Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Nəfsani istəklərdən ən rəzili – həsəd
2013-10-30, 11:41 PM | |
Nəfsani istəklərdən ən rəzili – həsəd Həsəd nəfsani xəstəliklərdən ən rəzilidir. Həsəddə əsl meyar odur ki, özün üçün istəmədiyini başqası üçün istəyirsən və o şeyi ki, özün üçün istəyirsən, başqası üçün istəmirsən. Paxıl insanın bu dünyadakı hər anı qəm və qüssə ilə doludur. Çünki başqasından gördüyü hər bir nemətə meyl edər. Allah sevdiyi bəndələrinə neməti sonsuz olaraq nazil etdiyi üçün bu bədbəxt həmişə qəm və nalə içində olar. Paxıllıq etdiyi insana ziyanı toxunmaz, əksinə savabı artar. Paxıl insan onun qeybətini etdiyi üçün və onun haqqında deməli olmayan sözlər dedikdə, qarşı tərəfə savab qazandırar. Öz saleh əməllərini paxıllıq etdiyi şəxsə ötürər. (Tebyan) Allah Təala Həzrət Musaya (ə) vəhy edir: "Mənim fəzlimdən insanlara çatan şeylərə görə paxıllıq etmə. Gözlərini ona dikmə. Qəlbini onunla birgə etmə. Həqiqətən, o kəs ki, həsəd edər, Mənim nemətlərimə qəzəblənər. Mənim bəndələrim arasında böldüyüm hissələri bərabər tutar. Hər kim belə olarsa, Mən ondan deyiləm. O da Məndən deyildir”. Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətim üçün qorxduğum ən böyük şey bunlardır: malları çoxalar, sonra bir-birinə paxıllıq edərlər və bir-birini qətl edərlər”. Həzrət Rəsul (s) başqa yerdə buyurur: "Həqiqətən Allah nemətlərinin düşməni vardır”. Soruşurlar ki, kimlərdir? Buyurur: "O kəslər ki, Allah fəzlindən insanlara çatan şeylərə görə həsəd edirlər”. Qüdsi hədisdə oxuyuruq: "Allah buyurmuşdur: "Həsəd edən insan Mənim nemətimin düşməni və Mənim qəzama görə qəzəblənəndir. Bəndələrimin arasında qismət etdiklərimə razı deyildir””. Ariflərdən biri deyir: "Həsəd aparan şəxsə bir məclisdən məzəmmət və zillətdən başqası nəsib olmaz. Mələklərdən ona ancaq lənət çatar. Xəlqdən qəmdən başqa fayda almaz. Ölən zaman dəhşət və qorxudan başqasını görməz. Qiyamət günü ona ancaq əzab çatacaqdır”. İmam Əli (ə) buyurur: "Həsəd, insanı qəm və qüssəyə düçar edər”. Həzrət Peyğəmbər (s) buyurur: "Həsəd yaxşı deyildir, məgər iki insana: biri o kəsdir ki, Allah ona mal vermişdir və o da onu Allah yolunda sərf etmişdir. Biri də o kəsdir ki, Allah ona elm kəramət etmişdir və o, bu elmə əməl edir və insanlara təlim verir”. Həsədin mərhələləri: 1. Onun nəfsi başqasının nemətinin aradan qalxmasına meyl edər. Halbuki o, məhv olan zaman həsəd edənə bir fayda dəymir. Bu, həsədin ən xəbis formasıdır. 2. Başqasının əlində olanları ələ keçirməyə meyl edir. Məsələn birinin sərvəti və ya gözəl evi vardırsa, onu əldə etməyə çalışar. 3. Başqasının əlində olan kimisinə meyl edər. Yəni, onun özünə deyil, onun kimisini əldə emtək istəyər. Ancaq ona çata bilmədikdə aciz olduğu üçün meyl edər ki, həmin nemət o şəxsin də əlindən çıxsın və hər ikisi bərabər olsunlar. 4. Üçüncü kimi olar, ancaq təmkinli olduğu üçün həmin şəxsin nemətinin tələf olmasına ağlı və dini mane olar. Öz nəfsinə qəzəblənər. Bu mərhələdə olan insanın nicat tapmasına ümid vardır. Nəfsani meyli pis olsa belə ancaq Allah onu əfv edər. Həsəd insanın ruhuna və cisminə xoşagəlməz təsirlər qoyar. Həsəd edən insanlar adətən əsəb xəstəliklərindən əziyyət çəkirlər. İmam Əli (ə) buyurur: "Bədinin sağlamlığı həsəddən uzaq olmaqladır”. Həzrət (ə) başqa yerdə buyurur: "Təəccüblüdür ki, həsəd edənlər öz bədənlərinin sağlamlığından qafildirlər”. /Deyerler.org/ | |
Views: 937 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |