Cümə axşamı, 2024-11-21, 5:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ana Və Ata 1
2012-11-02, 7:33 AM
Ana Və Ata 1


Rəbbin, tək Özünə tapınmanızı və ana ataya yaxşılıq etməyi əmr etmişdir. Əgər ikisindən biri və ya hər ikisi, sənin yanında ikən qocalacaq olsa, onlara qarşı «Of» belə demeyesin, onları azarlamayasın. İkisinə də  həmişə şirin söz söyleyesin. 

  Ana və ata mövqesi o qədər uca və müqəddəs bir mövqedir ki quranı kərimdə dəfələrlə Allahdan dərhal sonra zikr edilmişdir və ana ataya yaxşılıqda olmaq, Allahın, imandan sonra, qullarından istədiyi başlıca istək olaraq quranın fərqli yerlərində ifadə edilmişdir.

  Bir çox şeyimizi və bəlkə də hər şeyimizi ana və atamıza borclu olduğumuzu söyləməyə ehtiyac yoxdur. Bunu onsuz da  hamımız bilirik.

Bir çox çətinliklərə dözərək bizi sevgi və şəfqətlə böyüdən analarımız, çox vaxt bizim rahatımız üçün özlərini belə unudaraq həyatlarının ən gözəl illərini sevə sevə bizim üçün fəda etmişlər.

Atalarımız nə qədər çətinliklərə sinə gərərək, nə qədər söykən/dözülməsi çətin hadisələrlə boğuşaraq bizim dinc və rahat ola bilməmiz üçün ən gözəl illərini xərclədiklərini bilirik. Bu səbəbdən rahatlıqla bunu söyləyə bilərik ki heç bir insan ana və atasının ona etdikləri yaxşılıqların qarşılığını ödəyə bilməz. Heç kim anasının onu daşıdığı o doqquz aylıq çətin günlərin əvəzini ödəyə bilməz. Uşaqları üçün hər şeylərini gözlərini kıpmadan fəda ədəbilən anaların haqqını heç kim ödəyə bilməz.

  Uca Allah quranı kərim idin bir çox yerində öz adının yanında ata-anadan danışmışdır və hər vaxt ana və ata haqqını öz haqqlarının yanında eşitdirmişdir.

Uca Allah belə buyurur: "Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin;" [
Ən'am 151. ]

  "Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!"[
Nisa 36. ]

Başqa bir ayədə isə belə oxuyuruq:
"Bir zaman Biz İsrail oğul-ları ilə: "Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– (deyə) əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, (haqdan) üz çevirib döndünüz.". [
Bəqərə 83. ]

  Bu ayələri bir araya gətirməkdə məqsədimiz isə ana və ataya edilməsi lazım olanlar və ediməməsi lazım olanlar olaraq iki mövzu əsasında qurulur.

Uca Allahın, Ana və atanı özündən sonra ikinci addımda zikr etməsi və iman etmək kimi ən qiymətli vəzifədən sonra ana və ataya edilməsi lazım olan yaxşılıqdan danışması ana və atanın gerçək mövqesini gözlər önünə sərir.


Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1901 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]