Bazar ertəsi, 2024-05-20, 11:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » K

K
2012-11-22, 8:55 AM

Kafir nə deməkdir?

Kafir – 1. Allahın varlığını inkar edən kimsə

2. Allaha şərik qoşan adam
3. Nübüvvəti qəbul etməyən şəxs
4. İmamlardan birinin Allah olduğuna və ya Allahın onlardan birinə hülul etdiyinə inanan məxluq
5. İmamlara qarşı düşmənlik izhar edən xəvaric və nəvasiblər.

Kitab əhli nə deməkdir?

Kitab əhli – Özlərini kitabı peyğəmbərlərdən birinə tabe bilən qeyri-müsəlmanlar (yəhudi və xristianlar kimi).

Kiçik hədəs deməkdir?

Kiçik hədəs – Dəstəmazı pozan şərtlər; bövl, ğait, yel xaric etmək, yatmaq, ağıl aparan şeylər, istihazə və qüslü lazım etməyən şeylər.

Kəbə – İbrahim və onun oğlu İsmail peyğəmbərlər (Onlara Allahın salamı olsun) tərəfindən ucaldımış kub formasında daş tikili. O, Allaha ibadət etmək üçün Yer üzündə tikilən ilk məbəd olmuşdur. Bütün müsəlmanlar namaz qılarkən üzlərini ona doğru çevirirlər və hər il milyonlarla insanlar müsəlmanların yaşadıqları ölkələrdən Məkkəyə gələrək onu ziyarət edir və qədim ibadətgahın ətrafına dolanırlar.


Kəffarə – səhvən və ya məcburiyyət qarşısında işlədilən günahın bağışlanması üçün şəriətə uyğun olaraq verilən sədəqə və ya tutulan oruc.


Kənz – sahibi yığdığı pullardan, qızıl-gümüşdən zəkat verməkdən boyun qaçırdan xəzinə


Category: K | Added by: Ənfal
Views: 701 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]