Şənbə günü, 2024-05-18, 6:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?
2013-07-07, 5:31 AM
RAMAZAN AYINDA QURBAN KƏSMƏK OLARMI?

Mübarək Ramazan ayında insanları maraqlandıran məqamlardan biri də qurban kəsməklə bağlıdır. Bunu redaksiyamıza edilən telefon zənglərindən də demək olar. Belə ki, bəzi oxucular "Ramazan ayında qurban kəsməyə icazə verilirmi” sualına cavab almaq istəyirlər.

Biz də onların suallarını ilahiyyatçı Kənan Rövşənoğluna ünvanladıq. Ekspert Ramazan ayında qurban kəsməyin bəyənilən əməllərdən olduğunu söylədi: "Dinimiz buna icazə verir. Bu ayda imkanlı şəxslər niyyət qurbanı kəsib insanlara paylaya bilər. Bununla belə, Allahın xatirinə yoxsullara, imkansızlara qurban kəsmək olar”. 
Bununla belə,  Kənan bəy Ramazanda günorta saatlarında süfrə açmağın bəyənilmədiyini də dedi: "Hüzn mərasimi olan insanları çıxmaq şərti ilə bu ayda günün günorta çağı süfrə açıb yeyib-içmək olmaz. Qurbanı kəsib paylamaqla həm də insana nəzir vermiş olursan”.

NAİLƏ

musavat.com

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 738 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]