Şənbə günü, 2024-04-20, 11:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Ana bətnində qətl!
2013-09-16, 5:25 AM
Ana bətnində qətl!

"Valideynlər dünya və axirət həyatlarının çırağını söndürməsinlər."
"Valideynlər dünya və axirət həyatlarının çırağını söndürməsinlər. Əksinə, ailə ocaqlarında yeni bir ilahi çıraq yandırsınlar"

İlahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu qız uşaqlarının abort edilməsilə bağlı Publika.az saytına münasibət bildirib

Qızlar azalır - bu hər il dünyada 55 milyondan çox qadın abort olunur. Onların 20 milyondan çoxu qeyri-leqal abortlardır ki, bu da ana ölümü hallarının artmasına gətirir. Dünyanın əziyyət çəkdiyi bu problem ölkəmizdən də yan keçməyib. Rəsmi rəqəmlərə görə, hər il 35 min, qeyri-rəsmi məlumata görə 100 mindən çox abort qeydə alınır.
Abortların çoxu qeydiyyata alınmasa da, hər il doğulan uşaqların cinsinə görə nisbətinə baxmaq əsl gerçəkliyi görə bilərik. 2012-ci ildə ölkədə 174, 469 uşaq doğulub. Bunlardan 93, 587-i oğlan, 80, 882-i qızdır. 2011-ci ildə 94 min 696 oğlan, 81 min 376 min qız uşağı doğulub. Bu da 2011-ci ildə 13 min 320 oğlanın qızlardan çox olması deməkdir.
1986-cı ildən başlayaraq 1997-ci ilə qədər oğlanlar qızlardan 6-7 min nəfər çox doğulub. 1998-ci ildən 2004-cü ilə qədər bu fərq 7-9 min, 2005-ci ildən isə bu fərq 10 min nəfəri ötərək 12-13 min arasında dəyişilməyə başlayıb. Bu gedişlə fərqin növbəti illərdə 15-20 mini ötəcəyini demək olar.
2013-cü ildə hər min kişiyə 1013 qadın düşür, ötən il isə bu rəqəm 1015 olub. 2000-ci ildə hər min kişiyə 1048 qadın düşüb. Dövlət Statistika Komitəsinin açıqlamalarına əsasən, hər il bu nisbətdə 2-3 nəfər azalma qeydə alınır...
"Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Elşən Mustafaoğlunun sözlərinə görə, uşaqların ana bətnindəykən öldürülməsinin dinimiz tərəfindən də qadağan edilib.
"Son illər ölkəmizdə ana bətnində olan uşağın qız olduğu müəyyən edildiyində, xeyli sayda valideynlər Allahın onlara bəxş etdiyi və əmanət olaraq verdiyi övladlarının qatilinə çevrilirlər. Hər bir sağlam əqli və mənəviyyatı olan insan üçün bu, həyati məsələdir. Dinimiz də bu məsələyə xüsusi önəm verməkdədir. İslаm – həyаt dinidir. Аllаh bizləri ölüm üçün deyil, məhz həyаt üçün yаrаdıb. Rəbbimiz Maidə surəsinin 32-ci ayəsində buyurur ki, günаhsız bir insаnın həyаtınа qıymаq, onu qətlə yetirmək – bütün insаnlаrı öldürmək kimidir! Birinə həyаt vermək isə – bütün insаnlаrа həyаt bəxş etmək kimidir. Müqəddəs Kitаbımızda buyurulur: "Аllаh sizə bunlаrı hаrаm edir: Onа heç bir şərik qoşmаyın, аtа-аnаyа yаxşılıq edin, kаsıblıq üzündən uşаqlаrınızı öldürməyin. Sizin də, onlаrın dа ruzinizi Biz veririk.” (Ənаm surəsi, ayə 151). Başqa bir ayədə oxuyuruq: "Yoxsulluqdаn qorxub (cаhiliyyət dövründə olduğu kimi) övlаdlаrınızı öldürməyin. Biz onlаrın dа, sizin də ruzinizi veririk. Onlаrı öldürmək həqiqətən böyük günаhdır!” (İsrа surəsi, ayə 31).”
E.Mustafaoğlunun sözlərinə görə, hər bir valideyn anlamalıdır ki, onlar övladlarına görə Allah qarşısında öhdəlik, cavabdehlik daşıyırlar və bu əməllərinə görə həm bu dünyada, həm də axirətdə mütləq qarşılığını alacaqlar.
"Quranın öyrətdiyi kimi, valideynin başlıca öhdəliyi övladı tərbiyə edib böyütməkdir. Onun həyatını əlindən almaq yox! Bax, qız övladından "canını qurtarmaq” istəyən valideynlər bilsinlər ki, bununla onlar əsla xeyir tapa bilməyəcəklər. Övladlarına doğma hissləilə sahib çıxsınlar, övlad qatili olmasınlar. Öz əllərilə dünya və axirət həyatlarının çırağını söndürməsinlər. Əksinə, ailə ocaqlarında yeni bir ilahi çıraq yandırsınlar...”.

Publika.az
Category: Uşaq | Added by: Ənfal
Views: 1120 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 GADİR   (2013-09-16 9:10 AM) [Daxil et]
ALLAH RAZI OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]