Bazar günü, 2024-12-22, 4:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qurani-Məcid hicab barədə nə buyurur?
2013-09-11, 1:48 PM
Qurani-Məcid hicab barədə nə buyurur?

Şübhəsiz ki, qadınların naməhrəm kişilərin yanında örtünməsi İslam dininin nəzərinə görə zəruridir. Hər Quran və həm də Peyğəmbərdən (s) gələn hədislər bunu təsdiq edir. Hicab keçmiş dinlərdə də mövcud olmuşdur. Ancaq bu hökm İslam dinində daha çox qalıcı olmuşdur. Çünki bu dində, keçmiş dinlərdən fərqli olaraq, ifrat və təfritə yer yoxdur. Hicab üçün müəyən hədd təyin edilmişdir. Hicab qadının evində həbs edilərək cəmiyyətdən uzaqlaşması demək deyildir. Əksinə, hicablı qadın başqa kişilərlə ünisyyət quran zaman iffətini və həyasını qoruya bilir. Saçlarını və bədənini örtür, özünü nümayiş etdirməkdən çəkinir.
 
Şəhid Mütəhərri bu haqda yazır: "İslam deyir: nə həbs və nə də ifrat. Peyğəmbərin (s) zamanında müsəlmanların sünnəsi belə idi ki, qadınlara məclislərdə iştirak etməyi qadağan etmirdilər. Ancaq qadağalara riayət edilirdi. Məsciddə, cəmiyyətdə, küçədə qadınla kişi bir-birnə qarışmırdı”. Qurani-Kərimdə qadınla kişinin rabitəsinə aid iki surədə məlumat verilmişdir. Onlardan birində qadının hicab mövzusuna toxunulmuş və onun həddləri müəyən edilmişdir. İkinci surədə isə qadınla kişi arasında qurulan rabitənin keyfiyyəti məsələsi bəyan edilmişdir. Bu ayələrdə qadınlar iffət və həyanı qorumağa dəvət edilmişdir.
 
"Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (Nur, 31).
 
"Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir”. (Əhzab, 59).
 
Şəhid Mütəhərri buyurur: "Bu ayədən məlum olur ki, o zaman qadınlar iki növ hicab taxardılar. Biri qısa hicablardır ki, onları "ximar” adlandırırdılar. Adətən qadınlar onu evin içində taxardılar. İkinci növ hicab isə daha böyük hicabdır ki, bayırda taxardılar”. "Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (Əhzab, 32)
 
Allah-Təala bu ayədə Həzrət Peyğəmbərin (s) qadınlarına xitab edir, ancaq bütün müsəlman qadınlara müraciət etmiş olur. Bu ayə bir qadınla naməhrəm kişi arasında olan ünsiyyətin keyfiyyətinə işarə edir və qadınları həya və iffətini qorumağa çağırır. Qadınlar gərək naməhrəm kişilərlə danışan zaman səslərini incəltməsinlər ki, bu, onları təhrik edə bilər. Ona görə də qadın cəmiyyətdə olan zaman danışığına xüsusi diqqət etməlidir. "Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin...” (Əhzab, 33).
 
Bu ayə qadınlardan istəyir ki, imkan daxilində evdən çıxmasınlar. Yəni, naməhrəmlər onları nə qədər az görsələr bir o qədər yaxşıdır. Bu yolla cəmiyyətdə fəsadın qarşısını almaq mümkündür. Bu ayə həmçinin qadınlara buyurur ki, naməhrəmin diqqətini cəlb etməkdən çəkinsinlər. Əgər qadının bayıra çıxması zəruridirsə, gərək evdən elə çıxsın ki, naməhrəmin diqqətini cəlb etməsin. Yol getməyi, baxmağı, danışmağı iffəti və həya həddini qoruyaraq olmalıdır.
 
"Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır)”. (Əhzab, 53).
 
Bu ayədə naməhrəm kişilərə xitab edilir ki, naməhrəm qadınlarla danışan zaman onlarla üz-üzə dayanmasınlar. Pərdə arxasında söhbət etsinlər. Bu ayə qadınlarla kişilərin çox da bir-biri ilə qarşılaşmamağını və hətta cəmiyyətdə belə qadınlarla kişilərin yerlərinin ayrı olmasını tövsiyə edir. Allah-Təala cəmi müsəlmanları bu mübarək göstərişlərə riayət edənlərdən qərar versin.

ihq.az
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1270 | Downloads: 0 | Comments: 4 | Rating: 5.0/1
Total comments: 4
0  
4 GADİR   (2014-01-23 10:59 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN! clover

0  
3 Ənfal   (2014-01-22 11:14 PM) [Daxil et]
Gadir, Aleykum salam. Allah sizdən də razı olsun.
Cavab:  Bu iş icazəli deyil.  Qızın izdivacı üçün atasının izni də şərtdir.Bakirə qızın atasının izni və icazəsi olmadan ailə qurması düzgün olmadığı kimi, qızın və yaxud qadının da şəxsi icazəsi olmadan ərə verilməsi düzgün deyildir.

+1  
2 GADİR   (2014-01-16 10:45 AM) [Daxil et]
SALAM ALEYKUM 
ALLAH RAZİ OLSUN !

FİKRİNİZİ BİLDİRƏRDİNİZ VƏ MƏQALƏYƏ XAHİŞ EDİRƏM,BƏZƏN HELƏ HALLARDA OLURKİ QİZİ QAÇİRDİRLAR AİLƏ QURMAQ NİYƏTİİLƏ, BATİLLİK HÖKMÜ AİD OLUR ?  
Bütün bunlara əsasən deməliyik ki, hicab və örtük qadın üçün vacibdir. Bunu inkar edən isə İslamın zəruri bir göstərişini, Quranda buyurulan bir əmri inkar etdiyi üçün kafir sayılır. Hicabı danan hər hansı bir gənc oğlan müsəlman qızla ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina, övladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman oğlana ərə gedə bilməz.
http://aran.irib.ir/istehsal-olunanlar/hicab/item/5353-qad%C4%B1n-iff%C9%99ti-v%C9%99-hicabALLAH RAZİ OLSUN TƏŞŞƏKÜR EDİRƏM

0  
1 leyl   (2014-01-14 5:23 PM) [Daxil et]
(Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır)”. (Əhzab, 53).

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]