Şənbə günü, 2024-04-27, 0:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » QISA KƏLMƏLƏR BÖLÜMÜ

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:35 PM

QISA KƏLMƏLƏR BÖLÜMÜ

104-İĞTİŞAŞLARDA İNSANIN VƏZİFƏSİ

Dünyada baş verən fitnələr və hadisələr müxtəlifdir.

Bir ixtilaf gah iki münhərif qrup arasında, gah, iki şəkkli, bə`zən də iki haqq və batil qrup arasında baş verir.

İslam nəzərincə haqqı himayə edib batil ilə mübarizəyə qalxmaq lazımdır. İki qrp arasında, yə`ni batil və şəkkli qruplar arasında fitnə fəsadlar baş verərsə belə hallarda İslam dayanmaq əmri verir, əlbəttə dayanmaqdan məqsəd kənara çəkilib laqeyd qalmaqlıq deyildir. Əksinə, məqsəd budur ki, bir müsəlman insan yolunu azmış ya şəkkli adam üçün körpü və arxa olmalıdır. Belə ki, ondan batil üçün istifadə etməsinlər.

İmam Əmirəlmö`minin (əleyhissalam) buyurur:

«Fitnələrdə az yaşlı dəvəyə bənzə. Nə belini əy ki, sənə minsinlər və nə də döşün olsun ki, səni sağsınlar. Yə`ni heç vəchlə batil yolla gedənləri müdafiə etmə.

Bu yandırıcı oddan ayıq və uzaq ol ki, iddiaçılar canını satın almasınlar.»

105-ÜÇ SUALA CAVAB

İmam Əli (əleyhissalam) camaatı o qədər azad buraxmışdı ki, onların istədikləri vaxtda Həzrətdən sual soruşmağa icazələri var idi. Həzrət bə`zən onlara belə buyururdu: «Hələ aranızdan getməmiş suallarınızı məndən xəbər alın.»

Bir gün bir şəxs o Həzrətin hüzuruna gəlib soruşdu: Məgər Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm belə buyurmurdu?

«Saçlarınızın rəngini dəyişdirin və özünüzü yəhudiyə oxşatmayın?» (Saçlarınıza rəng və həna qoyun, nəinki yəhudi kimi rəngsiz və dağınıq olsun).

İmam buyurdu: Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bu sözü İslam ardıcıllarının çox az miqdarda olduqları zaman buyurmuşdu. Bu gün isə İslam genişlənib və əmin amanlıq hökm sürür. Hər kəs istəsə öz saçını rəngləyə də bilər, rəngləməyə də bilər.

Başqa bir gün bir şəxs o Həzrətdən soruşdu: «Xeyir (yaxşılıq) nədir?!» İmam cavabında buyurdu: Xeyir, səadət sərvət və uşaqlarının artmasında deyil, xeyir və səadət elm, helmin (səbirin) artımındadır. Eləcə də xeyir və səadət Allha pərəstiş xəttində addım atdığına görə etdiyin iftixardadır əgər yaxşı iş görsən Allha şükr et yox əgər pis iş gördün onun dərgahından bağışlanmağını dilə. Bu dünyada yalnız iki adam səadətə yetişər.

1-Tövbəsi ilə keçmiş günahlarının bağışlanmasını istəyənlər.

2-Yaxşı iş görənlər.

Başqa bir şəxs o Həzrətə dedi: «Ya Əmirəl-mö`minin! Əgər saqqalına rəng və həna qoysaydın nə yaxşı olardı!»

İmam ona buyurdu:

Rəng və həna qoymaq gözəllik əlamətidir, lakin biz əzadarıq (O Həzrətin əzadarlıqdan məqsədi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin rehləti olub). Bəli İmam Əli (əleyhissalam) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm matəmində həqiqətən əzadar idi. Belə ki, onun ayrılığından şam kimi yanıb əriyirdi. (Bax 69-cu dastana.)

106-ZİLLƏTƏ SƏBƏB OLAN HƏRKƏTLƏRDƏN ÇƏKİNDİRMƏK

Həzrət Əli (əleyhissalam) Kufədən Siffeyn cəbhəsinə doğru (Şam nahiyəsi) hərəkət etdi. Yol boyunca Ənbar şəhərindən keçdikdə şəhər kəndxudaları İmama ehtiram əlaməti olaraq öz atlarından yerə enərək (Ənbar camaatı bu şəkildə şahlara və böyüklərə ehtiram qoyurdular) Əli (əleyhissalam)-a sarı yüyürüb onun qabağına qaçırdılar. İmam Əli (əleyhissalam) üzünü onlara tutub buyurdu: «Bu hərəkətlərinizin mə`nası nədir?»

Cavab verdilər: «Bu bir adətdir ki, biz onunla öz başçılarımıza hörmət bəsləyirik.»

İmam buyurdu: «And olsun Allaha, başçılarınız belə işlərdən heç bir xeyir görmürlər. Siz isə bu işinizlə özünüzü dünyada məşəqqət və çətinliyə salır, axirətdə isə bədbəxtliyə sarı sürükləyirsiniz. Ardınca Allah cəzası olan məşəqqətin ziyanı böyükdür.

İnsanı İlahi əzablardan qoruyan sakitliyin sayəsi isə çox faydalıdır.

Həzrət Siffeyn cəbhəsindən qayıdıb Kufəyə varid olduqda, Şəbamiyyin qəbiləsi yaşayan küçədən keçirdi ki, arvadların Siffeyn müharibəsində ölənlər üçün ağlamasının şahidi oldu. Bu zaman qəbilənin başçılarından Hərb ibni Şərəcil adlı bir nəfər Həzrətin hüzuruna gəldi. İmam ona buyurdu: «Görəsən bu qadınları sakitləşdirə bilməzsiniz?!»

