Cümə axşamı, 2024-04-25, 1:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Müstəqillik cəhdi
2013-03-26, 6:56 AM
Müstəqillik cəhdi

Südəmər dövründən başlayaraq uşaq tədricən özünə diqqət və bilgi əldə edir, üç yaşında bu bilik və məlumat (informasiya) daha da aydın olur. Özü haqqında biliyi artdıqca uşaq müstəqillik qazanmağa çalışır. Uşaqda özünü göstərən itaətsizliklər bu şəxsiyyət fenomeninin (özünütanımanın) istiqamətlərindəndir, belə ki, uşaq bəzən ona deyilənlərin əksini yerinə yetirir. Bu kimi itaətsizliklər adətən müvəqqəti olur, şiddətli patoloji halətə çevrilməyənədək təbii və adidir. 3-7 yaş arasında itaətsizlik haləti uşaqlarda daha güclü olur. Uşaq qaşığı götürüb yeməyi özü yeməyə israr etdikdə və ya bəzi işləri özü görməyə təkid etdikdə əslində müstəqillik axtarır.

Müstəqilliyə can atmaq uşağın inkişaf etməsi üçün zəruridir.

Yəni əgər bu hiss uşaqda yatırılarsa, onun inkişafına zərbə dəyər. Ata-ana bu istəyin mütənasib inkişafını təmin etmək üçün zəminə hazırlamalı, lazım olan müstəqilliyi ona verməli və bu müstəqilliyə hörmətlə yanaşmalıdırlar. Lakin bu məsələdə həddi aşmamalıdırlar.

Çünki həddindən artıq verilən müstəqillik uşağın şıltaq, təmkinsiz və azğın bir varlığa çevrilməsinə səbəb olur.

Beləliklə valideyn mümkün olduğu qədər uşağı gördüyü işlərdən çəkindirməməli, lakin uşağın çəkinməsi lazım olan işlərdə öz qərarında qətiyyətlə dayanmalı və onun küsüb-ağlamasına təslim olmamalıdır.

zeka.az


Category: Uşaq | Added by: Ənfal
Views: 833 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]