Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2014-08-15, 9:39 AM | |
Pozitiv əhval insanı kamala çatdırar Hüsnü-zənn elə bir sifətdir ki, insanı ancaq xeyir işlər görməyə sövq edər. Hər kimdə bu mələkə olarsa, başqalarının ancaq yaxşılığını istəyər. Bu cür insanlarda psixoloji xəstəliklərin əlamətləri də az müşahidə olunar. Çünki stressə ən çox şərait yaradan amil bədbinlikdir. (Tebyan) İmam Əlinin (ə) nəzərinə görə, pozitiv düşünmək qəm və narahatlığı aradan aparan amillərdəndir. Hüsnü-zənn edən insan cismi cəhətdən bədbin insandan daha sağlam olar. Tədqiqatlar göstərmişdir ki, bədbin insanların əksər hissəsində yüksək qan təzyiqi xəstəliyi müşahidə olunar. İnsanın özünə qarşı hüsnü-zənn etməsi ən böyük nemətlərdən biridir. Çünki insanın tərəqqi etməsi və irəli getməsi ancaq bunun sayəsində mümkün olur. İnsan bu sifətinə görə Allahın yer üzərindəki xəlifəsi, mələklərin səcdə yeri ola bilər. İnsan əgər öz istedadlarına və öz varlığına görə hüsnü-zənn edərsə, daha ali hədəflərə çatmağa çalışar. Bu cür hüsnü-zənn insanı kamala çatdırar və hər iki dünyada səadətli edər. Bu cür insan “edə bilmərəm” kimi sözlər işlətməz və onun üçün qeyri-mümkün olan şey yoxdur. Bəlkə deyər ki, “əgər istəsəm, edə bilərəm”. İmam Əli (ə) də bizlərə tövsiyə edir ki, özümüzə qarşı hüsnü-zənnə malik olaq və öz müsbət sifətlərimizə diqqət edək. Öz dəyərimizi bilək. Belə ki, Həzrət Əli (ə) buyurur: “Hər kim özünü böyük görsə, şəhvəti gözündə xar olar”. İbn Meysəm İmamın (ə) bu nurani kəlamının şərhində deyir: “Nəfs və istəklər - insanın iki düşmənidir. Birinə hörmət etmək, o birisini xar etmək olar. Ona görə də hər kim nəfsini əziz tutar, onu Allahın əzabından qoruyar, bu, şəhvəti xar etməyə səbəb olar”. İmam Əli (ə) daima tövsiyə edərdi ki, bədbinlikdən uzaq olun. Çünki bədbinlik sayəsində başqalarının həm bugünkü və həm də gələcək əməllərinə görə mənfi fikirlərdə olarıq. Bədbin insan elə bilir ki, başqaları həmişə yanlış işlər görür. Çünki özü də bədbin olduğu üçün düzgün olan işlər görməz. Beləliklə deyə bilərik ki, özünə və başqalarına qarşı xoş güman bəsləmək insanı irəli aparar və kamala çatdırar. İnsanın ruhunu sakit və hüzurlu edər. | |
Views: 2623 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |