Bazar günü, 2024-12-22, 5:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dünyada azalan şey, axirətdə artar
2013-11-02, 10:54 AM

Dünyada azalan şey, axirətdə artar

 İnsan belə güman edir ki, axirət aləmi bu dünya kimidir. Bir müddətdən sonra insan orada olan nemətlər, rahatlıq, əziyyət və ictimai və iqtisadi narahatçılıqlara adət edir. Ancaq belə deyildir. (Tebyan)

Behiştin meyvələri haqqında düşündükdə görmək olur ki, meyvələr onu dərmək istəyənin arzusu kimi dərilər. Yəni, zəhmət sərf etmədən istədiyin meyvəni dərə bilərsən. Saraylarında sakinləşənlər üçün saf və xalis bal və şərab təqdim edilər. Bu elə bir yerdir ki, ruhun rahatlıq tapır və heç bir şeyə görə nigaran deyilsən. Hər tərəfdən sevgi və məhəbbətlə əhatə edilirsən. Behişt əhli o kəslərdir ki, daima onlar əziz tutulmuşdular və bu məqama çatmaq üçün çox sayda  əziyyətlərdən keçmişdilər. Əgər qəlbini hər şeydən ayırıb, bu gözəl mənzərəyə çatmaq istəyirsənsə, ruhun behiştdə uçmağa can atırsa, Allahın və Rəsulunun (s) və İmamların (ə) göstərişlərini yerinə yetir.

İmam Əli (ə) behişt haqqında belə buyurur: "O kəslər ki, Allahın itaətkar davamçılarıdırlar, Allah onlara Özü ilə qonşu olmaq savabını bağışlamışdır. Öz sarayında onlara cavidan həyat vermişdir. Ora daxil olanlar, bayıra çıxmazlar, halları dəyişməz. Onlar qorxmazlar və onlar  xəstələnməzlər. Xətərə düşməzlər, səfər onları incitməz”.

Həzrət (ə) başqa yerdə buyurur: "Heç bir yaxşılıq Allahın mükafatından yaxşı deyildir. Dünya nemətlərindən hər birini eşitmək, görməyindən daha əzəmətli, mühüm və böyükdür. Axirətdə hər şeyi görmək onu eşitməkdən daha böyükdür. Dünya nemətlərini təsvir etmək görməyindən yaxşıdır. Ancaq axirət nemətlərini görmək, təsvir etməyindən daha yaxşıdır. Ona görə də hələ ki, bu dünyada yaşayırsan, bu axirət nemətlərini görə bilməzsən. Axirət nemətlərini görmək yerinə, eşitməklə və qeyb xeyrlərini görmək yerinə, hal-hazırda gözünüzdən gizli olanla qənaətlənin. Bilin ki, dünyada azalan şey axirətdə artar. Bu da axirətdə azalıb, dünyada artan şeydən daha yaxşıdır”.

Behişt əhlinin dərəcələri müxtəlifdir. Behişt nemətləri də behişt əhli üçün eyni deyildir. Bütün behişt əhli bir məqamda deyildirlər. Bəziləri daha yüksək mərtəbədə, bəziləri də aşağı dərəcədədirlər. Bəziləri isə orta mərtəbədədirlər. İmam Əli (ə) buyurur: "Behiştdə dərəcələr və rütbələr vardır ki, bəziləri bəzilərindən üstündür. Elə yerə malikdirlər ki, bir-birindən fərqlənirlər”.

Behişt əhlinin hamısı eyni səviyyədə deyildir. Etiqad, əməl, fikir cəhətdən müxtəlif dərəcələrə malikdirlər. Behişt elə bir yerdir ki, orada ancaq Allahın dostları və yaxınları yaşayırlar. Ona görə də hələ ki, fürsət var, biz də Allahın yaxınlarından və dostlarından olaq. Amin.

 

/Deyerler.org/


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 844 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]