Bazar günü, 2024-12-22, 4:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

Məhərrəm - eşq, məntiq və ağıl məktəbidir
2013-11-13, 6:44 AM
Məhərrəm - eşq, məntiq və ağıl məktəbidir

 
Məhərrəm bizlərə öyrədir ki, insan həyəcanlı halında belə aqilcəsinə rəftar edə bilər. Məhərrəm - eşq məktəbidir, məntiq və ağıl məktəbidir. Bu məktəbi İmam Hüseyn (ə) məktəbindən savayı heç bir yerdə görmək olmaz. Bu, elə bir məktəbdir, ki, həm Seyyidüş-şühəda (ə) bizə dərs verir və həm də vəfalı dostları və tərəfdaşları. (Tebyan)
İmam Hüseyn (ə) səhabələri çox vəfalı və igid insanlar idilər. Bu vəfanı Allah yolunda canları və qanları  ilə nümayiş etdirdilər. Eyni zamanda bu insanlarda sonsuz şövq var idi və bu yolu açıq gözlə seçmişdilər.
Həzrət Əba Abdullah (ə) da yolun lap əvvəlində onlara buyurmuşdu ki, bu yolun sonu şəhadətdir. Ona görə də əgər kimsə dünya malına və ya məqama çatmaq istəyirsə, öz vəzifəsini indidən bilsin və yolu davam etməsin.
Həzrətin (ə) Mədinədən Kərbəlaya yollanan zaman niyyəti inqilab etmək idi. Ona görə də ətrafında olanlar da İlahi hüccətin bu seçiminə boyun əymiş insanlar idilər. Onlar dünyanı deyil, axirət səadətini seçdilər. Bu insanların sönsuz şövqü Aşura əhli olmaq və Kərbəlada bu həyəcanı nümayiş etdirmək idi.
Kərbəla aşiqlərinin şövqü.
Abbas ibni Əli (ə).
İmam Əlinin (ə) oğlunun rəftarında və danışığında bu şövqü hiss etmək olardı. O, Mədinədən bəri İmamla bir yerdə idi və Aşura gününün zöhrünə qədər qardaşını tək buraxmamışdı. Ona gətirilən amannaməni rədd etmiş və hətta qardaşlarının belə onun haqqında düşünməyinə icazə verməmişdi. Aşura gecəsi İmama vəfadar olduğunu bildirən ilk insan idi.
 
Nafə ibni Həlal Bəcəli.
Nafə də Aşura gecəsi İmamla (ə) bir yerdə idi. Onu düşmənin zərərindən qoruyurdu. İmam (ə) ona üz çevirib deyir: "İstəyirsənmi ki, özünü bu iki dağın arasında gecə vaxtı gizlədib canına nicat verəsən?”. Nafe bu sözləri eşidən zaman özünü İmamın (ə) ayaqlarına atdı və qədəmlərini öpməyə başladı. Dedi: "Əgər belə etsəm, anam əzama əyləşsin”.
 
Müslim ibni Usəcə.
Nəql edirlər ki, nə zaman Müslim yerə düşür, İmam (ə) Həbiblə bir yerdə onun başını üstünə gəlir. Həbib deyir: "Müslim! Sənin şəhadətin mənim üçün çətindir. Səni behiştlə müjdələyirəm”. Müslim Həbibə sakit səslə belə cavab verdi: "Allah sənə xeyir müjdəsi versin”. Sonra İmama (ə) işarə edərək Həbibə deyir: "Sənə tövsiyə edirəm ki, İmamdan (ə) əl çəkməyəsən və qılıncının altında can verəsən”. Həbib deyir: "Kəbənin Allahına and olsun ki, elə bu cür əməl edəcəyəm!”.
 
Səyid ibni Abdullah.
Əbu Məxnəfin nəql etdiyinə görə İmam Hüseyn (ə) 10-cu günün gecəsində dostlarına xütbə deyir və bu zaman ilk ailə üzvləri ayağa qalxıb danışdılar. Sonra isə Səyid ayağa qalxdı və dedi: "Allaha and olsun ki, biz sizə yardım etməkdən əl çəkməyəcəyik. Allah dərgahında sabit edəcəyik ki, Peyğəmbərin (s) sənin barəndə olan haqqına riayət etmişik. Allaha and olsun ki, əgər bilsəm ki, 70 dəfə öldürülsəm, bədənimi yandırıb və külünü küləyə versələr, yenə də sənə yardım etməkdən əl çəkməyəcəyəm. Hər dəfə diriləndən sonra sənə yardıma tələsəcəyəm. Halbuki, bilirəm ki, ancaq bir dəfə öldürüləcəyəm və ondan sonra Allahın sonsuz neməti nəsibim olacaqdır”.
İmam Hüseyn (ə) Zuheyr ilə Səyidə deyir: "Siz mənim qarşımda qərar tutun ki, zöhr namazını qılım”. Onlar İmamın (ə) qarşısında durdular və İmam (ə) səhabələrin yarısı ilə xof  namazını qılır. Səyid İmamın (ə) qarşısında idi, İmam (ə) sağ və sol tərəfə hərəkət edən zaman da onunla hərəkət edərdi. Düşmən onu hədəfə alır və o qədər ox atmışdılar ki, yerə düşdü və dedi: "Allahım! Bu insanlara Ad və Səmud kimi lənət et. Pərvərdigara! Mənim salamımı Öz Peyğəmbərinə (s) çatdır və o Həzrəti mənə dəyən bu yaralardan agah et. Çünki mənim bu əməldəki məqsədim Sənin Peyğəmbərinin (s) nəslinə yardım etməkdir”. O, bu sözləri deyib, şəhid olur. Şəhid olandan sonra mübarək cəsədinə 13 ox dəyir.
 
Muhəmməd ibni Bəşir Həzrəmi.
O gecə Bəşirə deyirlər: "Oğlunu Reyin sərhədində əsir ediblər. Deyir: "Özümün və onun canının əvəzini canları Xəlq edəndən istəyirəm”. İmam (ə) bu sözləri eşidən zaman buyurur: "Allah sənə rəhmət etsin. Mən səni azad edirəm ki, gedib övladını əsirlikdən azad edəsən”. O, deyir: "Vəhşi heyvanlar məni parçalasınlar, əgər səndən ayrılaramsa”. İmam (ə) ona min dirhəmlik beç libas əta edir və buyurur: "Bunları oğlunu azad etmək üçün göndər”.
Allah Təala bizləri Kərbəla qəhrəmanlarından ibrət götürənlərdən qərar versin, inşəallah.
 
/Deyerler.org/
 
Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 929 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]