Qız anasının cavan ailəyə təsiri - ARAŞDIRMA - Ailə xoşbəxtliyi - Qadın - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Qız anasının cavan ailəyə təsiri - ARAŞDIRMA
2013-08-04, 4:53 AM

Qız anasının cavan ailəyə təsiri - ARAŞDIRMA

 

İslam dini ərlə arvad münasibətinə xüsusi diqqət edir. Ailə kiçik bi cəmiyyətdir. Cəmiyyət bu kiçik cəmiyyətlərdən təşkil edilmişdir. Cəmiyətdə olduğu kimi, ailənin də nizam və intizama və rahatlığa ehtiyacı vardır. Qadınla kişinin bir-birinə olan qarşılıqlı hörmət və ehtiramı ailə ocağını həmişə isti və ayaqda saxlayar.

Bəziləri belə düşünür ki, bir ailəyə təsir edən bilən amillər ya ərdir, ya da həyat yoldaşıdır. Əslində isə hər bir ailəyə bu iki nəfərdən başqa, qalan insanların da təsiri az deyildir. Misal üçün hər bir qızın anası onu ər evinə göndərəndən sonra yenə də müstəqim və ya qeyri-müstəqim şəkildə qızının ailəsinə təsir qoyur.

Bəzi analar qızlarının evliliyinə xüsusi həssaslıq göstərirlər. Onların bu evliliyə təsiri müxtəlif yollarla mümkündür:

 

Rabitə çətinliyi.

Bəzi vaxtlar analar elə rəftar edir ki, qızları, ailəsində bir çətinliyi olan kimi anasının yanına qaçır və olan-bitənlərin hamısını ona danışırlar. Ancaq bu həmişə həll yolu olmur. Bəzi analar istəyir ki, qızlarının həyatında baş verən hər bir cüzi hadisədən belə xəbərləri olsun. Bu yolla onları lazım olan zaman himayə edə bilsin. Ancaq mütəxəssislərin nəzərinə görə, evdə baş verən problemlər evdə qalmalıdır, əks halda başqa insanlar onların ailə məsələsinə qarışacaq və bu da yaxşı nəticələr verməyəcəkdir.

 

Təhlükəsizlik.

Bütün analar istəyir ki, qızlarının həyatı təhlükəsiz olsun. Ona görə də onların bütün səyləri bu olur ki, qızları elə insanlarla ailə qursun ki, ailələri təhlükəsiz və rahat olsun. Bu günün analarının bütün səy və çalışmaları bu olur ki, qızlarını müstəqil tərbiyə etsinlər. Onlar istəyirlər ki, qızları hətta ailə qurduqdan sonra belə öz ehtiyaclarını təkbaşına təmin edə bilsin. Həyat yoldaşından maddi cəhətdən asılı olmasın. Bu analar ailə quran qızlarına ev və maşın da hədiyyə edirlər. Bu qızların həmişə qazancları ərlərindən ayrı olur. Ona görə də bu qızlar heç bir zaman "biz” kəlməsini işlədə bilmirlər. Onların işlətdiyi kəlmə "mən” kəlməsidir. Ümumi olaraq demək olar ki, bu analar qızlarına heç də müsbət təsir göstərmirlər. Övladlarını maddi cəhətdən həmişə himayə edirlər.

 

Övlad tərbiyəsi.

Bəzi analar qızlarını övladlarına düzgün tərbiyə verməməkdə ittiham edirlər. Qızların bəzisi bu iradlara əməl edirlər. Ancaq bəziləri bundan boyun qaçırdırlar. Həqiqət budur ki, övlad tərbiyəsi zaman dəyişdikcə dəyişir və öz zamanının rənginə boyanır. Ona görə də bir nənə gərək nəvəsini günün tələblərinə uyğun tərbiyə etsin.

 

Müdafiə.

Bəzən qız anasının ailə işlərinə qarışması heç də pis sayılmır. Analar qızlarının böyüdüyünü görüb, onu daima müdafiə etməyə çalışırlar. Bir ana qızına o zaman yardım etməlidir ki, qızı ailədə böhran yaşayır və ya övlad tərbiyəsində çətinlik çəkir. Bəzən ailə üzvləri ailədə olan böhran üçün həll yolunu tapa bilmirlər. Ancaq həyat təcrübəsi olan və uzaqgörən bir ana kömək edə bilər və böhranı aradan qaldırıb həll yollarını təklif edə bilər. Ancaq bu analar gərək məntiqli rəftar etsinlər. Ölçülməmiş bir rəftar vəziyyəti daha da pisləşdirə bilər. (Tebyan saytına istinadən)

 

Deyerler

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 331 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0   Spam
2 AGAHUSEYN   (2013-08-11 5:08 PM)
her halda haminin bir biri ile yollasib yola getmeyinde fayda var

0   Spam
1 AGAHUSEYN   (2013-08-10 11:24 AM)
Oglan analari qiz analarina nifret edirler esas problem de budur

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]