Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Əmirəl-möminindən (ə) hədislər
2013-01-02, 4:05 PM | |
Əmirəl-möminindən (ə) hədislər ◘Şəbi deyir: "Əli (ə) doqquz misli görünməmiş fəsahət və bəlağətli cümlə işlətmişdir ki, bütün insanlar bir yerə cəm olsalar da bunların bir cümləsi kimi cümlə işlədə bilməzlər. Bu cümlələrin üçü o həzrətin (ə) münacatlarından, üçü hikmətli sözlərindən, üçü də ədəb və əxlaq mövzusunda olan kəlamlarındandır. Münacatlarından olan üç cümləsi bunlardır: "İlahi, mənim başucalığımdan ötrü Sənə bəndə olmağım və iftixar etməyimdən ötrü, Sənin kimi bir Allahımın olmağı mənə bəsdir. İlahi, Sən mənim sevdiyim kimisən və məni də elə et ki, sənin sevdiyin kimi olum.” ◘Hikmətli sözlərindən olanlar bunlardır: "Hər kəsin qədir-qiyməti onun elmi və (Allaha qarşı olan) mərifəti qədərdir. Hər kəs öz qədrini bilsə həlak olmaz. Hər kəs dilinin arxasında gizlənmişdir.” ◘Ədəb barəsində olan sözlərindən olanlar isə bunlardır: "Hər kəsi yaxşılıqlara tutsan, onun əmiri olarsan. Hər kəsə tərəf ehtiyac əlini uzatsan, onun əsiri olarsan. Hər kəs qarşısında öz ehtiyaclılığını gizlətsən, onunla bərabər və həmtay olarsan.” | |
Views: 746 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |