Şənbə günü, 2024-05-04, 9:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Ayətullah Haçı Şeyx Əbdül-Hüseyn Lənkərani
2012-11-09, 2:50 AM
Ayətullah
Haçı Şeyx Əbdül-Hüseyn
Lənkərani



Ayətullah hacı Şeyx Əbdül-Hüseyn Lənkərani Mirzə İbrahimin oğludur. Şiənin böyük və adlı sanlı fəqihlərindən və müdrislərindən Qum elmiyyə ocağının mücanidlərindən biridir. O, 1910-çu ildə Lənkəran şəhərinin "Dağ-bulaq" Dağının ətəklərində yerləşən Yel-ağacı adlı közəl bir kəndində anadan olmuşdur. Uşaq çağlarından Lənkəranın Yazqrah və ya Şıxlı kəndində yaşayan və o məntəqənin fəzilətli alimlərindən hesab olunan dayısı Şeyx Əlidən Qur'an və təcvid elmini öyrənir.

Dayısının vəfatından sonra bir neçə alimdən fars və ərəb dilinin müqəddimat dərslərini öyrənir. 18 yaşında ikən (1927-ci ildə) kommunist rejiminin din və islam əleyiinə yönəldilən siyasətinin nəticəsində İrana mühacirət edir və Ərdəbil şəhərində sakin olur: Ərdəbil şəhərində "Molla İbrahim" adlı mədrəsədə müqəddimatın orta və ali səviyyəsini həmin mədrəsənin bilikli ustadlarından öyrənir. Ərdəbildə məşur ustadlardan Şeyx Həsən ağa Taniri və hacı Mirzə İbrahim Kələntərinin adını qeyd etmək olar. Onun Ərdəbildə qalması on il çəkir. Ərdəbildə çoxlu fəaliyyət edib, gecə-gündüz təhsil və tədrislə məşğul olurdu və tanınmış müdərris idi. Kün ərzində fiqh, üsul və müqəddimatdan altı dərs verirdi. Bunlardan ikisi sübh azanından əvvəl idi. Bununla yanaşı Şeyx Ənsarinin "Məkasib" kitabından dərs deməyə başlayır. O zamanlar İranda hakimiyyətdə olan Rzaxan dini və məzhəbi fəaliyyətlərə qarşı şiddətlə mübarizə aparırdı, ruhanilərə və qadınların hicabının ziddinə idi, amma bütün bunlarla yanaşı, Şeyx Əbdül-Hüseyn öz, ictihadi və dini fəaliyyətlərini məhz bu dövrdə başlayır. Ərdəbildə "cavanlar cəmiyyəti" təşkil edən ilk fəzilətli tələbə olur və onlarla müxtəlif iclaslar və bə'zi mövzularda dərslər təşkil edir. Bu cəhətdən alim öz fəaliyyətlərində ulduz kimi parlayırdı. Amma bir çoxlarının kinə və naraiatçılığı bu işdə özünü köstərir. Bəziləri ona deyirdilər: "Siz Azərbaycanı xarab etmisiniz, indi isə kəlmisiniz buranı viran edəsiniz?".

Şeyx bütün bunlarla yanaşı , öz həyatında çoxlu çətinliklərlə qarşılaşmışdı. Əvvəllər bir müddət Lənkəranda öz ailəsindən ona kömək olunurdu. Amma çox çəkmədi ki, o da kəsildi. Bundan sonra alim bə zi ev əşyalarını satmaqla öz yaşayışını təmin etməyə məcbur olur. 1938-ci ildə Rzaxan hökuməti tərəfindən ruhanilərin libaslarının çıxarılması haqqında əmr verilir. Şeyx Əbdül-Hüseyn və sair azərbaynanlı tələbələr İran vətəndqşı olmadıqlarına və İran qanunlarına e'tiraz etdiklərinə körə həbs olunur və bir çoxları ilə birlikdə Semnan şəhərinə sürkün olunurlar. O sürkündə Semnan şəhərinin "Sadiqxan" mədrəsəsində sakin olur. Bu müddətdə həmdə mədrəsədə dərs verir, həmdə "Şah" məscidində camaatnamazı qılırdı. Bir müddətdən sonra Ələvi (seyyidə) bir qadınla evlənir və onun evində qalır. Sürkündə olduquna körə Şeyx hər kün şəhər sovetində hazır olmalı və sürkündə olanlara məxsus dəftər imzalamalı idi. Başqa sözlə, dövlət mə'murlarının ciddi nəzarəti altında idi. Başına əmmamə qoymaqa və ruhani libası keyməyə icazə verilmirdi. 1940-cı ildə hökumət məmurları onun sürkünlük müddətini uzatdılar və bu dəfə də onu İranın Zəncan şəhərinə sürkün etdilər. O zaman Zəncan şəhərinin elmi mərkəzlər arasında məxsus yeri var idi. Şeyx Əbdül-Hüseyn burada "Mədrəseyi Seyyid"də orta səviyyədə dərs verməklə yanaşı üsul və fiqh dəslərini yüksək səviyyədə Zəncanın seçilmiş ustadlarından öyrənməyə başlayır. Onlardan Ayətullah Şeyx Fəyyaz Zəncani (Şeyx hadi Tehraninin şakirdlərindəndir), Ayətullah Seyyid Mənmud Zəncanın və başqalarının adını qeyd etmək olar. O, Ayətullah Seyyid Məhmudu çox hörmətlə yad edir və onu özünün elmi və ictimai fəaliyyətlərində müvəffəq olmasının əsl səbəbkarı bilir. Bundan əlavə, Şeyx Zəncanda bə'zi fəlsəfə və hikmət elminin kitablarının (Şəvariqül-islam, Təcridil-ə'lam) mətnini məşhur alim Ayətullah Seyyid Əbül-Fəzl Musəvi Zəncanidən öyrənir. 1943-cü ildə İran Azərbaycanı, o cümlədən, Zəncanda hökumət Azərbaycan demokrat, partiyasının əlinə keçir və ruslar bir çox yerləri işqal edirlər. Bundan sonra Şeyx, sürkündən azad olunur. Amma Sovet hökumətinin İranda olan mə'murları bu şəhərdəki sovet vətəndaşlarının adlarını dövlətə vermişdilər. Alimində adı orada olduqundan öz vətəninə qayıda bilir. Sovet əskərləri İranda olan Sovet vətəndaşlarını tutub zindana salırdılar. Bununla əlaqədar olaraq, Şeyx Əbdül-Hüseyn Lənkərani kizli şəkildə öz ailəsi ilə birlikdə Qum şəhərinə gəlir və bu müqəddəs şəhərdə yaşamağa başlayır.

