İsa (ə) və onun İslam dünyasında mövqeyi - Peyğəmbərlər - Əhli-Bəyt - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

İsa (ə) və onun İslam dünyasında mövqeyi
2013-08-04, 5:06 AM

İsa (ə) və onun İslam dünyasında mövqeyi


O, Beytul-Müqəddəsdə oturmuşdu. Ömründən otuz il keçirdi. Hündür, arıq, ayaqyalın idi. Yun köynək geyinmişdi. Öz ümmətinin taleyi barədə fikirləşirdi. Bəli Məsih, Bəni-İsrail barədə fikirləşir, öz-özünə deyirdi: "Yollarını azan bu qövmü necə yola gətirə bilərəm?” Günəş batdı, çobanlar evlərinə, qoyunlar tövlələrinə quşlar yuvalarına getdilər. Amma Məsih qayıtamdı. Niyə? Çünki onun evi yox idi. O, çöllərdə yatırdı. Qar və yağış yağdıqda, dağların mağaralarına gedərdi. Aclıqda yerdən çıxan ot və ələflərlə qidalanardı.

Beləliklə İsa (ə) azad və dünyasız idi. Allahdan başqa heç kəsdən qorxmurdu. Çünki bu dünyanın heç bir şeyinə bağlı deyildi. Gecə vaxtı və yatmaq vaxtı gələndə, İsa (ə) bir daşı başının altına qoyub yatdı. O, böyük səmalara və asimana baxırdı. Birdən bir mələk nazil olub, "Allah sənə risaləti təbliğ etməyə fərman verir.” Məsih, Allahın fərmanını icra etmək üçün ayağa qalxdı. Ali-İmran surəsinin 43-44-cü ayələrində buyurulur: " Allah ona kitab, hikmət, Tövrat və İncil öyrədir, o, Bəni-İsrail üçün peyğəmbər olsun və onlara desin-Mən sizin Pərvərdigarın möcüzəsi ilə sizin yanınıza gəlmişəm. Sizin üçün gildən quş düzəldib, Allahın izni ilə üzünə üfürüb quş etmişəm. Anadangəlmə kora və dəri xəstəliyinə şəfa verib, Onun izni ilə ölünü dirildirəm. Sizin nə yeyib evinizdə nələr saxladığınızdan xəbər verirəm...

        Yəhudilər Məsihin dəvətindən narahat olan ilk insanlar idilər. Niyə? Çünki Məsih insanları kasıb və yoxsullara qayğı göstərməyə, acları doydurmağa dəvət edirdi. Məsih deyirdi: "Keşişlər Tövratı dəyişiblər”. Çünki keşişlər məhrum insanları aldadır, onların mallarını nəzir adı ilə alırdılar. Görəsən Bəni-İsrail iman gətirdimi? Yox! Keşişlərin kinləri daha da artdı. Onlar sadəlöhv insanlar arasında şayə yayır və İsanı (ə) kafir kimi qələmə verirdilər. Görəsən bu hadisə dövrümüzlə uyğundurmu? Görəsən bəşərə rəhmət olaraq göndərilən bir peyğəmbəri və onun pak Əhli-Beytini   pak, məsum bilən və Rəsuli Əkrəmin (s) vəsiyyətinə əməl edən Quran və Əhli-Beyt yolunu gedən müsəlmanların günahı nədir ki, onları kafir adlandırsınlar? Əcəba şiə adına rafizi, müşrik və digər biabırçı adlar qoyan insanların İsanın (ə) dövründə fariqələr yaradıb özünü "həqiqi” iudist və ya nəsrani kimi adlandıranlardan fərqi varmı? Bu sualların cavabını siz müsəlmanların öhdəsinə buraxıram. Məgər xanım Məryəmi (ə) pis işlərdə ittiham edənlər, ona "İsanın (ə) atası Yusif Nəccar adlı bir kişidir.”-demədilərmi? Məgər xanım Məryəmi (ə) ittiham etdikləri hadisə ilə, Həzrəti Zəhranı (ə) ittiham edib, onun yalan söyləməsini deyib, Fədəki əlindən almaları, xanımı bir terrorçunun ağlına gələ bilməyəcəyi şəkildə qapı arxasında qoymaları, Allahın pak fərmanının üstündən götürmələri hadisəsi ilə bir-birinə yaxın söhbətlər deyilmi?  Bunlar məgər "xass” səhabələr və dini qoruyucular deyildilərmi? Bunlar Allah peyğəmbərlərinin, Allah tərəfindən göndərilib və dediklərinin vəhydən başqa bir şey olmadığını bilmirdilərmi? Subhanəllah! Allaha pənah aparırıq bu fikirlərdən!

 

Nə üçün Həzrəti Mühəmməd (s), Həzrəti İsa (ə) kimi dünyaya gələn kimi danışmadı


Həzrəti Rəsul (s) buyurub: " İsanın (ə) dünyaya gəlməsi mənimlə fərq edir. Allah İsanı (ə) atasız dünyaya gətirdi. Həzrəti İsa (ə) danışmaqla anasını böyük müsibətdən qurtardı. Həzrəti İsa (ə) danışmasaydı, nadan camaat Həzrəti Məryəmi (ə) zina etməklə müqəssir bilərdilər. O dövrün qanunlarına görə, Həzrəti Məryəm (ə) səngisər olunardı. Allah Həzrəti İsanı (ə) dilə gətirdi ki, Həzrəti Məryəm (ə) ölümdən xilas olunsun.”

 

Məsihilər nə üçün yeni ildə şam (yolka) ağacı bəzəyirlər?


Cavabı budur ki, xristianlar yeni il təhvil olanda şam ağacı və şam işıqlandırırlar. Həmin adətlərin simvolik rəmzi budur ki, guya həyat və məişətimiz bu ildən gələn ilə qədər yamyaşıl və işıqlı olsun.


Nə üçün həvarilərə "həvariyyun”, nəsranilərə "nəsrani” deyilir?


Bu sual da maraqlıdır.  İmam Rza (ə) buyurub: "Onlar xalqı günahdan uzaqlaşdırıb pak etdiklərinə görə, "həvariyyun” adı almışdılar. Nəsranilərə gəlincə isə, onlar Şam şəhərində olan Nəsrə kəndində yaşayırdılar. Həzrət İsa (ə) Həzrəti Məryəm ilə (ə) Misirdən bu kəndə gəldilər. Ona görə, Həzrət İsaya (ə) tabe olanlara nəsrani adı verildi.


Xanım Məryəmin (ə) bakirə olduğu halda Həzrət İsanı (ə) dünyaya gətirməsi mümkündürmü?


Belə ki, ilk həyat cövhərini, ilk diri hüceyrəsi və ilk insanı heç bir mayalanma olmadan yaradan Allah, növbəti dəfə bu işi görmüş kamil insan, böyük Peyğəmbər vücuda gətirmişdir. Onun bu sayaq doğuluşu inadkar müxaliflər üçün aşkar bir dəlil olmuşdur. Başqa sözlə, dişi hüceyrənin ana bətnində nütfəsiz də olması mümkündür. Bəli, adətən artım mayalanma yolu ilə baş tutur. Amma istisna halların mövcudluğuna qarşı heç bir dəlilimiz yoxdur. Dişi hüceyrəni canlandıran müxtəlif mühərriklər ola bilər və bu mühərriklər mayalanma olmadan dişi qamətə həyat verir. Əgər bu sayaq səbəblər bizim üçün qaranlıqdırsa, Böyük, Alim, Qadir Allah üçün aşkar və mümkündür.


İncildə Həzrəti Muhəmməd (s) haqqında məlumat vardırmı?


Quranda oxuyuruq ki, İsa (ə) özündən sonra Əhməd (s) adlı bir peyğəmbərin gəlişini bildirmişdir. Uyğun məlumat İncildə də mövcuddurmu?

Bəli. Quranda oxyuruq : "Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm. Onlara aşkar möcüzə gəldikdə, deyəcəklər ki, bu açıq-aydın sehrdir.” İslam Alimləri bildirirlər ki, Hz. Məsihdən (ə) danışan bu ayə Yuhanna İncilinin 14, 15, 16-cı fəsillərində bəyan olunmuşdur. İsadan (ə) sonra gələcək Peyğəmbərin adı Farqlit kimi ifadə olunmuşdur: "Əgər məni sevsəniz və əhkamımı qorusanız, atamdan sizə digər bir Farqlit göndərməsini istəyəcəyəm. O, əbədilik sizinlə qalacaq. O, bəşəriyyətin qəbul edə bilmədiyi haqq və doğru ruhdur. Çünki, onu görmür və tanımırlar. Amma o sizi tanıyır. Çünki, sizinlə qalır və sizinlə qalacaq.” (Yuhanna İncili 14, 15-17, 1837-ci ildə Londonda çap olunmuşdur.) "Mən sizinlə olduğum vaxt bu sözləri sizə demişəm. Amma atamın mənim adımla göndərəcəyi Farqlit sizə hər şeyi öyrədəcək və mənim sizə öyrətdiyimi xatırladacaq.” ( Həmin mənbə 14:25, 26) "Bu iş olmamışdan sizə xəbər verdim ki, olanadək iman gətirəsiniz.” (Həmin mənbə, 12:29) "Atam tərəfindən sizə göndərəcəyim Farqlit atam tərəfindən gələcək doğru ruh mənim haqqımda şəhadət verəcək.” (Həmin mənbə, 15:26)

Əvvəlcə onu qeyd edək ki, İncil aliməri Farqlitin məhz peyğəmbər olduğunu etiraf etmişdirlər. Hətta bir abid 187-ci ildə (Kiçik Asiyada) özünü peyğəmbər elan edib, Farqlitin özü olduğunu demişdi. İslami mənbələrdə göstərilir ki, İncil əhli həmin peyğəmbərin intizarında idi. Həbəşi kralına Peyğəmbərin (s) məktubunu təqdim etdikdə o: "Şəhadət verirəm kİ, o kitab əhlinin gözlədiyi peyğəmbərdir. Hz. İsanın (ə) peyğəmbərliyi xəbər verdiyi kimi, o da son peyğəmbərin gəlişini müjdə vermiş, onun nişanələrini bildirmişdir.”-demişdir. (Təbəqati-Kubra c.1, səh. 259) Rum qeysərinə gələn naməni Qeysər oxuduqdan sonra, yazdığı cavabda isə, "Məktubunuzu oxudum, dəvətinizdən agah oldum və bilirdim ki, peyğəmbər gələcək. Amma güman edirdim ki, həmin peyğəmbər Şamdan çıxacaq.”-yazmışdı. (Tarixi kamil c.2, səh.44) Əgər Farqlit, Ruhul-Qudusa işarə olsaydı, onun qəbulu üçün şərait yaratmağa dəyməzdi. Çünki, peyğəmbərin yeganə təsir vasitəsi, onun bəyanı və təbliğidir. Təbliğ isə kiminə təsir edə bilər, kiminə isə yox. Ruhul-Qudusa iman gətirmək üçünsə, tövsiyyə və məcburiyətə ehtiyac yoxdur. Əgər Hz. İsa (ə) Ruhul-Qudusu nəzərdə tutsaydı, "Başqa bir kəlməsi”ni işlətməzdi. Çünki, Ruhul-Qudus yeganədir. Daha sonra bildirirlər ki, İsa dara çəkildikdən sonra, Ruhul-Qudus onlara nazil olub. Məgər, həvarilər İsanın (ə) tapşırdıqlarını bu müddətdə unutmuşdularmı? Bu bəhs haqqında yetərincə dəlillər vardır ki, bunlarla kifayətlənirik. Allah –Təala Qurani Kərimdə buyurur: " Onlar İsanı nə öldürdülər, nə də dardan asdılar. Şübhəsiz ki, onu öldürmədilər. Allah onu Özünə tərəf ucaltdı. Allah Qüdrətli və Hikmətlidir.”

Məsih bir gün qayıdacaqdır...Nə vaxt? Vəd olunmuş gündə. Əhli-Beytin on ikinci imamı Mehdinin (ə.f) qiyam edəcəyi gün. Məsih (ə) Hz. Məhdinin (ə.f) sözlərinə şəhadət verəcək, haqq batilə qələbə çalacaq və hər yeri əmin-amanlıq və asayiş bürüyəcəkdir.

Topladı: Fərid Abdullah 

islamaz.com


Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 273 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]