Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Qədərsiz Qədr gecəsi بِ
2013-07-25, 4:24 AM | |
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr -
lüğətdə həm miqdar, həm də dəyər və miqdar mənasını verir. Bəs ayədə
necə? Nəzərdə tutulan hansı mənadır? Qədrin hansı məna verdiyi yalnız
surəyə verilən açıqlamada məlum olur. Birinci ayə: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!"
-Ey insan, əgər onu biz nazil etdiksə, deməli, qədr-qiymətini də
Bizdən gözlə. Onun qədr-qiymətini hesaba alan nə bir ölçü vahidi var, nə
də rəqəm. Quran Qədrin 1 000 aydan üstün olduğunu xəbər verir? 1 000
adi qədəddir, yoxsa çoxluq vahidi? Ərəb dilində 1 000-dən böyük ədəd
yoxdur, Milyon demək istədikdə belə, əlfin (minin) təkrarı ilə
qeyd olunmalıdır - əlfun və əlfun. Əgər mindən böyük ədəd yoxdursa,
demək, bu, sonsuzluqdan xəbər verir - Qədr gecəsinin fəzilətinin
sonsuzluğundan. Amma qyədə istifadə olunan (ay) "şəhr" kəlməsi bu barədə daha dərindən düşünməyə vadar edir. əgər çoxluq rəmzi olan "əlf" (min) kəlməsindən istifadə olunursa, onda bəs nə üçün "xəyrun min əlfi amin" (min ildən daha üstün) və ya "xəyrun min əlfi əsrin"
(min əsrdən daha üstün) kimi ibarələrdən istifadə olunmur. İş
burasındadır ki, min ay 83 il 4 aya bərabərdir ki, bu da adi insan
ömrünə bərabərdir. Ayənin mahiyyətini başa düşmək üçün paralel olaraq
kafirlərdən xəbər verən dörd ayəyə də diqqət yetirmək lazımdır. Qeyd
olunan ayələrə axirət dünyasının rüsvayedici əzabını görən müşrük və
kafirlərdən dünya həyatında neçə gün qaldıqları xəbər alınar: " (Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?” (Muminun- 112). Onların verəcəkləri cavab isə belə olur:" Onlar:
"Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların
əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab verəcəklər". (Muminun - 113)
Demək, dərk olunan hər Qədr gecəsi bir insan ömründən üstün, Allahsız
yaşanan bir insan ömrü isə bir gün və ya ondan da az vaxta bərabərdir.
Bəs nə üçün Qədr gecəsi sirr olaraq qalmaqdadır? Nə üçün Peyğəmbər
(s) və onun hansı gecə olduğunu xəbər vermədi? Versəydi, insanların
nəzərində adiləşəcək, öz dəyərini itirəcəkdirmi? Qədr gecəsinin dəqiq
məlum olmadığı bitr yana, onun hansı gecə olduğunun xəbər verilməməsi də
insanı düşünməyə vadar edir. Duxan surəsinin 3-cü ayəsində həmin gecə "mübarək"
(bərəkətli) adlandırılır, Bəqərə surəsinin 185-ci ayəsində isə gecənin
Ramazan ayında qərar tutduğundan xəbər verilir. Lakin bu qyələrdə də
Qədrin dəqiq hansı gecə olduğu barədə bir söz deyilmir. Nəql olunan
hədislərdə Qədr gecəsinin Ramazan ayının ən son günlüyünün tək
günlərində qərar tutduğu bildirilir. Lakin yenə də müəmma olaraq qalır.
Qədr gecəsini, Quran təbiri ilə desək, "rahatlıq tapan" "qəlbun
mutməinnə" dərk edər, həmin gecə də heç vaxt olmadığı qədər rahat və
arxayın olar. Həmin gecədə mələklər və ruh yer üzünə enər. Mələklər və ruh. Ruh nədir?
Ruh elə vəhyin özüdür. İnsana can verən, həyatına məna verən Allah
proqramı, Allah bəndələrini bu qədər sevər. Sən öz həyat tərzini qursan
belə, onu nöqsanlı qursan, qoy onu da mən qurum sənin üçün. Mən qurum,
sən də sadəcə yaşa. Mələklər və ruh enər. Amma Rəblərinin izni ilə. Qədr - Quranın qədrini bilənlərin Qədridir. Hədisi - Qüdsi: "Sənə elə bir ay bəxş etmişəm ki, onun gecələrindən biri min aya bərabərdir" | |
Views: 842 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |