Cümə günü, 2024-03-29, 11:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

Aşura-eşqin başqa bir adı
2012-11-25, 6:57 AM

Aşura-eşqin başqa bir adı

Aşura - Allah aşiqlərinin insani xüsusiyyətlərinin bir-birini qabaqladığı gün idi. Onlardan biri Kərbəlanın ən başlıca səbəbkarı İmam Hüseyn  (ə) idi.

    Aşura günü İmam hüseyn (ə) Allahla bağladığı və zərrə qədər də nigaranlıq hissi küçirməməsi özünü daha çox biruzə vüerirdi. Hədislərdə ona, əhli-beytinə və əshabına nə qədər çox güc gəlirdisə, bir o qədər çox səbr bə məmkinlik nümayiş etdirirdi. Hadislərərin baş verdiyi andan son damla qanı yerə axıdılana qədər ruhunda azacıq da olsa sarsıntı, ümidsizlik və peşmançılıq hiss pıunmur. O Kərbəlaya gəlməzdən əvvəl  Məkkədə, Mədinədə hansı əhval-ruhiyyədə idisə, Kərbəlada da elə idi. İnsanı hiddətə gətirən də elə budur.  Belə bir hissin yaranmasına hadisələrin nə ilə nəticələnəcəyini bilməkdən savayı, ayrı bir şey səbəb ola bilərdimi?. Əlbəttə ki, yox.  O, sonda özü sağ qalmasa da məqsədinə çatacağına, düşmənlərinin isə dünya və axirətdə xar və rüsvay olacağına əmin idi.  İmam Hüseyn (ə) özünün və əzhabının şəhadəti və bəşəriyyətə heç də bər zaman öldürənin qalib, öldürülənin məğlub olmadığını bir daha sübuta yetirir. Bəli, Kərbəla hadisəsi güclü qoşuna sahib olanın hər zaman qalib olmadığını əyani şəkildə ortaya qoyur. Məhz bu səbəbdən Kərbəla hadisəsindən sonra tarix və tarixi cərəyanlara olan baxış demək  olar ki, alt-üst olur.



Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 857 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]