Bazar günü, 2024-12-22, 5:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Qayınana-gəlin münasibətləri haqda
2013-03-14, 6:22 AM
Qayınana-gəlin münasibətləri haqda

Bu gün müasir dünyanın hər yerində stress vardır. Ancaq müəyyən stresslər var ki, əsasən müəyyən cəmiyyətlərə aiddir. Bu sırada gəlin-qayınana münasibətlərinin konstruktiv durumda olmamasından irəli gələn streslər xüsusi yer tutur. Bir sıra hallarda təzə gəlinin ərin valideynləri ilə yaşaması yeni ailə üçün streslər gətirər.

Ərin valideynləri ilə yaşamaq kimi streslərlə mübarizə aparmaq üçün baxmaq lazımdır ki, ilk əvvəl hansı problemlər yarana bilər. Sonra isə bu olanları necə həll edə biləcəyimizi düşünməliyik. Bu zaman elə həll yolunu düşünmək lazımdır ki, ailədə olan hörmət və səmimiyyət zədələnməsin.

Bir çox hallarda gəlinlər qayınana ilə yaşamağa məcbur olurlar. Hər gün bir-birinizlə rastlaşırsınız. Bəzən də belə olur ki, ərin valdieynləri evli cütlərlə düzgün rəftar etmirlər. Onlarla necə düzgün rəftar etməyi bilmirlər. Bəzən onlar sizə deyirlər: "Sizin evliliyinizlə biz əvvəlki həyat tərzimizi dəyişə bilmərik. Tək fərq var və o da budur ki, sən bizim ailəmizə qoşulmusan”.

Siz bir axşam ərinizlə baş-başa yemək yemək istəyirsiniz, bu zaman çox sayda problemlərlə üzləşmiş olarsınız. Qayınana sizdən soruşar: "Gecə neçəyə qədər oyaq idiniz, niyə otağınızın işığı yanırdı?”. Yaxud "Sən ki, anangilə dünən getmişdin, bəs indi hara gedirsən?” və s.

Bu zaman sizin şəxsi mühitiniz təhlükə altına düşər. Əgər siz də həyatınızda bu cür maraqlı suallarla qarşılaşırsınızsa, qayınananızla mübahisə edirsinizsə, həyatınızı çətinləşdirmiş olarsınız. Ancaq belə olan halda sizin evdə olan dəyəriniz zəifləyər və hətta xoşagəlməz sözlər də eşidərsiniz.

Sizlərdən bir çoxu belə olan halda ərinə şikayət edirlər və onun da bu işə qarışmasını istəyərlər. Ancaq bizim sizə tövsiyəmiz budur ki, bu yanlış çıxış yolunu unudun. Çünki nəinki faydalı deyil, bəlkə sizin qayınananızla rabitənizi daha da pisləşdirər.

Nə etməli?

İlk növbədə mehriban münasibətdə olmağa çalışın. Onların mülayim dillə həyatınızdakı qırmızı xətləri aşmamalarını başa salın. Qayınananızın maraqlı suallarına mehriban və ədəbli cavablar verin. Bunu bilirik ki, həqiqətən sizin yuxu saatlarınızı onun müəyyən etməsi - qırmızı xətti keçməkdir. Ancaq münasib sözlərlə bu problemi həll edə bilərsiniz.

Bunu nəzərə almaq lazımdır ki, hər bir ailədə söz-söhbət olar. Mühüm olan odur ki, bu problemlər düzgün həll yolunu tapsın. Ona görə də bu cür suallara belə cavab verə bilərsiniz: "Ana can! Bu məsələ elə də mühüm məsələ deyil ki, onunla özünüzü yorursunuz. Bilirəm ki, mənim səhərlər gec durmağım sizi nigaran edir. Ancaq nigaran olmayın. Mən proqramımı elə qurmuşam ki, ərim gələnə qədər həm evi səliqəyə salacağam və həm də yeməyi hazırlayacağam”.

Bunu yaddan çıxartmayın ki, qayınananız illələ sizin ərinizlə yaşamışdır. Onun bütün rəftarlarını yaxşı tanıyır. Əgər onun rəftarında hansısa dəyişiklik olubsa, sizin ayağınıza yazacaqlar. Ona görə qayınananız və ya qayınatanızdan gileylənmək yerinə, onlarla səmimi söhbət etməyə, normal ünsiyyət qurmağa çalışın.

Bunu yaddan çıxartmayın ki, onlar sizin ərinizin valideynləridir. Onlara hörmət etmək - ərinizə hörmət etmək deməkdir. Ancaq bu ehtiramla yanaşı, onların, sizinlə ərinizin həyatındakı qırmızı xəttləri keçmələrinə icazə verməyin. Onlarla söhbət edən zaman keçmişinizdən, dostlarınızdan və yaxın qohumlarınız haqqında çox məlumat verməyin. Çünki yaxın zamanda bu dediklərinizi sizin özünüzə qaytara bilərlər.

Əgər biz müsəlmanıqsa, Allahın razılığını qazanmaq istəyiriksə, onlara ərimizin bizə əziyyət verən və hər addımda bizi ərimizin gözündən salmaq istəyən valideynləri kimi deyil, bir müsəlman kimi baxmaq lazımdır. Peyğəmbərimizin (s) dəyərli bir kəlamı vardır ki, əgər o, pisliyindən qalmırsa, sən niyə yaxşılığından qalırsan?

Axı bütün qayınana və qayınatalar bu cür olmur. Axirətini düşünən və saleh əməllər görmək istəyənləri də az deyildir. Mühüm odur ki, qarşılıqlı hörmət əldə etməyə çalışasınız. Heç kim ideal deyildir, hər bir kəsin eybi ola bilər. Mühüm budur ki, öz eyblərinizi görüb, onları aradan qaldırasınız.



(Tebyan/ Deyerler.org)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 2942 | Downloads: 0 | Comments: 2 | Rating: 1.0/1
Total comments: 1
0  
1 AGAHUSEYN   (2013-06-12 3:40 PM) [Daxil et]
salam.Men bele dusunurem ki gelin-qaynana bir-birlerine en baslicasi hormet etmelidirler.Qaynana vefali olmalidi, geline qarsi, gelin de qaynanasina oz anasi kimi davranmalidir.Bezen ne qeder bacardigin yaxsiligi edirsen,evezinde pislik gorursen,amma bunu unutmayaq ki,Allah butun emellerimizin evezin verecek ,yaxsiligin evezin insanlardan gozlemeyek.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]