Bu vaxt İmam yanınca hərəkət edən Hərbə buyurdu:

«Sən qayıt, çünki, sənin kimi bir şəxsin mənim kimi adamın yanınca piayada gəlməsi hakim üçün qürur, mö`min üçün isə zillətdir.»

Bu tərtiblə İmam Əli (əleyhissalam) yaltaqlıq və xarlıq nişanəsi olan zilləti onlardan uzaqlaşdıraraq bəşəriyyətə yüksək təbiətli olmağı, özünə qiymət verməyi öyrətdi.

107-XƏSTƏNİN BAŞI ÜSTÜNDƏ

Həzrətin yaxın silahdaşlarından biri xəstələnmişdi. İmam Əli (əleyhissalam) onun yanına gedib əhvalını soruşdu və ona buyurdu: Allah bu xəstəliyi sənin günahlarının yuyulması üçün səbəb qərar veribdir. Çünki, xəstəliyin heç bir mükafatı yoxdur. Lakin, (səbr edib şikayət etmədikdə) keçmiş günahları aradan apararaq onları ağac yarpağı kimi tökür.

Bunu da bil ki, əcr və mükafat yaxşı danışmaq, eləcə də bədən üzvlərinin əməli ilədir. Allah öz bəndələrini pak niyyət və qəlblərinə görə behiştə daxil edəcəkdir.

Bu sözdən belə nəticə alırıq ki, xəstəlik keçmiş günahların məhvinə bais olur.

İmam Baqir (əleyhissalam) buyurur:

Bir gün Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: «Allah buyurur: Əgər hər kəs üç gün xəstələnərsə və bu üç gündə əyadətinə gələnlərdən heç kəsə şikayət etməzsə Allah onun bədənindəki ətdən daha yaxşı ət qanından daha yaxşı qan bədəninə verər, əgər ona şəfa versəm yaxşı olub, əgər onun ruhunu bədənindən çıxarsam bu halda onu öz rəhmətimə doğru aparmışam.»

108-CƏSUR QƏHRƏMANIN XATİRƏSİ

Xəbbab ibni Ərrət İslamın qabaqcıl həqiqi mücahidlərindən idi. O, islamı qəbul edən altıncı adam idi. Bununla belə müşriklərin şiddətli işkəncələrinə mə`ruz qalmış və onlara qarşı əyilməz kimi mübarizə aparmışdı. Heç vaxt İslamdan xaric olmamışdı. Bir neçə dəfə onun başını qızmış dəmirlə dağlamışdılar lakin bütün bunlara baxmayararaq o, öz yolunu davam etdirirdi. O, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin müharibələrində fəal iştirak etmişdi. Həmişə İslamı nəyin bahasına olursa-olsun müdafiə edirdi.

Xəbbab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən sonra daim Əli (əleyhissalam)-la idi. Nəhayət 37-ci hicri ilində 72 yaşında ikən dünyasını dəyişdi. Öz vəsiyyətinə əsasən Kufə xaricində torpağa tapşırıldı.

İmam Əli (əleyhissalam) bir danışdığında buyurdu: İslam qabaqcılları beş nəfərdir.

1-Mən özüm ərəb qabaqcıllarındanam.

2-Salman Farsi,

3-Suhəyb Rumi

4-Xəbbab Nətb (Fələstin)

5-Bilal isə Həbəşə qabaqcıllarındandır.

İmam Əli (əleyhissalam) öz vəfalı silahdaşını belə xatırladı.

«Allah Xəbbaba bu beş üstün cəhəti olduğuna görə rəhmət eləsin.»

1-Öz istək və meyli üzündən İslamı qəbul etdi.

2-Allaha itaətinə görə hicrət etdi.

3-Sadə yaşayışla kifayətləndi.

4-Allahdan razı idi.

5-Bütün həyatı boyu mücahid və yorulmaz bir mübariz idi.

Qəribə burasıdır ki, Xəbbabın oğlu Abdullah o qədər Əli (əleyhissalam)-ın xəttində möhkəm durmuşdu ki, kor ürəkli Xəvaric onun özünü, eləcə də hamilə həyat yoldaşını şəhadətə yetirmişdilər.

109-ƏLİ (ƏLEYHİSSALAM) AŞİQİ VƏ DÜŞMƏNİ

Əfləh Əli (əleyhissalam)-ın müxlis silahdaşlarından biri idi. Özü də zənci idi. Onun yaxşı müsəlman olmasına baxmayaraq öz həyatında bir dəfə etdiyi oğurluq onu giriftar etdi. Oğurluq etdikdən sonra vicdan danlağı və Allah qorxusu onu bərk narahat etmişdi. Buna görə də tövbə edib öz-özünə dedi. Əli (əleyhissalam)-ın hüzuruna gedərəm, təki oğurluq cəzasını mənə çəkdirməklə məni günahımdan təmizləsin.

O Əli (əleyhissalam)-ın hüzuruna gələrək üç dəfə oğurluğuna e`tiraf edib onu dilə gətirdi. İmam Əli (əleyhissalam) da cəza olaraq onun əlinin dörd barmağını kəsdi.

O bərk zərbə almasına baxmayaraq imanla dolu bir qəlblə Əli (əleyhissalam)-ın məhzərindən çıxıb evinə tərəf yollandı.

Bu arada fürsət axtaranlardan və Əli (əleyhissalam)-ın kinli düşmənlərindən olan İbni Kəvva adlı biri (Nəhrəvan Xəvaricindən idi) öz-özünə dedi: «Yaxşı oldu, indi bu şəxsi Əli (əleyhissalam)-ın əleyhinə qaldıraram.»

Öz hiyləsi ilə onun yanına gəlib dedi: Ah, ah, əzizim! Kim sənin nazənin əlini kəsdi? Doğrusu nə qədər rəhmsizlik? Nə qədər qan içənlik?!

Əfləh nurani qəlbə və möhkəm imana malik idi. İbni Kəvvanın xam xəyalının xilafına olaraq Əli (əleyhissalam)-a qarşı elə gözəl sözlər söylədi, bazar və camaatın get-gəli çox olan bir yerdə fəsih dil ilə Əli (əleyhissalam)-ı tə`rif etməyə başladı. O belə deyirdi:

Sağ əlimi o, yeganə Allaha sitayiş edən kəsdi. O, Bədr və Ühüd döyüşündə yalnız atlı idi. Elə bir şəxs ki, Məkkə, Mədinə və Əbtəh diyarı onu öz əzəməti ilə xatırlayır. Əlimi pərhizkarlar rəhbəri Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin ürəyinin meyvəsi, insan rəhmətinin qayəsi, düşməni əzib ona düz yol göstərən, işıqlı çıraq olan Həzrət Əli (əleyhissalam) kəsdi. Ey camaat! Cəmiyyət hər tərəfdən onu əhatə etmişdi sanki xoş bəyanlı zirək bir natiq camaata xütbə oxuyurdu.

Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdı. İmam onu öz yanına çağırtdırdı ona məhəbbət göstərib və ona dua et. O, dedi: «Ey Əmirəl-mö`minin! Əgər bədənimi tikə-tikə etsələr belə sənin eşqin qəlbimdən çıxmaz.»

Digər tərəfdənsə İmam başa düşdü ki, kor qəlbli, imansız olan İbni Kəvva onu bu cür şərrə qaldırmışdır. İbni Kəvvaya buyurdu: «Ey Kəvvanın oğlu, bizim dostlarımız vardır ki, əgər onları tikə-tikə etsək dostluqları nəinki azalmaz, artar və əksinə bizim düşmənlərimiz var ki, əgər bal şəhdini onların boğazına töksək nəinki onlar dost olmaz, əksinə düşmənçiliklərini daha da artırmış olarlar. O adam ki, həqiqətdə bizi sevir qiyamət günündə mütləq bizim şəfaə­timiz ona şamil olacaq.»

Ruzigarın hadisələrindən biri budur ki, həmin şəxs Nəhrəvan müharibəsində Əli (əleyhissalam) ordusunda şəhadətə yetişdi və canını mövlası Əli (əleyhissalam)-a təslim etdi İbni Kəvva da həmin müharibədə nəhrəvanların ordusunda həlakətə yetişdi və cəhənnəmə vasil oldu.

Əli (əleyhissalam) buyurur: «Hərgah bu qılıncı elə bir imanlı adamın burnuna vursam ki, səni gözündə düşmən etsin, düşmən olmayacaq və əgər tamam dünyanı münafiqin boğazına töksəm belə sənin səsinə yenə də səs verməyəcəklər çünki, Peyğəmbər buyurmuşdu:

«Ey Əli! Mö`min səninlə düşmənçilik etməz, münafiq isə səni sevməz. Bu bir əsas və me`yardır ki, mö`min ilə münafiqi onun əsasında tanımaq olar.»

110-ƏLİ (ƏLEYHİSSALAM) İBADƏT MEHRABINDA VƏ GECƏ YARI NALƏSİ

Kufəyə sahib olandan sonra Müaviyənin ən iyrənc hiylələrindən biri bu idi Əli (əleyhissalam)-ın əshabını Şama doğru cəlb edirdi. Sonra ümumi yığıncaqlarda onları məcbur edirdi ki, Əli (əleyhissalam)-dan söz danışsınlar bəlkə onların dilindən Əli (əleyhissalam)-a aid bir eyb deyilmiş olsun ki, bu da Müaviyənin siyasətini təsdiq etsin.

Belə yığıncaqların birində danışdırılan adamlardan biri Zirar ibni Zümrə idi. O, Əli (əleyhissalam)-ın xüsusi və mə`rifətli yoldaşlarından hesab olunurdu. Əli (əleyhissalam)-ın şəhadətindən sonra Müaviyə onu (ya təhdid yolu ilə ya da tamahlandırmaq yolu). Şama cəlb etdi. Ümumi məclislərdən birində üzünü ona tutub dedi: Ey Zirar! Əli (əleyhissalam)-ın ali xüsusiyyətlərindən danış!

Zirar: Məni bu işə qoşma.

Müaviyə: Mütləq gərək Əli (əleyhissalam)-ın vəsflərindən deyəsən!

Zirar: İndi ki məcbur edirsən, naçaram Əli (əleyhissalam)-ın bir sıra sifətlərinə işarə edim:

1-Əli dindarlara ehtiram edirdi və onun adamlara hörmət me`yarı din və imana əsaslanırdı.

2-Kasıblara və yoxsullara özünü daha yaxın hesab edir, varlıların sərvətinin onun yanında hörməti yox idi və ona e`tina etməzdi.

3-Güclü, zor sahibi və qüdrətli şəxs o Həzrətə nüfuz etməyə qadir deyildi.

4-O, gücsüzlərin ümidini ədalət və özlərinin haqlı hüququndan kəsmirdi. Eləcə də onların haqqını hüquq qarətçilərindən alırdı. Hətta onlar güclü və quldur olsalar da!

Zirarın sözü buraya yetişdikdə dedi: Şəhadət verirəm ki, bir gecə yarıdan keçmiş idi. Qaranlıq və zülmət pərdələri dünyaya yayılmışdı. O mehrabda durub saqqalını tutmuşdu və ilan vurmuş adam kimi qıvrılır ağlayır və deyirdi:

«Ey dünya, ey dünya! Məndən uzaqlaş! Özünü mənə göstərirsən? Yoxsa məni şövqə gətirmək istəyirsən?!» Hələ sənin mənə nüfuz edə biləcəyin zaman gəlib çatmamışdır. Heyhat, (məndən uzaqlaş,) başqasını aldat. Mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə talaq vermişəm. Daha geriyə dönüş yoxdur. Sənin həyatın qısa mövqeiyyətin az, arzun alçaq və heçdir.

«Ah ömrün azlığından, yolun və səfərin (axirət) uzunluğundan və məqsədin isə böyüklüyündən!»

Burada idi ki, hiyləgər Müaviyə ağladı və dedi: Allah Əbul Həsənə (Əli (əleyhissalam)-a) rəhmət eləsin. Bəli, o, elə idi, ey Zirar! İndi de görüm, ondan ayrı sənin qəmin necədir?

Zirar dedi:

«Mənim qəmim, balasının başı qucağında bədənindən ayrılan ananın qəmi kimidir.»

111-QƏZA VƏ QƏDƏR BARƏDƏ QOCANIN SUALINA CAVAB

Əsbəğ ibni Nəbbatə deyir: Siffeyn müharibəsindən sonra İmam Əli (əleyhissalam) Kufəyə qayıtdı və bir ümumi məclisdə əyləşdi ki, əshabı da orada idilər.

Birdən bir qoca kişi yaxın gəlib və o Həzrətin qabağında iki dizi üstündə əyləşdi. Həzrətlə hal-əhval tutduqdan sonra sual etdi: «Ya Əmirəl-Mö`minin! Bizim Siffeyn cəbhəsinə gedib qayıtmağımız məgər Allahın qəza və qədəri əsasında idi?»

İmam cavabında buyurdu: «And olsun o Allaha ki, dənəni yardı, dünyanı və canları yaratdı. Biz Allahın qəza və qədəri olmadan nə bir addım atmadıq, nə də mənzil etmədik.»

Qoca kişi dedi: «Elə isə bu yolda çəkdiyim zəhməti Allahın hesabına qoyum və daha heç bir savabım olmayacaqdır?»

İmam buyurdu: «Sakit ol! Allah bu səfərdə bizə böyük imkanat əta etmişdir. İstər cəbhəyə getməkdə, istərsə də qayıtmaqda və siz məcbur deyilsiniz.»

Qoca kişi dedi: «Axı bizi qəza və qədər» hərəkətə gətirdi?!

İmam buyurdu: Vay olsun sənə, bəlkə sən güman edirsən ki, qəza və qədər dedikdə məqsəd icbari (hökm və hər şeyin qədərini, ölçüsünü müəyyən edən) qəza və qədərdir? Əgər belə olarsa, ilahi və`də və əzab, savab və cəza əbəs olar. Allah taala insana ixtiyar vermiş, onu müəyyən şeylərdən çəkindirmiş, müəyyən işlərə əmr etmiş; ona asan vəzifələr vacib etmiş, heç vaxt çətin və üzücü əməlləri görməyə vəzifəli etməmişdir. O, az əməl müqabilində çoxlu mükafat əta etmişdir. Heç vaxt bir kimsə icbar üzündən Ona qarşı üsyankarlıq etməmişdir, həmçinin, Ona itaət də icbar üzündən olmamışdır. O, asimani kitabları əbəs yerə nazil etməmişdir.

Sonra həzrət «Sad» surəsinin 27-ci ayəsini tilavət etdi:

«Bu əqidə kafirlərin gümanıdır, vay olsun kafirlərə Cəhənnəm odundan!»

Qəza və qədər Allahın əmri və göstərişi mə`nasındadır.

Sonra bu ayəni oxudu:

«Rəbbin fərman verib ki, Ondan başqa heç kəsə ibadət etməyəsiniz.»[25] (Buna əsasən qəza və qədər bə`zən hökm və əmr mə`nasındadır).

O, qoca kişi mətləbi anladıqdan sonra sevincindən ayağa qalxdı və İmam Əli (əleyhissalam)-ın mədhinə şe`rlər oxuyub getdi.

112-YUXU YA GECƏNİ YUXUSUZ KEÇİRMƏK

Gecənin dörddə biri keçmişdi ki, Əmirəl-mö`minin Əli (əleyhissalam) Kufə məscidindən çıxdı və mənzilinə tərəf yollandı. Kumeyl ibni Ziyad ki, Həzrətin müxlis və xüsusi əshabından idi o Həzrətlə birgə hərəkət edirdi. Yolda bir kişinin evinin yanına çatdılar. Onun evindən Qur`an səsi eşitdilər. O, gecə yarı yuxudan durmuş və Qur`an oxuyurdu. Bu ayəni isə ürəyinə yatan səs və ürək yanğısı ilə oxuyurdu:

«Məgər gecə yarı Allaha itaət edib səcdə və qiyamı yerinə yetirən axirətdən qorxaraq Allahın rəhmətinə ümidvar olanlar günah və küfr içində yaşayanlarla bərabərdirlərmi?`[26]

Kumeyl qəlbində bir ah çəkdi. Gecə yarı gecəni yuxusuz keçirən bir insanın dodaq­larından çıxan Qur`anın ürəyə yatan səsi onu sevindirsə də bir şey demədi.

İmam Kumeylə baxıb buyurdu: «Bu şəxsin ürəyə yatan səsi səni aldatmasın. Bu Qur`an oxuyan şəsx cəhənnəm əhlindəndir ki, tezliklə bu mətləbin sirrini sənə xəbər verəcəyəm.»

Kumeyl bu sözdən təəccübləndi. Bu hadisədən bir müddət keçdi. Belə ki, Nəhrəvan xəvaricinin əhvalatı qabağa gəldi ki, Əli (əleyhissalam)-ın əleyhinə müharibə e`lan etdilər və nəhrəvan diyarından Əli (əleyhissalam)-ın ordusu ilə xəvaric ordusu arasında qanlı müharibə baş verdi və bütün xəvaric 9 nəfər qaçqından başqa bu müharibədə öldürüldülər.

Kumeyl də cəbhədə Əli (əleyhissalam)-ın silahdaşı idi. Əli (əleyhissalam) qılıncından qan axdığı halda üzünü Kumeylə tutub buyurdu: «Mənimlə gəl» Sonra hər ikisi birlikdə kəsilmiş başlar və öldürülənlərin yanına gəldilər. Əli (əleyhissalam) qılıncının ucunu ölənlərin başına qoyurdu. Belə ki, qılıncının ucunu həmin kecə Qur`anı tilavət edənin də başına qoyub buyurdu: «Ey Kumeyl! Bu həmən şəxsin başıdır ki, gecə yarı «əmmən huvə qanitun anaəl-ləyli...» ayəsini oxuyurdu və səni özünə cəzb etmişdi.»

Kumeyl İmamı öpüb özünün cahilanə arzusundan istiğfar etdi. İmam Əli (əleyhissalam) xəvaricdən bir kişinin Səruriyyə (Nəhrəvanın yaxınlığında sərurə mənsub) gecə namazını qılıb Qur`an tilavət etdiyini eşitdikdə buyurdu:

«Yəqin və imanla həmrah olan yuxu şəkkli namazdan yaxşıdır.» Ehtimal verilir ki, bu söz həmin Nəhrəvan müharibəsində öldürülən Qur`an qariəsinə aiddir.

113-ƏLİ (ƏLEYHİSSALAM)-IN SADƏ YAŞAYIŞI

İmam Əli (əleyhissalam)-ın xilafət və rəhbərliyi vaxtında müsəlmanlar bir çox qələbələr qazanmış və bunun da nəticəsində yaxşı imkanlar sahibinə çevrilmişdilər. Belə ki, saysız-hesabsız qənimətlər hər tərəfdən Kufəyə doğru axır, camaat isə istənilən gözəl iqtisadi vəziyyətdə yaşayırdı. Elə bu zamanda idi ki, bir şəxs İmam Əli (əleyhissalam)ın köhnə və yamaqlı paltar geydiyini görüb təəccübləndi və bu barədə İmam (əleyhissalam)-la danışdı.

İmam cavabında buyurdu:

«Bu köhnə paltarı geymək «xaşe» qəlbi və əmmarə nəfsi xar edir ki, mö`minlər ondan ibrət alırlar.»

Burada aşağıdakı dastana diqqət etməyimiz yerinə düşər: Rəvayətlərdə gəlib, bir gün Əli (əleyhissalam) öz şəmşirini bazara gətirib dedi: «Kim bu şəmşiri məndən alar?!» Bir şəxs qabağa gəldi və Həzrətlə şəmşiri satmaq barədə söhbət etdi. İmam (əleyhissalam) buyurdu: «And olsun Allaha, əgər bir köynək almağa çatası pulum olsaydı şəmşirimi heç vaxt satmazdım!»

O şəxs dedi: «Mən hazıram ki, sənə nisyə göynək satam və sən də vaxtı çatanda köynəyin pulunu mənə ödəyəsən.»

İmam (əleyhissalam) bu təklifi qəbul etdi və köynəyi ondan nisyə aldı. Bir müddətdən sonra öz maaşını aldıqda köynəyin pulunu satıcıya ödədi.

Baxmayaraq ki, beytül-maldan minlərlə dirhəm və başqa əmlak İmam (əleyhissalam)-ın ixtiyarında idi, bununla belə Həzrət beytül-malın sərf olunmasından o dərəcədə ehtiyat edirdi ki, bir gecə Əmr As o Həzrətin hüzuruna gəldikdə İmam (əleyhissalam) beytül-maldan olan çırağı söndürdü və ayın işığından istifadə etdi.

114-XAİF – GECƏNİ YUXUSUZ KEÇİRƏN

Nuf ibni Füzzalə Bekali Himəyrə qəbiləsindən olub Bekal-Yəmən kəndinə mənsub idi. Əli (əleyhissalam)-la oturub-durmaq ona nəsib olmuşdu və Əli (əleyhissalam)-ma çox yaxın bir şəsx idi. O deyir: «Bir gecə yarısı Əli (əleyhissalam)-ı gördüm ki, yuxu yatağından qalxıb göyün ulduzlarına baxır. Daha sonra mənə buyurdu: «Ey Nuf, yuxudasan, yoxsa oyaq?!» Dedim: «Oyağam, ulduzlara baxıram.»

Buyurdu: «Ey Nuf! Xoş zahidlərin səadətinə – dünyada yetginlərin və axirət dünyasına müştaq olanların halına. Onlar ki, yeri özləri üçün dincəlmək, məkanı, onun torpağını özləri üçün yataq, və suyu ətir yerinə qəbul etmişlər. Eləcə də Qur`anı özlərinin Alt paltarı, və duanı üst paltarı, dünyanı isə məsih (əleyhissalam) nümunəsi seçmişlər.»

Ey Nuf! Davud (Peyğəmbər) (əleyhissalam) gecənin belə bir saatında əlini Allah dərgahına duaya götürdü və dedi: «Doğrusu bu həmən saatdır ki, heç bəndə onda dua etmir, məgər ki, duası müstəcab olasun.» Məgər o adamın duası ki, zalım dövlət başçısı üçün vergi yığmağa, ya məxfi casus ya intizami mə`mur (zülm dəstgahı üçün) ya dənbəkçi (başçılar üçün haramsaz və avazda) ya təbilçisi ola ki, belə adamların duası müstəcab olmaz.

115-HAL-ƏHVAL SORUŞMAĞIN CAVABI

Bir şəxs İmam Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: «Sizin halınız necədir?!»

İmam cavabında buyurdu:

«Necə olacaq bir kəsin halı ki, bu dünyada yaşamaqla fani olur, öz sağlamlığı ilə xəstə olur və əmin-amanlıq pənahgahında isə ölüm onu haqlayır.»

116-DƏFN ZAMANI GÜLÜŞ

Bir nəfər müsəlman dünyadan getmişdi. Müsəlmanlar yığılıb onun dəfnində iştirak etdilər. İmam Əli (əleyhissalam) da o dəfn mərasimində iştirak edirdi. Dəfn zamanı həzrət birdən iştirak edənlərdən birinin güldüyünü gördükdə narahat oldu və üzünü ona tutub buyurdu:

«Sanki ölüm bizlərdən başqası üçün müqəddər, haqq isə başqaları üçün vacib olmuşdur. Sanki gördüyümüz bu ölülər səfərə gedirlər tez də qayıdacaq. Onları qəbrin çökəkliyinə qoyur və onların miras qalmış mallarını yeyirik. Belə xəyal edirik ki, onlardan sonra biz daim bu dünyada qalacağıq (sənin gülüşün və şadlığın bunu göstərir). Sanki biz nəshəti və nəsihət verəni yaddan çıxarmışıq. Hansı ki, hər hansı bir hadisə və bəlanın hədəfiyik.»

Beləliklə, Əli (əleyhissalam) camaatı cənazənin arxasınca gülməkdən çəkindirdi və bizə öyrətdi ki, bu halda axirət səfərinin fikrində olub öz qürurlarımızı sındırmaqla bu yol üçün töhfə və hədiyyə hazırlayaq.

117-CƏBHƏDƏN QƏMGİN QAYITMAQ VƏ DİRİ ÜRƏKLƏRLƏ OLAN SÖHBƏT

Nəhayət Həkəmeyn macərası və Əbu Musa Əş`ərinin aldanması sona yetdi. Arada isə rüsvayçı bir müqavilə bağlandı. Bununla belə İraq ordusu Siffeyn cəbhəsində idilər və gərək döyüşçülərin əhval-ruhiyyəsini yüksək səviyyədə saxlamaq lazım idi ki, həm fikirləri dağılmasın həm də zalımlarla müharibədə süst və qüdrətsiz olmasınlar.

Ancaq, birdən gözəl bir şüar – amma zəhərli hədəflə «ürəyi ölülərin» boğazından çıxdı və Həkəmeyn sazişinə e`tiraz əlaməti olaraq Siffeyn müharibəsi cəbhəsində bu şüarı ələm etdilər ki: «Hökm Allahdan başqa heç kimə rəva deyil.»

Hər ləhzə keçdikcə bu şüar orduya daha çox tə`sir edirdi və o qədər təhlükəli nəzərə çarpırdı ki, Əli (əleyhissalam) buyurmuşdu: «Hər kəs bu şüarı desə onu öldürün. Hərçənd mənim əmmaməmin altına pənah gətirmiş olsa da. Çünki, bu «azdırıcı» İraq ordusunun arasında təfriqəyə səbəb oldu.» Əş`əs ibni Qeys kimi adamlar bu şüarı daha da qızışdırdılar. Sanki şüarı vermək üçün Müaviyədən kalan rüşvət almışdılar.

Yavaş-yavaş bu şüar Əli (əleyhissalam)-ın ordusu başçılarından bə`zilərini müharibəni davam etdirməyə qarşı soyuq və laqeyd etdi. Get-gedə İraq əsgərləri arasında təşviş və iztirab meydana çıxdı.

Baxmayaraq ki, müharibənin taleyi onların əlində, idi, vəli ordularının nizam-intizamı həmin yanmış fikirlər nəticəsində pozulmuşdu və dağılmaq təhlükəsi qarşısında idi.

İş o yerə çatdı ki, İraq ordusunun Siffeyn qərargahında qalması tamamilə mə`nasız və nəticəsiz nəzərə çarpdı. İmam Əli (əleyhissalam) Kufəyə qayıtmaq əmrini verdi. Əsgərlər soyuqqanlıqla döyüş vəsaillərini yığıb Kufəyə yola düşdülər. Əli (əleyhissalam) qəmə qərq olmuşdu. Elə bir qəm ki, kor qəlbli və vəfasız arxadaşların qəfilliyindən düşmənlə müharibə əvəzinə təfriqə yolu və xətakarlığı özü üçün məqsəd seçmişdi.

