Cümə axşamı, 2024-05-09, 6:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Səhv səcdəsi
2013-03-14, 7:34 AM
Səhv səcdəsi
13 halda səhv səcdəsi yerinə yetirilir.

Salamlardan dərhal sonra təşəhhüd vəziyyətində əllər qulaq istiqamətində qaldırılıb niyyət olunur.

Məsələn, Zöhr namazı üçün səhv səcdəsi yerinə yetirirəm vacib qürbətən iləllah. Sonra təkbir (Allahu Əkbər) deyilib səcdəyə gedilir, səcdədə "Bismillahi və billah". Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd" zikri deyilir. Sərbəst vəziyyət alınır və ikinci səcdə yerinə yetirilir və bu dəfə də həmin zikr təkrar olunur, ikinci səcdədən sonra təşəhhüd və salamlar deyilib namaz sona çatdırılır.

1. Namaz əsasında səhvən danışdıqda.

2. Səcdələrdən birini unutduqda.

3. Dörd rükətlik namazların ikinci rüktindən sonra dörd və beş rükət qıldığını şəkk etdikdə.

4. Salam vermək lazım olmadığı yerdə salam verdikdə.

5. Təşəhhüdü unutduqda.

6. Təsbihat-ərbəəni demədikdə, yaxud üş dəfədən az və ya çox dedikdə yaxşı olar ki, iki səhv səcdəsi yerinə yetirilsin.

7. Salam verməməli olduğu yerdə salamlardan birini və ya hər üçünü səhvən dedikdə yaxşı olar ki, iki səhv səcdəsi yerinə yetirilsin.

8. Səcdələrdən biri və ya təşəhhüd unudularsa və bu, sonrakı rükətin rukusundan əvvəl yada düşərsə, qayıdıb yerinə yetirməli və salamlardan sonra artıq hərəkət etdiyi üçün bir səhv səcdəsi yerinə yetirmək lazımdır.

9. Rukuda, yaxud rukudan sonra əvvəlki rükətdən bir səcdə, yaxud təşəhhüd unudularsa bu, namaz qılanın yadına düşərsə, salamlardan sonra səcdə və təşəhhüdü qəza edib iki səhv səcdəsini yerinə yetirməlidir.

10. Səhv səcdəsi namazdan dərhal sonra yerinə yetirilməlidir. Bilərəkdən yerinə yetirməmək günahdır. Səhvən yerinə yetirmədikdə nə vaxt yada düşərsə, yerinə yetirmək lazımdır.

11. Səhv səcdəsinin vacib olub-olmadığına şəkk etdikdə yerinə yetirmək lazım deyil.

12. Namaz qılan şəxs iki və ya dörd səhv səcdəsinin vacib olduğuna şəkk etdikdə ikisini yerinə yetirmək kifayət edər.

13. Namaz qılan şəxs iki səhv səcdədən birini yerinə yetirmədiyini bilərsə, iki səhv səcdəsi yerinə yetirməlidir. Səhvən üç səhv səcdəsi yerinə yetirildiyinə əmin olduqda isə səhv səcdəsini yenidən yetirilməlidir.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 888 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]