Zeynəbi-Kubranın (s.ə) İlahi məqamı - Tarixdə qadınlar - Qadın - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

Zeynəbi-Kubranın (s.ə) İlahi məqamı
2013-11-08, 7:08 AM
Zeynəbi-Kubranın (s.ə) İlahi məqamı


Həzrət Zeynəb (s.ə)-İmam Əlinin (ə) dili, Həzrət Zəhra (s.ə) iffətinin hicabda olan günəşi, Həsənin (ə) həlimliyi idi. Zeynəbin (s.ə) kəlamları bir ox idi ki, düşmənin bağrını yarırdı və Həzrət Peyğəmbəri (s) yada salırdı. Əyilmiş qəddi isə anası məzlum Zəhranı (s.ə) xatırladırdı. Qəmli gözləri başı kəsilmiş Hüseyndən (ə) xəbər verirdi. O, qardaşının yanında böyümüş və ömrünün son günlərinə qədər onun həmdəmi olmuşdur.
 
Bu Zeynəb (s.ə) idi ki, bu qədər müsibət qarşısında səbr etmiş və yüksək əxlaq nümayiş etdirmişdi. Qurani-Məcid buyurur: "Pakizə bir diyarda və münasib torpaqda gözəl və dəyərli gül və bitki bitər. Halbuki şor torpaqlarda dəyərsiz bitkidən başqası bitməz”. Zeynəb (s.ə) xanım elə bir ailədə dünyaya gəlmişdi ki, hamısı pak yaşamış, insanlıq kəramət və fəzilətinin bünövrəsini qoymuşdular. İslamın böyük Peyğəmbəri (s) bütün Zəhra (s.ə) uşaqlarının atası idi.
 
6-cı Hicri ilində sən bu dünyaya qədəm qoyaraq, Hüseyni (ə) sevindirdin. Bəni-Haşimi sevincə qərq etdin. Hamı Peyğəmbərin (s.ə) üçüncü nəvəsini qucağına almağa tələsirdi. Ey Zeynəb (s.ə), adını Cəbrayil (ə) göz yaşları ilə Peyğəmbərə (s) çatdırmışdı. Həzrət Peyğəmbər (s) sənin görəcəyin müsibətləri Cəbrayildən (ə) eşidəndən sonra buyurmuşdu: "Hər kim Zeynəbin (s.ə) müsibətinə ağlayarsa, sanki qardaşları Həsən (ə) və Hüseyn (ə) müsibətinə ağlayır”. Salam olsun sənə və pak nəslinə!
 
Zeynəbi-Kubranın (s.ə) fəzilətlərinə qənaəti, ibadəti, həyatın çətinlikləri qarşısında səbr etməyi misal göstərmək olar. Bu böyük xanım hələ 6 yaşında olanda anası Zəhranın (s.ə) Fədək haqqındakı xütbəsini əzbərləmişdi. Kufənin mühüm şəxsiyyətlərindən olan Bəşir ibni Xəzim deyir: "Allaha and olsun ki, Zeynəbdən başqa başdan-ayağa həya nümunəsi olan və nitq söyləyə bilənini görmədim. Sanki Əlinin (ə) dilindən nitq söyləyirdi. Danışmağı o Həzrətdən (ə) öyrənmişdi”. Bu böyük xanım böyük ictimai və elmi məqama malik idi. Həyat yoldaşı Əbdullah da onu "Ey Mürtəzanın qızı, Ey Bəni Haşimin ağıllı xanımı çağırardı. İmam Səccad (ə) bibisinin Kufədəki atəşli çıxışından sonra ona buyurmuşdu: "Allaha həmd olsun ki, sən müəllimi olmayan alim və ustadı olmayan filosofsan”.
 
O günlərdə ki, Həzrət Əli (ə) Kufədə idi, Zeynəb (s.ə) qadınlar üçün dərslər təşkil edərdi. Onlara Quran təfsiri dərsi verirdi. Bir gün "Məryəm” surəsinin ilk ayəsinin təfsirini söyləyirdi, atası daxil olur. Buyurur: "Ey nur görmüş! Eşidirdim ki, "Məryəm” surəsinin ilk ayəsini təfsir edirsən”. Buyurdu: "Bəli, fədanız olum”. Əmirəl-möminin (ə) buyurdu: "Qızım! Bu, elə bir rəmzdir ki, siz Peyğəmbər (s) itrətinin müsibəti haqqındadır və eyni zamanda onların başına gələcək müsibətlər haqqındadır”. Bu zaman xanımın naləsi və ağlamaq səsləri ətrafa yayıldı.
 
Zeynəbi-Kubra (s.ə) kamil bir zahid idi. Həyat yoldaşı o dövrün sərvətli insanlarından biri olmasına baxmayaraq, dünya nemətinə göz yummuş və Allah rizası və qardaşına həmdəm olmaq üçün Kərbəla yolçuluğuna qoşulmuşdu. Bu yolda dağ kimi sabit və möhkəm idi. Xanım-hicab və iffətin nə gözəl nümunəsi idi. Yəhya Mazəni deyir: "Mən uzun müddət Əmirəl-möminin (ə) qonşusu olmuşam. Bu müddət ərzində nə Zeynəbin (s.ə) qamətini görmüşəm, nə də onun səsini eşitmişəm. Zeynəb (s.ə) cəddini ziyarət etmək istəyəndə Həzrət Həsən (ə), Həzrət Hüseyn (ə) və İmam Əli (ə) onu əhatəyə alardılar. Peyğəmbərin (s) hərəminə çatmamışdan qabaq İmam Əli (ə) çıraqları söndürər və buyurardı: "İstəmirəm ki, bacınız Zeynəbi görsünlər”.
 
Bu gözəl xanım Kərbəlada qardaşının həmdəmi və Aşura hadisəsindən sonra isə İmam Səccadın (ə) himayəçisi və Əhli-beytin (ə) söykəndiyi bir dayaq idi. Dəfələrlə İmam Səccadı (ə) düşmənlərin qılıncından xilas etmişdi. Zeynəb (s.ə) Şama daxil olanda İmam Əli (ə) kimi nitqi söyləməklə lənətlik Yezidi rüsvay etdi. O, Yezidin məclisində buyurmuşdu: "Çox təəsüf ki, səninlə danışmağa məcburuq. Sən çox alçaqsan. Allaha and olsun ki, Allahdan başqasından qorxmuram. Ey Yezid! Allaha and olsun ki, öz dərindən başqasını parçalamadın, öz ətindən başqasını tikə-tikə etməmisən”. Yezid xanımın atəşli sözlərinin qarşısında titrədi və alçaldı. Əmr etdi ki, onları ehtiramla Mədinəyə yola salsınlar.
 
Yezid Əhli-beyti (ə) Mədinəyə göndərmək istəyəndə dəvələri bər-bəzəkli parçalarla bəzədi ki, Mədinə camaatı onlara qarşı hörmət edildiyini zənn etsin. Ancaq Zeynəb (s.ə) Yezidn bu siyasətini başqa düşüb, əmr etdi ki, karvanı qara parçalara bürüsünlər. İnsanlar da bilsinlər ki, Fatimə (s.ə) övladının müsibəti baş vermişdir. Tarixdə Həzrət Zeynəbin (s.ə) vəfat tarixi müxtəlifdir. Bir mənbəyə görə xanım İmam Hüseyndən (ə) sonra bir il yarım yaşamışdır.
62-ci hicri ilində 56 yaşında dünyasını dəyişmişdir. "Bəhril məsaibin” müəllifi yazır ki, Həzrət Zeynəb (s.ə) Aşura müsibətindən sonra o qədər ağlamışdı ki, qəddi əyilmişdi. Xanım Mədinəyə gələndən sonra Hüseynsiz (s.ə) keçən günlərə tab gətirə bilmədi. Əgər Zeynəbin (s.ə) müsitəblər qarşısındakı bu böyük səbri olmasaydı o, Kərbəla müsibəti qarşısında can verərdi. Ancaq o, Allahın layiqli bəndəsi idi. O, hamıya səbr, fədakarlıq və iffət dərsi verib və verməkdədir. İmam Zaman ağa (ə.f) xanım haqqında buyurur: "Mənim dostlarıma və davamçılarıma deyin ki, Allahı bibim Zeynəbin (s.ə) haqqına and versinlər ki, zühurumu tezləşdirsin”. 

ihq/az

Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 407 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]