Cümə axşamı, 2024-11-21, 9:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Kişilər qadınları niyə döyürlər?
2012-12-10, 9:26 PM
Kişilər qadınları niyə döyürlər?
 
Bu cür danışığı və hərəkətləri ilə qarşınsıdakı insana təzyiq göstərməyə meyilli insanların düzəlməsi çox nadir halda baş verir

Yaşadığımız dövrdə qadına qarşı mənəvi və fiziki şiddət, təzyiq günü-gündən azalmaq əvəzinə artmaqdadır.
Müasir dövr anlayışının təbliğ olunduğu, texnologiyanin inkişafının artdığı və əksəriyyətin təhsil aldığı bir zamanda təzyiqlər son 10 il ərzində kuluminasiya həddinə çatmışdır.

Bəs buna səbəb nədir? Niyə kişilər qadınları döyürlər?

İslamazeri.az bu sualın cavabını dəyərli oxucularına təqdim edir:
Aparılan araşdırmalara görə, kişinin qadına qarşı fiziki təzyiqə keçməsinə bir neçə şey səbəb olur. Əslində təziq növləri bir-birlərindən fərqlənirlər.
Belə ki, yalnız əsəbləşəndə vuran insanlar var, hər zaman vurmaq üçün bəhanə axtaranlar var, vurduğu zaman zərbənin çox kəskin olmamasına diqqət edənlər və bəzən də ölümünə döyənlər var.
Ancaq bütün bunlar bir-birlərinə çox yaxındılar. Yəni vumağa meyl edən insan zamanla elə bir hala gəlir ki, artıq vurarkən qarşısındakının insan olduğunu, qadın olduğunu unudur, sadəcə hirsini tökmək üçün vurur.

Bəs kişi bu hala necə gəlir?
Mütəxəssislərin fikrinə görə, muasir dövrdə belə halların artmasına səbəb zamanəmizin tələbləridir. Yəni kişi bu tələblərə uyğunlaşa bilməyəndə özünə olan inamı itirir. Qadın zəif və ondan asılı olduğu üçün əsəbini qadının üzərinə tökür.
Ancaq tamamən psixologiyası pozulan insan təkcə qadına qarşı yox, ümumiyyətlə hər kəsə qarşı belə hərəkətlər tətbiq edir. Artıq özünü cilovlamaq qabiliyyətini itirən bu cür insanlar ya içki içənlər, ya narkotik istifadəçiləri, ya da hər hansı bir hadisədə beyindən travma alanlardır.
Digər şiddətə meyilli insanlar maddi cəhətdən sıxıntısı olan, ətrafdakı rahat həyat tərzini istəyib yaşaya bilməyən insanlardır.

Bu cür danışığı və hərəkətləri ilə qarşınsıdakı insana təzyiq göstərməyə meyilli insanların düzəlməsi çox nadir halda baş verir.
Ona görə də mütəxəssislərin insanlara məsləhəti, gələcək nəsil üçündür. Çünki bu cür beyni pozulmuş insanların yetişdirdiyi övlad da gələcəkdə bu cür həyat yoldaşı və ata olur.
Burada əsas iş ən çox ananın üzərinə düşür ki, övladını bu cür böyütməsin, cəmiyyətdə formalaşmış kişi tipini deyil, düzgün əxlaq necə olmalıdırsa onu aşılasın. Spirtli içki, narkotika, siqaret kimi ziyanlı maddələrin zərərləri uşaq yaşdan təbliğ olunmalıdır.

Son olaraq mütəxəssislər bildirirlər ki, mənəvi və fiziki təzyiqə məruz qalmayan, döyülməyən insan özü də kiməsə qarşı belə şeylərə meyl etmir.
Biz həyatımızdan bu tip zərərli davranışları çixartmadıqca gələcəkdəki nəsil də çıxartmayacaqdır.
islamazeri.az
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 823 | Downloads: 0 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 2
0  
2 GADİR   (2012-12-11 8:12 AM) [Daxil et]
Bismillahir-Rəhmanir-Rəhim.
Peyqəmbər(s.ə.s.)buyurub; Səbir edən kişilərə aid;
-Arvadinin bəd rəftarliğna dözüb şiltağliğna görə ona aciğlanmayin,vurmayin pis söz deməyin,dolanişiqda onunüçün çətinlik yaradmayin, bir sözlə- onnan əvəz çixmayin, və səbir edən kişi öz əcir savabini Allahdan istəsə Mütəal-Allah ona şakirlərin savabini verəcək!

0  
1 GADİR   (2012-12-10 11:44 PM) [Daxil et]
Salam aleykum.
Qadinlar bugünün muqabilində çiyinlərinə hədsiz yük götürürlər,"Müasir Qadin" deyə-deyə dünyani az qalir alt üst etsinlər,həyat tərzin axinina və dünya istəklərinə meyil azda deil.
Hədis; İMAM CƏFƏRİ SADİGDƏN(ə.s)öz ata babalarindan nəgl edirki Həzrəti Peyğəmbər Əkrəm(s.ə.s.)Əmirəl möminin Əli ibni Əbu Talib(ə.s.)etdiyi vəsiyətinda buyurdu; Ya Əli qadinlara cumə namazi gilmag,camaat namazina getmək, azan və iqamə, xəstəyə baş çəkmək, canəzənin dəfin mərasimində iştirak eləmək,səfailə mərva dağlarin arasinda səy etmək, həcərül-əsvədi öpmək,yaxud ona əl sürtmək,həc əməlləri gurtararkən baş qirxtimaq kimi işlər yoxdur.Onlar qəzabət və hakimlik mənsəbini öhdəsinə almamali, onlarla məşvərət edilməməlidir, gərək zərurət hali istisna olmaqla başqa hallarda heyvan başi kəsməsinlər,onlar ehramda LƏBBEYKİ uca səslə deməməlidirlər, gəbirlərin yaninda durmamali xutbəni eşitməməli, evlənmək işini öhdələrinə almamalidirlar,əri icazə verməyincə evindən cölə getməsin,ərindən icazəsiz cölə getsə Mütəal-Allah,Cabrail(ə.s)və Mikail(ə.s.)onu qayitdiği vaxta qədər lənətləyəcəklər, həmçinin ərindən icazəsi olmadan onun evindən bir kəsə bir şey verməsin,hərşən əri ona zülm etmiş olsa belə,ona qəzəbli olan halda yatmasin!

4/34. Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.

Allah Qadinlarin köməyi olsun,ANA vəzifəsi gismətlərində olsun!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]