Peyğəmbərlər - Peyğəmbərlər - Əhli-Bəyt - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-03, 2:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Peyğəmbərlər
2013-08-04, 5:15 AM
Peyğəmbərlər

Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!». ("Nəml" surəsi, ayə 15)






Hz. Süleyman (ə)
Ləqəbi - Həşmətullah. Qurani Kərimdə adına 17 yerdə rast gəlmək olur.
Atası Hz. Davudun vəfatından sonra onun yerinə keçəcək hakimiyyəti davam etdirmişdir. Bütün canlılarla danışa və onları işlədə bilirdi. Allah-Təala küləyi onun ixtiyarına qoyduğu üçün bir neçə aylıq yolu bir neçə dəqiqədə qət edə bilirdi. Hz. Süleyman (ə) 712 il ömür etmişdir. İndiki Fələstin ərazisində dəfn olunmuşdur.




Əlbəttə Harun bundan qabaq onlara demişdi: «Ey mənim qövmüm, siz bunun (buzova sitayiş etməyinizin) vasitəsi ilə sınandınız; həqiqətən sizin Rəbbiniz Rəhman olan Allahdır, buna görə də mənə tabe olun və mənim əmrlərimə itaət edin». ("Taha" surəsi, ayə 15)



Hz. Harun (ə)
Qurani-Kərimdə adına 20 yerdə rast gəlmək olur. Musa (ə) peyğəmbərin qardaşı və vəziri olmuşdur. Hz. Musa (ə) Mədyəndən Misirə qayıdana qədər Harun (ə) Allahın buyurduqlarını İsrail övladlarına çatdıraraq Musa (ə) peyğəmbərə yardımçı olur. Hz. Harun (ə) həm də  gözəl nitqə yiyələndiyindən ətrafına xeyli tərəfdar toplaya biridri.

Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 280 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]