Çərşənbə günü, 2024-05-08, 7:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql etdikləri hədislər
2012-12-24, 7:24 AM
Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql etdikləri hədislər
◘Peyğəmbər (s) buyurub: ”Allaha ağıldan da artıq heç bir şeylə ibadət etmək olmaz. Mömin də nə qədər ki, on xüsusiyyətə yiyələnməyib onu ağıllı hesab etmək olmaz. Həmin xüsusiyyətlər bunlardır: camaat onun xeyrinə ümidvar olsun, şərindən amanda olsun, başqalarının xeyir işini az olsa da, çox hesab etsin, öz yaxşı işlərini isə çox olsa da az hesab etsin, ömrü boyu elm öyrənməkdən yorulmasın, ona ehtiyaclarını bildirənlərin işlərini yoluna qoymaqdan usanmasın, tanınmamağı şöhrət və ehtiramdan daha artıq sevsin, yoxsulluğu varlılıqdan daha artıq xoşlasın, dünyadan yalnız zəruri ehtiyaclarını ödədiyi qədər istifadə etsin və nəhayət, onuncu və eyni zamanda ən mühümü budur ki, hər kəs barədə onun özündən üstün olduğu fikrində olsun. Çünki camaat ona nisbətən iki dəstədir: ya ondan üstündür, ya da üstün deyil. Üstün olan barədə təvazökar olsun ki, ona çata bilsin. Xoşu gəlmədiyi şəxs barəsində də belə fikirləşsin: "Ola bilsin ki, batini məndən daha yaxşıdır”, yaxud "ola bilsin ki, inhirafdan qayıdar və aqibəti xeyirlə tamamlanar.” Hər kəs bu on xüsusiyyətə riayət etsə əzəmətə və insaniyyətin yüksək dərəcəsinə yiyələnmiş olar və bu şəxs öz dövrünün bütün insanlarından üstündür.
◘Məaz deyir ki, bir gün Peyğəmbərdən (s) Qiyamətin dəhşətli qorxuları barədə soruşdum. Həzrət (s) buyurdu: "Böyük bir şey barədə soruşdun: "Sonra mübarək gözlərindən yaş axmağa başladı və buyurdu: "Mənim ümmətimdən on tayfa məhşərə müxtəlif sifətlərdə daxil olar. Bəziləri meymun, bəziləri isə donuz sifətində həşr olunar. Bəziləri ayaqları yuxarı, başı aşağı, üzləri də yerlə sürünə-sürünə məhşərə gələr, bəziləri kor, kar və lal halda həşr olar. Bəziləri dilləri ağızlarından çıxıb sinələrinə qədər sallanar dilindən üfunətli çirk axaraq hamıya əziyyət verər. Bəzilərini qolları və ayaqları kəsilmiş halda, bəziləri isə atəşdən olan dar ağacından asılmış halda həşr olunar. Bəziləri əyinlərində dərilərinə yapışmış qır köynəklər olduğu halda pis iy verə-verə məhşərə gələrlər. Meymun sifətində olanlar sözgəzdirənlərdir. Donuz sifətində olanlar haram yeyənlərdir. Başayaqlar riba yeyənlərdir. Korlar zülmkar qazilər, korlar və lallar isə özlərini bəyənənlərdir. Dilləri sallanaraq ondan üfunətli çirk axanlar qeybət edənlərdir. Qolları və ayaqları kəsilmiş halda həşr olunanlar qonşularına əziyyət edənlərdir. Odlu dar ağaclarından asılmış vəziyyətində olanlar camaatı qaniçən zalımların çənginə verməyə səy göstərənlərdir. Dərilərinə pis iyli qır köynəklər yapışmışlar isə şəhvətbazlar, əyyaşlar və ilahi hüquqları ödəməkdən çəkinən şəxslərdir. Axırıncı dəstədən olanlar isə Allah bəndələrinə böyüklük edən lovğalar və mütəkəbbirlərdir.”
◘Əliyə (ə) verdiyi göstərişlərində belə buyurur: "Ey Əli! Sən öz xalis şiələrini on imtiyazla müjdələ:
1. Halalzadəlik.
2. Səhih iman.
3. Allahın onları sevməyini.
4. Qəbr genişliyini.
5. Sirat körpüsünün aydınlığını.
6. Fəqirlikdən qorxmamaq və qəlb ehtiyacsızlığı.
7. Onların düşmənləri ilə Allahın da düşmən olması.
8. Xora xəstəliyindən amanda olmaq.
9. Günahlarının bağışlanması.
10. Mənimlə behiştdə yanaşı olmaq.”
◘Həzrət Əli (ə) buyurur: "Peyğəmbərdən (s) mənə on iftixar ediləcək şey qalıb ki, bütün dünyadan və günəşin saçdığı hər bir şeydən daha dəyərlidir. O həzrət mənə buyurdu: "Ey Əli! Sən dünya və axirətdə mənim qardaşımsan, məhşərdə mənə hamıdan yaxınsan, sən mənim vəzirim və vəsimsən, ailə və malımda mənim canişinimsən, dünya və axirətdə mənim bayraqdarımsan, sənin dostun mənim dostum, düşmənin də mənim və Allahın düşmənidir.”
◘Bir gün Peyğəmbərdən (s) soruşdular: "Nə üçün bizim dualarımız qəbul olunmur? Halbuki, Allah-təala buyurur: "Məni çağırın, Mən də sizə cavab verim.” Həzrət (s) buyurdu: "On şey sizin qəlbinizi öldürüb:
1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz.
2. Quranı oxuyub ona əməl etməmisiniz.
3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz.
4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız.
5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz.
6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız.
7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz.
8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz.
9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız.
10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir.”
◘On şeydə möhtəkirlik etmək qadağandır: buğda, arpa, xurma, kişmiş, qarğıdalı, yağ, bal, pendir, qoz, zeytun.
◘Mənim dediklərim şəriətdir, rəftarım təriqət, halətim həqiqətdir, əqlimin üstünlüyü mərifət, ləyaqət və səlahətim elmdir, geyimim təvəkküldür, xəzinəm qənaətdir, mənzilim doğruçulluq, məskənim yəqin, iftixarım fəqirlikdir və elə məhz bu da mənim başqa peyğəmbərlər yanında fəxrimdir.
◘Əli (ə) buyurub: ”Elm ən gözəl irsdir, əql ən gözəl (ilahi) bəxşişdir, ədəbən gözəl məşğuliyyətdir, təqva ən gözəl ehtiyat azuqəsidir, ibadət ən faydalı sərmayədir, saleh əməl ən gözəl rəhbərdir, xoş xasiyyət ən gözəl dostdur, səbrli olmaq ən mənfəətli yoldaşdır, qənaət (qane olmaq) ən böyük dövlətdir və tövfiq ən yaxşı köməkçidir.”
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 779 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]