Bazar günü, 2024-12-22, 4:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

İslamın nəzərində elçilik
2013-04-11, 5:30 AM
İslamın nəzərində elçilik

 "O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır». (Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşaallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən». (Musa) dedi: «Bu (müqavilə) mənimlə sənin aranda sabit olsun. Beləliklə (bu) iki müddətdən hər birini tamamlamaqda, mənə qarşı heç bir təcavüz və zor olmamalıdır. Allah dediklərimizə vəkildir»””. ("Qəsəs” 26-28).


Evlilik - İslam dinində çox vurğulanmış bir məsələdir. Yuxarıdakı ayədə oğlan deyil, qız evinin elçilik məsələsinə işarə edilmişdir. Ancaq bu yolla Allah bizə elçilik qaydalarını öyrətmiş olar. Elçilik zamanı əgər hər iki tərəf razılığa gələrsə, mehriyyə məsələsinə toxunulmalıdır. Vacib deyil ki, mehriyyə hansısa miqdarda pul və ya qızıl olsun. Müəyyən bir əməli də mehriyyə kimi bəyan etmək olar.

Məsələn, yuxarıdakı ayədə Şüeyb 8 il ona xidmət etməyi qızının mehriyyəsi kimi bəyan edir. Çünki görür ki, Həzrət Musanın (ə) pulu və sərvəti yoxdur. Ancaq o, çox güclü və imanlı bir gəncdir. Ona görə də mehriyyəni pul deyil, əməllə müəyyən edir. Ancaq mehriyyə oğlanın gücü çata bilən bir şey olmalıdır. Yəni, o işi görməyə qadir olmalıdır.

İslam dininin əvvəllərində mehriyyə qız evinə verilən və onların yaşayışları üçün lazım olan əşyalara xərclənərdi. Belə ki, Peyğəmbər (s) əziz qızı Fatimə (s.ə) üçün 500 dirhəm mehriyyə qərar verir. Həzrət Əli (ə) onu verən zaman Peyğəmbər (s) onu üç hissəyə bölür: onun üçdə biri ilə gəlinin cehizini alır, üçdə biri ilə gəlin paltarını alır və üçdə birini isə toy məclisinə xərcləyir.

Ancaq bu gün mehriyyə öz əsl mənasını itirmişdir. Bir növ bəyin gəlinə təlaq verməməsi üçün bir zəmanət halına düşmüşdür. Bir növ təlaqın qarşısını almaq üçün bir amildir.

Ancaq mehriyyənin dəqiq miqdarını müəyyən etmək çətindir. Belə ki, Peyğəmbərin (s) zamanında bir qoyunun qiyməti iki dirhəm idi. Deməli 500 dirhəmlə 250 qoyun almaq olar.

Ancaq əgər hər iki tərəf bir-birinə anlayışlı olsa, daha möhkəm ailənin təməlini qoyarlar. Çünki xoşbəxt ailənin təməlini qoyan zaman iman və təqvaya, qarşılıqlı anlaşmaya, hörmətə, ehtiram və iffətə mehriyyədən daha çox ehtiyac vardır.



(Tebyan/ Deyerler.org)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 926 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]