Budur, ordu Kufəyə qayıdır, çox adamlar isə şəhid olublar. Bunlardan daha pisi bu idi ki, birdən təfriqəçilər öz-özlərinə dedilər: «Biz, şüarı verdiyimizdən Əli (əleyhissalam)-ın tərəfdarları ilə Kufəyə daxil omağımız düzgün deyil. Bəs, ordaca öz yollarının istiqamətini dəyişdilər və Sərəvra məhəllinin kənarında yığışdılar. Təqribən on min nəfər Əli (əleyhissalam)-ın dünənki, arxadaşlarından və bu gün o Həzrətin kinli düşmənlərindən olan adamlar Nəhrəvana getdilər və Əli (əleyhissalam)-la müharibə e`lan etdilər. Əli (əleyhissalam) eləcə sakit idi. Çünki əksüləməl göstərməsi səlah deyildi. Ona görə ki, Siffeyn hadisəsinin yorucu olub nəticəsiz qalması İraq ordusunun iki qrupunun müharibəsi Kufə camaatının gözündə çox dərd gətirici idi. O Həzrət müxaliflərin küframiz, aldadıcı və pozucu şüarlarına e`tina etmədi ta ki, öz ordusunu Kufə darvazasına çatdırdı.

Bu vaxt Kufə qəbiristanlığı Əli (əleyhissalam)-ın nəzərini özünə cəlb etdi. Bu halda fürsəti münasib gördü «diri ürəkli ölülərlə» söhbət etsin, bəlkə bu iş dirilərə ibrət və xəbərdarlıq olsun və onlarda sonu fikirləşməklə həvəslərdən və təmə`lərdən azad olub haqq bayrağı altında iztirabsız baqi qalsınlar.

Bə`ziləri yazırlar: Kufə camaatı öz ölülərini evlərinin qabağında dəfn edirdilər. Xəbbab ibni Ərrət, Peyğəmbər və Əli (əleyhissalam)-ın pak və həqiqi arxadaşı xəstəlik yatağına düşmüşdü. Vəsiyyət etdi ki, məni Kufədən xaricdə dəfn edin. O, dünyadan getdi və vəsiyyətinə əsasən onu Kufənin xaricində dəfn etdilər və ondan sonra camaat vəsiyyət edirdilər ki, Xəbbabın qəbrinin kənarında dəfn olunsunlar.»

Təqribən yeddi ya səkkiz qəbr Kufədən xaricdə görünürdü. İmam (əleyhissalam) qəbrlərin niyə burada qazılmasını soruşduqda bir nəfər dastanı onun üçün şərh etdi. İmam (əleyhissalam) buyurdu: «Allah Xəbbaba rəhmət eləsin ki, yaxşı vəsiyyət etmişdir. O, özünün meyli və rəğbəti ilə İslamı qəbul etmiş öz meyli ilə hicrət etmiş və bütün həyatı boyu fəal döyüşçü olmuşdur. İslam yolunda bir çoxu bəlalara dözdüyündən mükafatı Allah dərgahında məhfuzdur.» Hər halda İmam (əleyhissalam) qəbirlərin yaxınına gəldi və onların bərabərində dayanıb bu cümlələrlə qəbr sakinlərini ziyarət etdi və onlarla belə danışdı:

«Ey qorxulu evlərin sakini, boş yerlər və qaranlıq qəbirlər. Ey torpaq altında yatanlar!

Ey vətəndən uzaq düşmüşlər! Ey vəhşət və tənhalıq əhlləri. Siz bizim qabaqda gedənlərimizsiniz ki, qabaqca gedibsiniz və biz sizin ardıcıllarınızıq ki, sizə qovuşacağıq. Sizə deyim ki, sizin evlərinizdə başqaları sakin oldular və başqaları sizin arvadlarınızla evləndilər və sizin mallarınızı böldülər.» Sonra buyurdu:

«Bu bir xəbər idi ki, biz bilirdik, bəs sizdən nə xəbər?!»

Ondan sonra üzünü yoldaşlarına tutub buyurdu:

«Agah olun! Əgər onlara danışmaq icazəsi verilsəydi bizə deyərdilər axirət səfərinin ən yaxşı azuqəsi təqva və pərhizkarlıqdır!»

118-ÖZÜNÜ SINDIR GÜZGÜNÜ NİYƏ SINDIRMAQ?!

Baxmayaraq ki, bir kişi dünyanın maddi işlərinə qərq olmuşdu, amma camaatı aldatmaq üçün ah və nalə ilə dünyaya pis baxır və onu sərzəniş edirdi. (Məsələn deyirdi: Ey namünasib ruzigar, ey alçaq dünya və s...)

İmam Əli (əleyhissalam) onun öz işlərinin günahını dünyanın boynuna atdığını gördükdə buyurdu:

«Ey dünyaya pis deyən kişi və onu alçaq hesab edən adam! Baxmayaraq ki, özün dünyaya aldanmısan və onun bihudəliklərinin düşkünü olmusan!

Məgər özün dünyaya aldanmamısan ki, onu sərzəniş edirsən?!» Sən gərək dünyanı günahkar biləsən yoxsa dünyanın səni günahkar bilməyə haqqı vardır?! Nə vaxt dünya sənə aşiq oldu? Nə vaxt və harada səni aldatdı? Səninlə hansı naz və qəmzəni etdi? Olmaya səni atalarının çürümüş cəsədləri ilə aldatdı? Yoxsa analarının qəbrin içərisində yatdığı yer səni məğrur etdi? Nə qədər onların diri qalmaları üçün əl-ayağa düşdün və müalicəyə üz tutdun ki, o zəhmətlərin səmərəsiz qaldı və sənin ağlayıb sızlamağın heç bir fayda vermədi. Belə ki, onların ölümünün qarşısını ala bilmədin və dünya isə elə həmin mənzərələrlə öz gələcəyini mücəssəm etdi və qətligahını nişan verdi...

