Bazar ertəsi, 2024-05-20, 11:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Ensiklopediya » E

E
2012-11-22, 8:46 AM

Eyni nəcs nə deməkdir?

Eyni nəcis – Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir, şərab və pivə kimi nəcis olan şeylərin əsli.

Ehtiyat nə deməkdir?

Ehtiyat – Həqiqətə yetişdiyinə güvənə biləcək şəkildə hərəkət etmək, Allahın hökmü bilinməyən bir yerdə, allahın adını hökmünə görə əməl etdiyindən əmin olacaq şəkildə davranmaq.


 Ehtiyat vacib nə deməkdir?


Ehtiyat vacib – Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Vacib ehtiyat və lazım ehtiyat deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə bilər.

Ehtiyat lazım nə deməkdir?


Ehtiyat lazım – Ehtiyat vacib, edilməsi lazım olan ehtiyat.

Ehtiyat müstəhəb nə deməkdir?


Ehtiyat müstəhəbb – Müctəhidin fətvasından kənar bir ehtiyat, yə`ni fətva ilə birlikdə olan ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir.

Ehtiyat namazı nə deməkdir?


Ehtiyat namazı – Gündəlik namazların rük`ətlərində şəkk edildiyi namazı tamamladıqdan sonra şəkk edilən rük`ətləri kamil etmək üçün surəsiz qılınan namaz.

Ehtiyat tərk edilməsin nə deməkdir?


Ehtiyat tərk edilməsin – Bu termin müctəhidin fətva vermədiyi bir yerdə istifadə edildiyi zaman vacib ehtiyat mə`nasındadır. Amma fətva verdiyi bir yerdə ehtiyatın çox yaxşı olduğu bildirilir.

Ehram – Həcc ziyarəti zamanı geyilən tikişsiz ağ rəngli örtünmə geyim. Namaz qılanın və ya həccə gedənin mərasimə başladığı hal. Adi hallarda icazə verilən bəzi hərkətlər, ehram geyilən zaman qadağan edilir. Namaz qılan ehram vəziyyətinə təkbirat-əl-ihram adlanan "Allahu Əkbar!” kəlməsini dedikdən sonra girmiş hesab olunur. Zəvvar isə ehramını geydikdən və ziyarətə başlamaq niyyətini səslə söylədikdən sonra ehram vəziyyətini alır. Zəvvarın mərasim geyimi tikilməmiş iki parça materiyadan ibarət olur: bir parçası izar adlanır ki, qurşağa sarınır; ikinci parçası isə örtük kimi beldən yuxarı çiyinə atılır, çiyini və qarın na­hiyyəsini örtür.


Etikaf – ibadət məqsədilə bir müddət məsciddə qalmaq.

Category: E | Added by: Ənfal
Views: 716 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]