Əhli-beytə (ə) məhəbbət bəsləmək - İslamın zəruriyyətindəndir - Cəfəri məktəbinin əsasları - İslam - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

Əhli-beytə (ə) məhəbbət bəsləmək - İslamın zəruriyyətindəndir
2013-10-22, 8:26 AM
Əhli-beytə (ə) məhəbbət bəsləmək - İslamın zəruriyyətindəndir

 
Həzrət Peyğəmbərə (s) və Əhli-beytə (ə) məhəbbət göstərmək - hər bir müsəlman üçün vacib və lazımlıdır. Necə ki, Quran buyurur: "De: "Mən risalətimin çatdırılması üçün heç bir mükafat istəmirəm, yaxınlarımı sevməkdən başqa””. Bu ayədən göründüyü kimi, hər bir müsəlman Peyğəmbəri (s) və onun yaxınlarını sevməlidir.
Əhli-beytə (ə) məhəbbət bəsləmək - İslamın zəruriyyətindəndir. Bu məsələ təkcə Əhli-beyt (ə) davamçılarına aid deyildir.
O kəsin ki, qəlbində Əhli-beytin (ə) məhəbbəti olmaz, xüsusilə də İmam Əlinin (ə), sanki Peyğəmbərin (s) nübuvvətini inkar etmişdir. Bu düşmənçilik və ədavət nifaqın nişanələrindəndir. Quran-Kərim buyurur: "Ey o kəslər ki, iman gətirmisiniz! Təqvalı olun, Allaha yaxınlaşmaq üçün vasitə seçin”. Bu ayədən görünür ki, insan hər bir sahədə imanlı və təqvalı olmalıdır. Əgər insan Əhli-beyti (ə) sevərsə və Allahın əmrlərini yerinə yetirərsə, Mehriban Allahın qurbuna yaxınlaşar.
Həzrət İmam Baqir (ə) buyurur: "Vilayət - namaz, oruc və həccin açarıdır. Rəhbərlikdən üstün və başqa məsələləri hidayət edəndir”. Ona görə də Həzrət Əlini (ə) və Əhli-beyti (ə) sevmək, bütün yaxşı əməlləri sevmək deməkdir. O kəs ki, onlarla düşmən olar, küfr edər və nifaq əhli olar. Necə ki, Peyğəmbər (s) buyurmuşdur: "Ey Əli! Səni sevənlər mömin, düşmən olanlar isə kafirdir”. (İslami saytlara istinadən)
 
/Deyerler.org/

Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 258 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]