Lakin bil, həmin dünya sidq səfa və düzlük yeridir. Bu da elə bir adamlar üçündür ki, onunla düzlük, səfa-səmimiyyətlə davranıblar. Dünya sağlamlıq evidir o kəslər üçün ki, onu dərk edələr. Eləcə də ehtiyacsızlıq evidir o adamlar üçün ki, ondan düzgün istifadə edələr. Nəsihət yeridir onlar üçün ki, nəsihət qəbul edən qəlbləri olmuş olsun.

Dünya Allahın dostlarının məscidi, yaradanın mələklərinin namaz qılan yeri və Allahın vəhyinin nüzul olduğu yer. Eləcə də Allah övliyalarının ticarətgahıdır. Onlar həmin dünyada Allahın rəhmətini kəsb edərək və behişti qazanırlar...

Buna görə də dünya bir güzgüdür ki, yaxşı və pisi göstərir və əgər insan özü pis olarsa güzgüyə pis deməməlidir ki, deyiblər: «Özünü sındır güzgünü sındırmaq niyə!?»

119-BÖYÜK İNSANDAN BÖYÜK NƏSİHƏT

Kumeyl ibni Ziyad İmam Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın ən yaxşı və ona vurğun arxadaşlarından biri idi. O deyir: Bir gün Əmirəl-mö`minin əlimi tutdu və məni Kufə qəbristanlığına tərəf apardı. Səhraya yetişəndən sonra çox qəmli və dərdli bir ah çəkib və buyurdu:

«Ey Kumeyl ibni Ziyad! Bu ürəklər elə qablardır ki, onların ən yaxşısı daha geniş və böyük olandır. Buna görə nə deyirəmsə, onu yadda saxla və ürəyinə tapşır...»

«Ey Kumeyl! Camaat üç növdür:

1-Rəbbani alimlər və yaxşı əməl sahibləri

2-O bilik axtaranlar ki, nicat əldə etmək yolundadırlar.

3-Balaca milçəklər, gücsüzlər və iradəsizlər ki, qəzəb dalınca gedirlər və hər küləklə yellənirlər. Bu qrup elm və bilik nurundan faydalanmırlar və möhkəm sütuna pənah aparmırlar. Ey Kumeyl! Elm maldan yaxşıdır, çünki elm səni qoruyur, amma malı sən saxlayırsan. Mal paylamaqla azalır, amma elm nəşr və paylamaqla daha da artır...

120-ƏLİ (ƏLEYHİSSALAM)-IN E`TİRAZI

İslam Peyğəmbərinin rehlətindən sonra o həzrətin xəlifəsini tə`yin etmək cərəyanı araya gəldikdə camaat Səqifeyi bəni Saidədə yığışdılar. Əbu Bəkr Ömərə dedi: «Əlini ver, səninlə bey`ət edim.» Ömər cavab verdi: «Sən Peyğəmbərin həmin arxadaşısan ki, asayiş və çətinlikdə həmişə o Həzrətlə olurdun. Sən əlini ver ki, mən səninlə bey`ət edim.»

Əbu Bəkr Ənsarın bərabərində öz xilafəti üçün belə dəlil gətirdi: «Biz Peyğəmbərin itrəti və onu qoruyanlarıq ki, onu müdafiə edirik.»

Və onunla bey`ət olunduqdan sonra camaatın bərabərində hüccət gətirdi ki, bu bey`ət şuranın mətnindən, əqd və həll əhlindən olubdur.

Məşhur əhli təsənnün alimi Əbil-Hədid yuxarıdakı mətləbi qeyd edəndən sonra deyir:

Əli (əleyhissalam)-ın e`tirazı yuxarıdakı cərəyana aiddir. Elə isə Əli (əleyhissalam)-ın sözünün əslinə diqqət edin.

O Həzrət buyurdu:

«Əcəba! Məgər xilafət Peyğəmbərlə oturub durmaq ya qohumluqla hasil olur?!»

İbni Əbil Hədid deyir: Əli (əleyhissalam)-ın bu e`tirazamiz sözü Ömər ibni Xəttab barəsindədir ki, Əbu Bəkrə dedi: «sən həmin arxadaşısan..» E`tiraz buna idi ki, əgər arxadaş olmaq» xilafətin düzgün me`yarıdırsa, bəs mən arxadaşlı baxımından Peyğəmbərə daha yaxınam. Əlavə olaraq Peyğəmbərlə mühüm qohumluğum da vardır. Buna görə mən hamıdan müqəddəməm. Sonra Şərif Rəzi Əli (əleyhissalam)-dan bu zəminədə bir şe`r nəql edir və o da budur ki, buyurdu:

«Əgər sən şura yolu ilə xalqın hakimi oldunsa, bu nə şuradır ki, onda məşvərət tərəfdarları (mənim kimi) qaib idilər.

Yox əgər Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə yaxın qohum olmağı dəlil gətirdinsə başqaları səndən daha yaxındırlar.»

İbni Əbil Hədid yazır:

Bu iki e`tirazamiz şe`r Əbu Bəkrə olunan xitabdır.


Category: QISA KƏLMƏLƏR BÖLÜMÜ | Added by: Ənfal
Views: 874 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]