Main » Files » Qadın » İslamda qadınlar |
İslamın nəzərində ideal qadın
2014-01-13, 7:39 PM | |
İslamın nəzərində ideal qadın İslam təlimlərində ideal qadının xüsusiyyətləri bəyan edilmişdir ki, onlardan bəzilərinə işarə edək: 1. Dindar. İdeal qadının xüsusiyyətlərindən biri - dindar olmağıdır. O insanın ki, dini yoxdur, heç bir şeyi yoxdur deməkdir. Dindar qadın əri ilə bir yerdə həyatın çətinliklərinə sinə gərər, ərinin malına xəyanət etməz, iffət və paklığını qoruyar. Bundan başqa, İslam təlimləri əsasında övlad tərbiyə edər. Ərinin hüququna riayət edər. 2. Təqva. Baxmayaraq ki, təqva - dindar olmağın səmərəsidir, ancaq bəzi hədislərdə təqvalı olmağa xüsusi sifariş edilmişdir. Təbiidir ki, təqvalı qadın həya və iffətini təqvası sayəsində hifz edər. Ailə səadətinə son qoyan amillərdən biri qadının iffət və həyaya malik olmamasına görədir. Əxlaqi fəsadı ailə səadətini təhlükəyə salar və övlad tərbiyəsinə mənfi təsir qoyar. Ona görə də İslam dinində tövsiyə edilir ki, ailə qurduğunuz qadının ailəsi nəcib və təqvalı olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Çirkin ailədə böyümüş gözəl qadından çəkinin”. 3. Zahirinə fikir vermək. Şübhəsiz ki, gözəllik bir imtiyazdır. Ailənin möhkəm olmasında təsiredici rola malikdir. Bir yerdə yaşayan bu iki insan bir-birinə qarşı sevgi bəsləməlidirlər. Əgər ər arvadını zahirinə görə sevmirsə, bu ailənin sütunu titrəyər və dağılmağa hazır olar. Əgər gözəl həyat yoldaşına malikdirsə, başqa qadınlara pis gözlə baxmayacaqdır. Peyğəmbər (s) buyurur: "Ümmətimin ən yaxşı qadınları onlardır ki, gözəl olub, mehriyyələri azdır”. Əlbəttə bu, tək meyar deyildir. Gözəl olmaqla yanaşı, başqa meyarların olması da vacibdir. Onu da qeyd etmək lazımdır ki, gözəllik nisbidir. Hər bir halda kişi ailə quran zaman həyat yoldaşının xarici görkəminə də diqqətetməlidir ki, ürəyinə yatan olsun. 4. Elm. Elm - insan səadətində həmişə mühüm rola malik olmuşdur. Çünki elm sahibləri oxuduqları mənbələrə əsaslanaraq, ərlərinin hüquqlarını qoruyar və daha yaxşı yaşamağın yollarını bilirlər. Bundan başqa, elmli qadın uşaq tərbiyəsində daha təcrübəli və agahdır. İslam dini həm ərin və həm də arvadının elm öyrənməsini həmişə vurğulamışdır. 5. Ağıl. Səadətli həyat qurmaq üçün insanın sağlam ağla ehtiyacı vardır. Ailə kiçik bir cəmiyyətdir ki, ağlın vasitəsilə idarə edilməlidir. Ağıl - həyat cığırını aydınladar. Ona görə də həyat yoldaşının xüsusiyyətlərindən biri də ağıl olmalıdır. İmam Əli (ə) buyurur: "Axmaqla evlənməkdən çəkin! Çünki onunla yaşamaq bir bəladır. Övladları da əxlaqsız olar”. Burada kişi ilə qadın arasında fərq yoxdur. 6. Ruhi və cismi sağlamlıq. Bəzi cismi və ruhi xəstəliklər çox da əhəmiyyətli deyildir. Ərin haqlarına riayət etməyə mane olmaz. Ancaq bəziləri ailə üçün təhlükəlidir. Ona görə də islam dini həyat yoldaşının ruhi və cismi sağlamlığını da xüsusi vurğulayır. Əlbəttə, arvadının cismi xəstəliklərinə dözmək - ər üçün yaxşı bir əməl olardı. 7. Fədakarlıq. Qadının mühüm xüsusiyyətlərindən biri də fədakarlıqdır. Ailə bir ölkə kimi qanunlara malikdir. Ər də bu qanunlara əsasən rəftar etməlidir. Eyni zamanda qadın da bu qanunlara riayət etməlidir. Fədakarlıq qanundan da üstündür. Əgər ailədə qanunlara fədakarlıq olmadan əməl edilərsə, o qədər də təsiredici olmaz. Ər və arvad fədakar olmalıdır. Bir-birinin çətinliklərinə fədakarlıq göstərib, səbir etməlidirlər. /Deyerler.org/ | |
Views: 1394 | Downloads: 0 | Comments: 1 | Rating: 4.0/1 |
Total comments: 1 | ||||||
|