Şənbə günü, 2024-04-27, 4:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Məhdi (ə.f)

Quranda İmam Zaman ağanın (ə.f) tərəfdarlarının keyfiyyətləri
2013-07-23, 5:16 AM

Quranda İmam Zaman ağanın (ə.f) tərəfdarlarının keyfiyyətləri

 

  Zühur zamanını dərk etmək - ondan əvvəl yaşayanlar üçün asan deyildir. Məsumlardan (ə) gələn hədislərə söykənərək, həqiqətlərin üzərində olan pərdəni kənara çəkmək olar.

Zühur zamanının xüsusiyyətlərindən biri - elmin və mərifətin inkişaf etməsidir. Əlbəttə, bu, o demək deyildir ki, bəşər zühurdan əvvəl elmsiz və düşüncəsiz olmuşdur. Bəlkə məqsəd budur ki, insanların elm gözləri açılacaq və təfəkkür səviyyəsi yüksələcəkdir.

 

İmam Muhəmməd Baqir (ə) buyurur: "O zaman ki, bizim Qaim (ə) qiyam edəcək, əlini bəndələrinin başına qoyacaqdır. Ondan sonra elmləri bir-birinə qovuşacaq və kamala çatacaqlar”.

 

Həzrət Məhdi (ə.f) zamanının ailələrinin vəzifəsi elmi və əməli cəhətdən qabiliyyətli nəsli yetişdirməkdir. İmamət və vilayət nuruna boyanmış ailələrdə tərbiyə almış uşaqlar, İmam Zaman (ə.f) ordusunun əsgərləri olacaqdır. Onlar Quran və Peyğəmbər (s) və ali-Peyğəmbər (ə) məhəbbəti ilə yetişdirilərlər. Peyğəmbərimiz (s) hədislərin birində buyurur: "Övladlarınızı üç xüsusiyyətlə tərbiyə edin: peyğəmbərinizə (s) məhəbbət, Əhli-beytə (ə) məhəbbət və Quranla”.

 

Bu böyük vəzifəni yerinə yetirmək üçün üç yoldan istifadə edə bilərik:

1. Övladları, ümumi dini və əqli tərbiyə üsulu ilə tərbiyə etmək.

2. Övladları Əhli-beytin (ə) xüsusi tərbiyə üsulları ilə tərbiyə etmək.

3. Övladları Həzrət Məhdinin (ə.f) tərəfdaşlarının sifətləri ilə tərbiyə etmək.

 

İmam Zaman (ə.f) dövrünün övladları gərək İmam Məhdi (ə.f) tərəfdaşlarının sifətlərinə uyğun tərbiyə olunsunlar. Quranda və hədislərdə onların sifətlərinə çox işarə edilmişdir. Misal üçün, Quran Həzrət Məhdinin (ə.f) tərəfdaşlarının 6 sufətini bəyan etmişdir: "Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. ("Maidə” 54).

Allah Təal bu ayədə altı sifəti vurğulayır:

1. Allah onları sevir.

2. Onlar da Allahı sevirlər.

3. Möminlərə qarşı təvazökardırlar.

4. Kafirlərə qarşı rəhimsizdirlər.

5. Allah yolunda cihad edərlər.

6. Heç bir tənə vuranın tənəsindən qorxmazlar.

 

Əgər övladlarımızın İmam Zamanın (ə.f) tərəfdaşları olmasını istəyiriksə, onları bu meyarlara uyğun tərbiyə etməliyik. Yəni, övladlarımız Allahı, Peyğəmbəri (s), İmamları (ə) sevməli, möminlərə qarşı təvazökar olmalı, kafirlərə qarşı rəhimsiz olmalı və heç bir düşmənin tənəsindən qorxmamalıdırlar. Quran əhli və elm, mərifət və təfəkkür əhli olmalıdırlar.

 

(Tebyan/deyerler)

Category: İmam Məhdi (ə.f) | Added by: Ənfal
Views: 853 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]