Namazın 6 Kodu - Dəstəmaz-Namaz - Dəstəmaz-Namaz - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namazın 6 Kodu
2013-07-31, 8:23 AM
Namazın 6 Kodu

Bütün ibadətlərin tacı olan namaz simvollar məcmuəsidir. Namazın simvolları haqqında nə qədər danışılsada deyiləcək söz hələ də bitmir. Odur ki, biz bu dəfə namazın rukunları, onların simvollaşdırdığı həqiqətlər haqqında bir neçə söz demək istəyirik:

Başlanğıc təkbir: Allahu Əkbər kəlməsində ifadə olunan təkbir. Allahı hər cür nisbətdən təmizlənmiş olaraq böyük, ən böyük, yeganə böyük kimi anlamaq və bilməkdir. İnsan təkbir gətirərkən dünyasını əllərinin tərsi ilə arxaya itələyər. Önündə sadəcə Rəbbinə uzanan bir yol qalar. O yol sıratən- müstəqimdir.

Qiyam: Allaha duyulan ehtiramı simvollaşdırır. Qiyam, ayağa qalxmaq, ayaqda durmaq, dik dayanmaqdır. Qiyam kəlməyi tövhidin ilk yarısıdır. La ilahə illallahın qulluq edilməyə layiq heç bir varlıq yoxdur mənasını verən «la ilahə» hissəsini təmsil edir. Bu şirkə, küfrə, üsyana, tüğyana qarşı olan qiyamdır. Namazın hər qiyamı da belədir. Mömin qiyamda dağları təmsil edər. Dağlar təpələrindən bəslənərlər. Onları bəsləyən rəhmət buludlardan enər.

Qiraət: Quranın namaza daşınmasıdır. Namaz vəhyin bədəni, vəhy namazın ruhudur. Qiraəti tilavətdən ayıran şey mənadır. Oxuyanın anlamaq cəhdi tilavəti qiraətə çevirər. Məqsəd yaşamaqdır. Anlamadan yaşanılmaz. Qiraətin qəlbi Fatihədir. Fatihə, Rəsulullahın hədisində də deyildiyi kimi «Allah ilə qulun dialoqu»nu təmsil edər. Yəni, Fatihə namazı Allahla qul arasındakı söhbətə çevirər. Bunun üçün Fatihəsiz namaz, namaz deyil. Qiyam dağları təmsil etdiyi kimi, qiraət də möminin qəlbini bəsləyən rəhmət buludunu təmsil edir. Çünki, vəhy rəhmətdir. Vəhy eyni zamanda qiyamın xəbərçisidir.

Ruku: Ehtiramla boyun əyməyi ifadə edir. Qiyamdakı ehtiramın sonrakı mərhələsidir. Ruku tək başına ictimai təslimiyyəti, Səcdə isə fərdi təslimiyyəti ifadə edir. Çünki, «Ruku edənlərlə birlikdə ruku et!» ayəsi var, lakin «Səcdə edənlərlə birlikdə səcdə et!» ayəsi yoxdur. Ruku, qiyam ilə səcdə arasında bir dayanacaqdır. Rukuda qul dörd ayaq üzərində yürüyən bütün canlıları təmsil edər. Bu yönü ilə namaz insanın varlığı təmsil edərək Allahın hüzuruna çıxaraq verdiyi xəlifəlik hesabatıdır. Ruku səcdə ilə birlikdə la ilahə illallahın ikinci yarısı olan qulluq edilməyə layiq yalnız Allah var mənasındakı illallahı təmsil edir. Ruku həmdin bədən dilinə əks olunmasıdır. Onun üçün Rukudan qalxan qul, «Allah həmd edəni eşidər» deyir.

Səcdə: Ehtiramın son nöqtəsini və zirvəsini təmsil edir. Huşu duyan qəlb əvvəl sahibini ayağa qaldırar, sonra boyun əydirər, ən sonunda səcdəyə vardırar. Səcdə insanın Allah qarşısındakı qulluğunu təmsil edir. Səcdə insanın insanlığını Allahın hüzurunda yerə qoymasıdır. İnsanlığımızı təmsil edən alınımızı Allahın hüzurunda yerə qoymağımız, insanlığımızı borclu olduğumuz Rəbbə şükr nişanəsidir. Səcdə Allaha qurban olmaqdır. "Səcdə et və yaxınlaş" ayəsi bunu ifadə edir. Səcdə ana qarınındakı saf hala dönməkdir. Ona görə səcdədəki duruş dölün ana qarınındakı duruşuna bənzəyir.

Oturmaq: Oturuş yolçuluğun sonunu təmsil edir. Bu Namazın içində duanın ən çox olduğu hissəsidir. Dua yalnız ibadətlərin beyni deyil, namazın da beynidir. Salam merac yolçuluğunun sonunu təmsil edir. Bütün varlığı salamlayaraq bu meracı bitirdiyinizi söyləmiş olursunuz. Namaz təslimiyyətinizin əlaməti, salam və salamatlıq təslimiyyətinizin mükafatı, təslimiyyətiniz İslamınızın əlamətidir. Salam verməklə təslimiyyətinizin mükafatını bütün varlıqlarla paylaşmış olursunuz.

menevisafliq

Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 513 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 3
0   Spam
3 elis   (2016-03-17 6:19 AM)
Allahrazi olsun:'(

0   Spam
2 nastya   (2014-03-22 10:18 AM)
ALLAH RAZI OLSUN INSALLAH

0   Spam
1 leyl   (2013-08-04 7:04 PM)
Allah razi olsun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]