Cümə axşamı, 2024-11-21, 9:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Işləyən analar və körpənin dövrü ehtiyacları
2012-12-17, 7:23 AM
Işləyən analar və körpənin dövrü ehtiyacları

Tam da bu nöqtədə işləyən anaların zehinlərinə ilişən əhəmiyyətli bir suala cavab vermək lazımdır. Günümüz ictimai həyatı, ananı da iş həyatına sürüyür və ana daha yeni doğan körpəsini qundaqda buraxaraq bir neçə ay icazə aldığı işinin başına dönmək məcburiyyətində qalır.

 
Analar, özlərinə içində olduqları ziddiyyətli vəziyyət haqqında müxtəlif bəhanələr tapsa da vicdanlar rahat olmur, ola bilmir. Ana hər nə qədər bədənlə iş yerində olsa da ruhən, hələ qoxusu burnunda tüstüləyən körpəsinin yanında var. Bəzən baxıcıya əmanət edilmiş körpəsinin vəziyyətini öyrənmək üçün gizli kameralara çəkilib, zəng etməyə və balasının səsini bir neçə saniyədə olsa  eşitmək üçün fürsət gözləməyə çalışır. Çalışan bir ana hər nə qədər uşağını özünə ehtiyac duymadığına özünü inandırsa da bir sıra mütəxəssislərdən təsəlli alsa da vicdanı rahat deyil. Necə rahat olsun ki! Körpəsi evdə, özü işdə körpəsinə aid olan südlər, sinəsindən boşa axarkən ananın boşa axan südlərini hər gördüyündə vicdani olaraq narahat olmaması mümkün deyil. Ananın yaşayacağı ən  iztirab verici anlardan biri də sinəsinin kifayət qədər əmilməməsindən ötəri südünün kəsilməsidir. Bu, ananı daha da agresifleştirir və "səhvmi edirəm görəsən? "deyə düşünərək acı  çəkər. Bütün bunları ana öz ruhunda səsik sədasız yaşayarkən işə başlayan andan iş,  ailə başçısının tələbləri anadan digər məsiliyyətli olmasını tələb edir. Bəli, analıq belə şeydir. Bir tərəfdən ruhu ilə bağlı olduğu uşağının ehtiyaclarını qarşılaya bilməmənin peşmanlığı bir tərəfdən də həyatın özündə tələb etdiyi mərhəmətsiz gözləmələr… 

Bu və bənzəri onlarla səbəb yan-yana gəldiyində uşağın ilk dörd ildə, anaya necə möhtac olduğu görünür. Ancaq günümüz sənaye cəmiyyətindən, ana ilə körpəsi arasındakı bu möhtaclığı anlamasını gözləmək doğru bir gözləmə deyil. Bir işə götürən öz dünyasında  çalışan bir qadını "ana"‌ olaraq görməkdən xoşlanmaz. Çünki bir qadını ana olaraq görmək işə götürənin iş yerindəki məhsuldarlıq gözləməsinə təzad təşkil edər. … Hər nə qədər iş verən beləsi bir gözləməyə yeni ana olmuş birinə hiss etdirməmə həssaslığını göstərsə də ana öz üzərindəki bu psixoloji  təzyiqi sezəcək. Ən həssas işə götürən belə, yeni doğum etmiş ananın işinin başından bir neçə ay ayrılmasından məmnun olmayacaq. Ana da bu məmnuniyyətsizliyi hiss edəcək. İşə götürən zəng edib ananı təbrik etsə; hətta "yoldaşlar indidən sizi çox darıxdılar nə vaxt dönəcək deyə dörd gözlə gözləyirlər"‌ desə ana bu cümlələrin özüylə körpəsi arasındakı ayrılıq işarələri olduğunu anlar. İşləyən ana hər nə qədər beləsi bir psixoloji təzyiq altında çarəsizləşdirilsə də bunu ifadə etməkdə fayda var ki ananın ilk dörd ildə körpəsinin yanında olması lazımdır. Beləsi bir vəziyyət günümüz ictimai həyatı baxımından qeyri-mümkün də olsa ana özünə çıxış yolları axtarışlıdır. Burada əsl məsuliyyət anadan çox, işə götürənə düşər. Yeni bir körpəsi olan ananın məsuliyyətini daşıyan işə götürən, ananı rahatlaşdırıcı tədbirləri ala bilər. Beləsi tədbirlər həm insan olmanın gərəyidir həm də iş yerindəki məhsuldarlıq üçün alternativ bir çıxış yoludur. Çünki gün boyu uşağını darıxan, onun erkən bir dövrdə baxıcıya əmanət etmənin verdiyi iç narahatlıqla iş yerinə gələn bir ana nə qədər məsuliyyətli ola bilər və nə qədər məsuliyyətli  işlə çalışa bilər. Həm bu səbəblə həm vicdanı həm də insani səbəblərlə iş verənlər bu mövzuda təşəbbüs ələ almalı, ananın körpəsiylə iş yerinə gələ biləcəyi, körpəsinə qorunmuş və dinc bir körpələr evi imkanı təqdim edə biləcəyi və ananın da gün içində dəfələrlə körpəsini ziyarət edib onun ehtiyaclarını qarşılaya biləcəyi mühiti meydana gətirə bilməli. Bu, göz qamaşdırıcı işə götürən əxlaqı olar! Beləsi şərtləri meydana gətirə bilməyən bir işə götürən heç olmazsa anaya iki illik ödənişsiz icazə imkanı təqdim edə bilsə… Ananın əmmə müddəti olan iki ili, uşağının yanında keçirməsinə icazə versə, onun ruhən inkişafına özü də vicdani olaraq bir addım atmış olsa, günümüz xəstəlikli ictimai həyatının müalicə edilməsində böyük bir qatqı təmin etmiş olar… Hər şeyə baxmayaraq ana çalışdığı iş yerində beləsi imkanlara sahib ola bilməz və "uşaqmı, iş mi?"‌ seçimini etmə vəziyyətində qalsa biz ananın gələcək həyatını və uşaq ruh sağlamlığını düşünərək uşağından yana seçim istifadə etməsini tövsiyə edirik. 

Pedagog: Adəm günəş

tefekkur-dergisi

tebyan


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 874 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]