O günlərdə Ayətullah Buruçerdi hələ Quma köçməmişdi və Qum elmiyyə hövzəsi Ayətullahül-uzma Seyyid Məhəmməd höccət Kuikəməri Təbrizinin vasitəsi ilə idarə olunurdu. Şeyx bir müddət, Ayətullah Kuhkəmərinin üsul və fiqh xarici dərsində iştirak edir. Bir müddətdən sonra Şeyx bütün dərslərindən ayrılır, yalnız Ayətullah Kuısəmərinin üsul və fiqh xarici dərsində, iştirak edir. öz dostları həzrət Ayətullan şəhid Məhəmməd Əli Təbatəbai (Təbrizin imam çüməsi) və Ayətullah Şeyx Sadiq Nəsiri Sərabi ilə ömürünün axırına qədər o dərsdə iştirak edir və onlarla mübanisə edir habelə ustadın dərsdə dediklərini əlyazma şəklinə salır. 1945-ci ildə Ayətullah Buruçerdinin Quma kəlişindən sonra ustadı vəfat edir. 1961-ci ilə qədər, onun üsul və fiqh xarici dərslərində iştirak edir. Həmçinin dostu Ayətullah Seyyid İzzuddin Hüseyni Zəncaninin təklifi ilə İmam Xomeyninin (r.ə) hikmət və fəlsəfə dərslərində də iştirak edir. Səkkiz il müddətində mərhum Molla Sədranın "Əsfari ərbə‘ə-sini və bə'zi əqli elmləri o həzrətdən dərs alır. Bütün bu illər ərzində dərs almaqla yanaşı həm də ali dərəcədə elmi mətnləri tələbələrə tədris edir. Burada yetişdirdiyi tələbələri Semnan və Zəncanda yetişdirdiyi şakirdlərdən çox olur və onları yüksək elmi məqamlara çatdırır. 1961-ci ildə ustadı həzrət Ayətullah Burucerdi rəhmətə ketdikdən sonra sürkün dövründə Semnan şəhərindəki şirin xatirələr səbəbi ilə dini hökmləri təbliq etmək və öz şəri vəzifəsini yerinə yetirmək məqsədi ilə Semnan şəhərinə kedir. (1980-cı ilə qədər) bu şəhərdə ali məqamlı, islamda çoxlu elmi xidməti olan, ictimai və mədəni-maarif məsələlərində yaxından iştirak edən körkəmli bir alim kimi tanınır. Şeyx öz hesabına "Sadiq xan" mədrəsəsində əlavə otaqlar tikdirir (indiki İmam Sadiq (əleyhis-salam) mədrəsəsi) və müqəddimati dərsləri tədris etməklə bu mədrəsəni elmi ocaqlardan birinə çevirir. Bundan sonra Qum şəhərinə qayıdır və orada sakin olur. hal-hazırda, alim Qum şəhərində yaşayır və ömrünün şirin xatirələrlə dolu olan qocalıq dövrünü keçirir. özünün dərin elmi məsələhətləri ilə ali dərəcəli fəqihlərdən hesab olunur. Alimin bir neçə əsərinin adını qeyd edirik

1-Müsnədi-İmam Sadiq (əleyhis-salam) (3 cilddə) 2-İmam Əli (əleyhis-salam) iaqqında fəzilət və hünər kitabı.
Z-Ayətullah höccət Kunkəmərinin üsul və fiqh haqqında bəyanları.
4-Ayətullah Burucerdinin üsul və fiqh elmləri haqqında bəyanları.
Category: Dini | Added by: Ənfal
Views: 780 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]