Ramazan ayı bizə nələri öyrədir? - 11 ayın sultanı - Dəstəmaz-Namaz - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 1:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Ramazan ayı bizə nələri öyrədir?
2013-07-29, 7:13 PM

Ramazan ayı bizə nələri öyrədir?

 
Ramazan ayı elə bir aydır ki, bizə düzgün yaşamağın yollarını öyrədir.

 

1. Səhər tez yuxudan ayılmaq.

İslam dini səhər obaşdan durmağı həmişə mədh etmiş və bəyənilən əməl adlandırmışdır. Peyğəmbərimiz (s) və İmamlarımız (ə) səhər çağı dua və münacat etməyi çox tövsiyə etmişdilər. Böyük alimlərin bir çoxu səhərin bərəkətindən həmişə bəhrələnmiş və onun fəzilətini dərk etmişdilər.

İmam Əli (ə) buyurur: "Allahın zikri üçün gecə oyaq qalmaq - övliyanın qəniməti və xoşbəxtlərin bağçasıdır”.

Ramazan ayında insanlar gecəni oyaq qalmağa və səhər tezdən yuxudan ayılmağa adət edirlər. Bu gözəl adəti başqa aylarda da davam etdirməyə çalışaq.

 

2. Az yemək.

Çox təəssüf ki, yayılmış bəyənilməyən adətlərdən biri ləzzətli yeməklərə meylin çox olmasıdır. Ramazan ayı bizə öyrədir ki, biz ancaq yemək və içmək üçün xəlq edilməmişik. Sokrata deyirlər ki, sən niyə bu qədər az yeyirsən? Cavab verir: "Mən o qədər yeyirəm ki, sağ qalam, ancaq siz yemək üçün yaşayırsınız”.

Ramazan ayı bizə öyrədir ki, az yeməklə də yaşamaq mümkündür. Hədislərimiz də bizə çox yeməkdən çəkinməyimizi həmişə tövsiyə edir. Bəyənilməyən bu adətdən xilas olmaq üçün Ramazan ayı yaxşı bir fürsətdir. Çünki xəstəliklərin bir çoxu məhz çox yeməkdən qaynaqlanır.

Həzrət Peyğəmbər (s) buyurur: "Qəlblərinizi çox yemək və içməklə öldürməyin. Qəlb tarla kimidir, o zaman ki, suyu çox olar, ölər”.

"Mədə xəstəlik evidir və pəhriz - müalicənin başlanğıcıdır”.

 

3. Quranla ünsiyyət.

Ramazan ayı Quranın baharı hesab olunur. Bu ayda bir çox yerlərdə Quran tilavəti məclisləri qurulur. Ramazan ayının gətirdiyi ən gözəl adətərlədən biri də Quranla ünsiyyət bağlamaq və ona yaxın olmaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Quran - Allah ziyafətinin süfrəsidir. Bacardığınız qədər bu ziyafətdən öyrənin”.

İmam Əli (ə) buyurur: "Quranda böyük dərdlərin dərmanı vardır: küfr, nifaq, yolunu azmaq kimi (dərdlərin)”.

 

4. Yoxsulları başa düşmək.

Ramazan ayının gətirdiyi başqa bir fayda isə kasıb və yoxsul insanların halını dərk etməkdir. Peyğəmbərimiz (s) və övladları heç bir zaman yoxsulların halından qafil olmamışdılar.

Həzrət Peyğəmbər (s) buyurur: "Yoxsullarla dost olun. Çünki Qiyamət günü böyük dövlətləri olacaqdır”.

 

İnsan əgər aclıq və susuzluq çəkməzsə, yoxsulların çəkdiyi əziyyətdən xəbərdar ola bilməz. Bu ay bizlərə onların halından xəbərdar olmağı öyrədir. Ona görə də bu ayda ehtiyacı olanlara daha çox yardım olunur. Bu adəti başqa aylarda da davam etdirsək, çox yaxşı olar.

 

(Tebyan/deyerler)

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 313 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]