Cümə günü, 2024-03-29, 2:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Necə edək ki, övladımız zəkalı olsun?
2014-01-07, 2:36 PM
Necə edək ki, övladımız zəkalı olsun?


"Bu uşaq yaşından da çox bilir” bu cümləni eşidən hər bir kəs həmin uşağın nə qədər zəkalı və ağıllı olduğunu yəqin edir. Bir çoxlarımız bu cür zəkalı övlada malik olmağı arzu edirik. Ancaq bu heç də çətin bir iş deyildir. Bunun üçün bəzi şərtlərə əməl etməliyik. (Tebyan)
1. Həyat yoldaşı seçən zaman bəzi nöqtələrə diqqət edin.
Zəkalı bir övlada sahib olmaq istəyiriksə gərək həyat yoldaşı seçən zaman bu məsələyə diqqət edəsiniz. Çünki həm ata və həm də ana övladın şəxsiyyətinin formalaşmasında mühüm rola malikdir. Hədislər də bizə həyat yoldaşı seçən zaman onu zəkasına və ağlına xüsusi diqqət etməyi tövsiyə etmişdir. Bunu da qeyd etmək lazımdır ki, mühit amilləri də uşağın zəkalı olmasına təsir qoyar.
Həzrət Peyğəmbər (s) buyurur: "Ağlı az olan qadınla evlənməkdən çəkinin, çünki onlardan doğulan uşaqların da ağlı az olar”. Həyat yoldaşı ağıllı və zəka olmaqla yanaşı, həm də dindar olmalıdır. Peyğəmbərin (s) buyurduğu kimi, dindarlıq aqillərin yoludur.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Bir qadınla gözəlliyinə, sərvətinə görə evlənmək olmaz. Əgər imanı olmasa mümkündür ki, bu gözəlliyi onu axmaqlığa tərəf çəksin. Həmçinin mal, iman olmadan da mümkündür ki, onu üsyankar etsin. Bir qadınla yalnız iman və dininə görə evlənin”.
2. Quran oxuyun.
"Buharul-ənvar” kitabında oxuyuruq ki, hamilə qadınlar həm yatan zaman və həm də oyaq olan zaman dəstəmazlı olsunlar. Təbiidir ki, Allahı yada salmaq - qəlb və zehnin rahatlamasına səbəb olar. Həmçinin ananın bətnində olan övlada da müsbət təsir qoyar. Onu ruhi və zehni cəhətdən özünə etimad edən bir şəxsiyyət kimi yetişdirər.
Həmçinin tövsiyə edilir ki, ana hamiləlik zamanı Quran oxumaqda davamlılıq etməlidir. Bundan başqa, övladın zahiri gözəlliyinə və əxlaqına müsbət təsir qoyar. Onun zəkasını və ağlını artırar. Quran ayələri içərisində "Həşr”, "Hədid”, "Məryəm” surələrini oxumaq çox vurğulanmışdır.
3. Valideynin sağlamlığı.
Ata və ananın ruhi sağlamlığı ilə yanaşı, cismi sağlamlığı da övlada birbaşa təsir edər. Həmçinin yorğunluq, qorxu və iztirab hamilə qadın üçün təhlükəlidir. Hamilə qadının idman etməsi də çox mühümdür. Elmi tədqiqatlar sübut etmişdir ki, o hamilə qadınlar ki, həftə ərzində üç dəfə idman edərlər, elə övlad dünyaya gətirər ki, zəkalı və ağıllı olar. Həmçniin hamilə qadının yaşıllığa və dənizə baxması da tövsiyə edilir.
4. Halal qidalar yeyin.
İnsanın yediyi hər şey onun cismi ilə yanaşı, ruhuna də təsir qoyar. Həmçinin dünyaya gələcək övladınıza da təsir qoyar. İmam Sadiq (ə) buyurur: "Ananın hamilə vaxtı istifadə etdiyi qida - halal və haram olması üzündən, bətnində olan övladın zəkasına təsir qoyar”. O kəs ki, övladının zəkalı olmasını istəyir, gərək yediklərinə diqqət etsin. Haram qidalardan çəkinsin. Bu məsələ övladın sonrakı dövründə də çox mühümdür.
5. Təbii yeməklər yadınızdan çıxmasın.
Hamilə qadının meyvə və təbii yeməklər yeməsi övladın istedad və ağlına təsir qoyar. Ona görə də ana bayırda verilən fast-fudlardan çox istifadə etməməli və lobya və tərəvəz yeməklərinə çox yer verməlidir. Hədislərə nəzər salan zaman, xurma və bal yemək çox tövsiyə edilmişdir. Peyğəmbərdən (s) və İmam Əlidən (ə) nəql edilir ki, buyurublar: "Qadınlar hamilə vaxtı və ondan sonra xurma yesinlər. Çünki övladlarını zəkalı, mülayim və hövsələli edər”.
Hədislərdə oxuyuruq ki, kündür yemək də övladın ağlına birbaşa təsir edər. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq: "Hamilə qadın tərəfindən kündür yeyilməsi - uşağın ağlının çox olmasına, qəlbin paklığına, oğlan uşağının igid olmasına və qız uşağının xoş əxlaqlı olmasına səbəb olar”. Başqa bir hədisdə oxuyuruq: "Hamilə qadınlara kündür yedizdirin. Çünki kündür ana bətnində olan körpənin qidasıdır. Qəlbini möhkəm və dözümünü çox edər”.
Tədqiqatlar göstərir ki, əgər qadın hamilə vaxtı balığı və balıq yağını çox istifadə edərsə, övladı zəkalı olar.
 
/Deyerler.org/

Category: Uşaq | Added by: Ənfal
Views: 1261 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/2
Total comments: 2
0  
2 Hüseynçi72   (2014-01-08 5:10 PM) [Daxil et]
Allah razi olsun sizden

0  
1 Hüseynçi72   (2014-01-08 12:32 PM) [Daxil et]
Allah razi olsun sizden

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]