Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Qədr gecəsi
2013-07-25, 4:36 AM | |
بسم
الله الرحمن الرحيم اناانزلناه في ليله القدر و ماادريك ما ليله القدر
ليله القدر خير من الف شهر تنزل الملائكه والروح، فيها باذن ربهم من كل امر
سلام هي حتي مطلع الفجر Biz "onu" qədr gecəsində nazil etdik. Haradan biləsən ki, qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və o Ruh bu gecədə enirlər. Allahlarının izni ilə hər bir səmtdən! Günəş dənizinin qəfil yarılmasınadək salam olsun bu gecəyə! Tarix
bir qəbiristandır; uzun, qaranlıq, sakit, qəmli qəbiristan; əsrlər
ardıyca əsrlər boş və soyuq, ölümcül və qara; ard-arda gələn nəsillərin
hamısı bir-birinin təkrarı və davamçısı; həyatlar, düşüncələr və
hədəflər ənənəvi və irsi! Mədəniyyət, incəsət və iman ölü! Bu
təkrar gecələrdən birinin sarsılmış və sönük zülmətində bütün yuxuları
qaçırdan, yarımtavanları aşırdan qəfil bir hadisə, hərəkət, titrəyiş,
təkan! Qəlblərin dərinliyində bir
inqilab, ram və aram vicdanlarda tufan; dərd, acı, həyat, hərəkət,
dəhşət, səy, qarşıdurma, risk, eşq, üsyan, hədəf, əhd, iman və isar!
Böyük bir doğuşun nişanələri, Bir məsihin bətndə yaranma gecəsi,
qurtuluş doğacaq bir əsarət! Hər yerdə
qəfil həyat və hərəkət, ayrı bir həyatın başlanğıcı. Məlum ki, bu gecə
Allahın mələkləri həmin "Ruhla" birgə yerə, bu qara və məhv qəbiristana,
bütün insanların sklet olduğu qəbiristana eniblər! Bu qədr gecəsidir! Tale gecəsi, dəyər gecəsi, yeni bir insan olmaq gecəsi, yeni bir tarixin bünövrəsini qoyan sabahın başlanğıcı! Bu
gecə min aydan üstündür; sabahında qurban bayramı və şeytanın üç
mərkəzinin əzəmətli daşlanma mərasimi olan məşər gecəsidir! Eşq, isar,
qurbanlıq və qələbə torpağı olan Mina qapısının kənarındakı qaranlıq
gecədir! Tarix başdan başa bir-birinin
təkrarı olan aylardır; boş və barsız illər, heç nə yaratmayan, heç bir
sözü, mesajı olmayan əsrlərdir; yalnız ötüb keçir, qocaldırlar! Bu uzun
və sönük sırada bəzən bir gecə yaranır, bu gecə tarix qurur, yeni insan
yaradır; bu gecə ilahi mələklər yağışı yağmağa başlayır, bu gecə o Ruh
zamanın qəlibinə, bədəninə üfürür! Bu qədr gecəsidir! Bu
gecə min aydan üstündür, necə ki, hz. Məhəmmədin (s) iyirmi neçə illik
besəti, oyanışı bizim iyirmi neçə əsrlik tariximizdən üstün idi; o Ruhun
bir millətə, bir nəslə endiyi illər onun min illik tarixindən
üstündür! Bu gecə yağan yağışın hər bir
damlasında bu quru səhraya bir mələk düşür. Qurumuş kollara, yanmış
ağaclara, susamış tarlalara düşən damlalar, bahar, yaşıllıq, qızıl gül
müjdəsi verir. Bu qədr gecəsində olub yagan yagışın altında durub onun
damlalarını bədənində, alnında, dodağında, gözündə hiss etməmək, quru,
toz-torpaqlı yaşamaq necə də pis cəhalətdir?! Hər
kəs bir tarixdir! Ömür, hər bir insanın tarixidir. Və ayların təkrar,
soyuq, mənasız keçdiyi bu qısa insan tarixində bəzən qədr gecəsi olur.
Bu gecə insan vücudunun bütün üfüqlərindən mələklər yağır. Və o Ruh,
Ruhul-qüds, Allahın elçisi Cəbrəil sənə nazil olur. Və bu zaman bir
oyanış, risalət, missiya! Təbliğ üçün həaytın küncündən, təfəkkür və
ibadət etikafından, rahatlıq xəlvətindən, fərdçilik qülləsinin
zirvəsindən xalqa doğru enmək. Və bu zaman vuruş, döyüş, əzab, zəhmət,
səy, hicrət, cihad və özünü mesaja fəda etmək! Xatəmiyyətdən sonra peyğəmbər yoxdur! Lakin hər agah peyğəmbərlərin varisidir! Indi
o ruh enib, qədir gecəsindəyik, illər qədr gecəsi illəridir. Dünyamızı
öz çənginə alan, səmamızı zülmətə büriyən bu gecədə qeyb yağışı yağmağa
başlayıb; qulaq asın, onun incə və gözəl pıçıltısını eşidirsinizmi? Bu
səhranın gecəsində hətta bitgilərin bitmə səsini də eşitmək olar. Salam
bu gecəyə; qədir gecəsinə, min aydan, min ildən və min əsirdən üstün
olan gecəyə! Salam, salam, salam; günəşin səhranın qəlbini qəfil
yarmasına, üfüqün solmuş dodaqlarında şəfəqin qızıl gülünün açmasına,
günəş dənizinin zülmət torpağımıza və puç içimizə axmasınadək salam! Sübhədək bu gecəyə salam! Doktor Şəriəti Dilimizə çevirdi: Şamxal haqyolu | |
Views: 1177 | Downloads: 0 | Comments: 4 | Rating: 5.0/1 |
Total comments: 4 | |||||||||
|