Belə olduqda quldurbaşı əsəbi halda ondan soruşur:" Qızıllar barədə bir söz deməsəydin, kimsənin səninlə işi olmayacaqdı, nə üçün onların olduğundan xəbər verdin?". Əbdülqədir Gilani həzrətləri cavab verir:" Çünki anama söz vermişdim". Sonuncu cavab quldurbaşını daha çox qəzəbləndirdi:" Uşaq, dəli olmusan məgər? Nəyi anana söz vermişdin?". Əbdülqədir Gilani həzrətləri cavab verir:" "Yalan danışmamağımı, hər zaman doğru-dürüst olmağımı anama söz vermişdim". Bir anlığa quldurbaşını sanki ildırım vurur və ağlamağa başlayır. Yoldaşları ondan nə üçün ağladığını soruşduqda deyir:" Bu yaşıma çatdım, amma bir dəfə də Allahıma verdiyim sözə əməl etmədim. Anasına söz verən bir uşaq qədər də olmadım. Vay mənim halıma!". Quldurbaşı tövbə edib qarətdən əl çəkir və sonralar o da İslamın yayılmasında böyük işləri görür.
Category: Dini | Added by: Ənfal
Views: 900 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]