Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Şəvvalın hilalı, Fitrə zəkatı, Fitr bayramı və bayram namazı barədə
2013-07-25, 4:05 AM | |
Bu
gün (avqustun 18-i 2012-ci il) – mübarək Ramazan ayının 29-cu günüdür.
Ayın (hilalın) görünməsindən asılı olaraq, Şəvval ayının 1-i ya avqustun
19-da, ya da 20-da daxil olacaqdır. Şəvval ayının 1-i - Fitr bayramı
günüdür. Fitr bayramı - İslamın ən böyük və ən möhtəşəm bayramlarındandır. Bayram gününün mühüm əməlləri aşağıdakılardır:
1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram
namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı
olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib
əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul
olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən
sığortalanmasına səbəb olan amillərdən sayılır; 2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək - Fitr bayramı günü bəyənilən əməllərdəndir;
3. Bayram namazını qılmaq - İmam Sahib-əz-Zamanın (ə.f.) qeybdə olduğu
hazırkı zamanımızda vacib deyil, müstəhəb (bəyənilən) əməllərdəndir. Onu
fərdən də qılmaq olar, "rəcaən" - Allaha yaxınlaşmaq niyyətilə cəmlə də
qılmaq olar. 4. Bayram namazından qabaq iftar açmaq. I. Bayram gecəsi. Mübarək
Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox
bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq
(oyaq qalmaq) və ibadət etmək - əziz dinimiz tərəfindən çox bəyənilmiş
əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyə
edilir: 1. Müstəhəb qüsl almaq; 2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək; 3. Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq:
«Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu
əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə
mə əvlənə» 4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq; 5. 10 dəfə bu duanı oxumaq: «Yə
dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə
sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra
səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti» (Qeyd: Bü duanı eləcə də il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir). II. Fitrə zəkatı. Fitr
bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil
(psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə
fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün
və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin
fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin
çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman,
xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində
yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını
verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn
şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir. Fitrə zəkatının: Miqdarı: - 3 kq; Cinsi:
– arpa, buğda, düyü və bu kimi ərzaq məhsulları və ya bunların
müqabilində pul (bu il üçün fitrə zəkatı adambaşı 3 manat hüdudunda
götürülə bilər); Verilmə vaxtı: – bayram axşamından bayram namazının qılınma vaxtınadək. III. Bayram namazı. Bayram
namazı (Fitr və Qurban namazları) İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.)
zühuru zamanı vacib olacaq. Hazırda İmam (ə.f.) qeybdə olduğu üçün bu
namazın qılınması vacib deyil, müstəhəbdir. Bayram
namazı həm fərdi qaydada, həm camaatla (rəcaən niyyətilə) qılına bilər.
Bayram namazının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir. Bayram
namazı (Fitr və Qurban namazları) 2 rükətdir. Birinci rükətdə "Fatihə”
surəsindən və digər surədən sonra 5 təkbir deyilir, hər təkbirdən sonra
qunut tutulur. Beşinci qunutdan sonra təkbir deyilir (bu, artıq 6-cı
təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə
Fatihə” surəsindən və digər surədən sonra 4 təkbir deyilir, hər
təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra təkbir deyilir
(bu, artıq 5-ci təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir,
təşəhhüd və salamlar deyilir. Bayram namazının qunutunda hər hansı dua oxuna bilər. Amma müstəhəbdir ki, bu dua oxunsun: Bayram namazının qunutunda oxunan müstəhəb dua Əllahummə əhləl-kibriyəi vəl ‘əzaməti və əhləl-cudi vəl-cəbəruti, və əhləl-‘əfvi vər-rahməti, və əhlət-təqva vəl-məğfirati, əs-əlukə bihəqqi həzəl-yəvmi, əl-ləzi cə’əltəhu lil-musliminə ‘idə, vəli Muhəmmədin salləllahu ‘əleyhi və əlihi zuxrən və şərafən və kəramətən və məzidə, ən tusalliyə ‘ələ Muhəmmədin və əli Muhəmməd, və ən tudxiləni fi kulli xeyrin ədxaltə fihi Muhəmmədən və ələ Muhəmməd, və ən tuxricəni min kulli su-in əxractə minhu Muhəmmədən və ələ Muhəmmədin saləvətukə ‘ələyhi və ‘ələyhim. Əllahummə inni əs-əlukə xeyra mə səələkə bihi ‘ibədukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ‘ibədukəl-muxləsun. ƏHKAM. 1. Qurban və Fitr bayramları günü oruc tutmaq haramdır; 2. Ramazan ayının başlanması və qurtarmasının müəyyənləşdirilməsinin yolu: Qəməri
təqvimi ilə Ramazan ayının başlanmasının və qurtarmasının (yəni,
növbəti ayın – Şəvval ayının başlanmasının) göstəricisi - Ayın
görünməsidir. Ramazan ayının və ya Şəvval ayının əvvəlini təyin etməkdə
meyar, Gün batandan sonra görünən və həmçinin Günəşin qürubundan
(batmasından) əvvəl adi qaydada görünən Aydır. Ayın əvvəli bir neçə yolla sübut olunur: 1. İnsanın özü Ayı görsə; 2.
Sözlərindən yəqinlik (əminlik) hasil olan bir neçə nəfər Ayı
gördüklərini desələr, həmçinin yəqinlik hasil olan hər şeyin vasitəsilə
əmin olsa; 3. İki adil kişi "gecə Ayı
görmüşük" deyə xəbər versələr və sözlərində fərqləri, yalnız bəzi
xüsusiyyətləri ayırd etməkdə olsa (məsələn, biri desə «Ay ucada idi», o
biri desə «Ay ucada deyildi"); onların deməsi ilə ayın əvvəlinin olması
sübuta yetir; 4. Şəban ayının (Ramazan
ayından qabaqkı ay) əvvəlindən 30 gün keçsə, bununla Ramazan ayının
başlanması sübuta yetir; Ramazan ayının əvvəlindən 30 gün keçsə, bununla
Şəvval ayının başlanması sübuta yetir; (çünki, qəməri təqvimi ilə bir
ay 30 gündən çox ola bilməz); 5. Vilayət səlahiyyəti olan İslam alimi, ayın əvvəlinin (axırının) olmasına dair hökm versə. Qeyd:
Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəli olmasını bilməyən bir
şəxs, oruc tutmalıdır. Amma məğribdən (şam azanından) qabaq Şəvval
ayının əvvəli olduğu bilinsə, bu şəxs orucunu açmalıdır, çünki Şəvval
ayının 1-i Ramazan (Fitr) bayramıdır və bu gündə oruc tutmaq haramdır. Allahım!
Cəmi insanlara Fitr bayramının fəzilətlərindən və nemətlərindən
faydalanmağı nəsib et! Ümməti əziz Peyğəmbərin (s) və onun mübarək
Əhli-Beytinin (ə) pak yolunun yolçusu qərar ver! Amin! deyerler | |
Views: 815 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |