Şənbə günü, 2024-05-18, 8:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

On bir ayın sultanı
2013-07-07, 5:24 AM
Bismillahir-Rəhmanir-Rəhim

 

On bir ayın sultanı

 

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْءَانُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran ramazan ayında nazil edilmişdir.”

"Bəqərə” surəsi, ayə 185.

Ramazan Allah Taalanın adlarından biridir. Ramazan kəlməsini təklikdə istifadə etmək olmaz. Məsələn: Ramazan başladı, ramazan qurtardı... Gərək "ay”, "mübarək” kəlmələrini ramazana əlavə edilsin. "Ramazan ayı”, "mübarək ramazan ayı” və sair. Bu barədə Hişam ibn Salim İmam Məhəmməd Baqir (ə)-dan bir rəvayət nəqrl edir.

فقال عليه السلام: لا تقولوا هذا رمضان، و لا ذهب رمضان و لا جاء رمضان، فان رمضان اسم من اسماء الله عز و جل لا يجيى و لا يذهب و انما يجيى‏ء و يذهب الزائل و لكن قولوا شهر رمضان فالشهر المضاف الى الاسم و الاسم اسم الله و هو الشهر الذى انزل فيه القرآن ...

"Heç vaxt "bu ramazandır, ramazan gəldi, ramazan qurtardı” deməyin. Çünki həqiqətən ramazan Allah Taalanın adlarından biridir, nə gəlməz, nə də getməz. Həqiqətən gəlib getmək (qurtarmaq) yox olmaq deməkdir. "Ramazan ayı” deyə söyləyin. "Ay” kəlməsi əlavə olunur (izafət birləşməsinin birinci tərəfi) ismə. İsmdə Allahın adıdır. O elə bir aydır ki, Quran həmin ayda nazil olub...”

"Biharul-ənvar”, 96-cı cild, səh: 376.

Mübarək Ramazan ayı möminlər üçün rəhmət, məğfirət, səadət ayı, münafiqlər üçün isə zillət və xar ayıdır. Salman Farsi (rəhmətullah) Rəsuli Əkrəm (s)-dən rəvayət edir ki, Şəban ayının axırı həzrət bizə moizə edərək buyurardı:

«خطبنا رسول الله صلى الله عليه و آله فى آخر يوم من شعبان، فقال يا ايها الناس قد اظلكم شهر عظيم مبارك، شهر فيه ليلة خير من الف شهر، جعل الله صيامه فريضة و قيام ليله تطوعا، من تقرب فيه بنافلة من الخير كان كمن ادى فريضة فيما سواه، و هو شهر الصبر، و الصبر ثوابه، الجنه، و شهر المواسات و شهر يزاد فى رزق المؤمن، و شهر اوله رحمة،و اوسطه مغفرة، و آخره عتق من النار، و هو للمؤمن غنم و للمنافق غرم‏»

"Rəsulullah (s) Şəban ayının axırı, (Ramazan ayının fəziləti barədə) xütbəsində bizə buyurdu: "Ey insanlar! Həqiqətən, artıq böyük və mübarək ay sizin üstünüzə gölgə salmışdır. (Bu ay elə bir) aydır ki, onda min aydan artıq olan bir gecə var. Allah Taala bu ayın orucunu vacib etmişdir. Gecələr ibadət etməyi müstəhəbb əməl qərar vermişdir. Hər kəs bu ayda Allaha yaxın olmaq üçün nafiləni əncam versə, sanki başqa aylarda vacib əməli yerinə yetirmiş kimi sayılır. Bu ay səbr ayıdır. Səbrində savabı behiştdir. (Bu) ay xeyirxahlıq və möminlərin ruzilərinin artdığı aydır. (Bu ay elə bir) aydır ki, əvvəli rəhmət, ortası məğfirət və axırı isə cəhənnəm odundan qurtarmaqdır. Bu (ay) möminlər üçün faydalı, münafiqlər üçün isə zərərlidir.”

"Müstədrəkul-vəsail”, səh: 436.

Böyük İslam Peyğəmbəri (s) Mübarək Ramazan ayının hilalını gördükdə həmişə dua edərdi. Şeyx Səduq (rəhmətullah) "Mən la yəzirhul-fəqih” kitabında yazır:

«و كان رسول الله صلى الله عليه و آله اذا اهل هلال شهر رمضان استقبل القبلة و رفع يديه و قال: «اللهم اهله علينا بالامن و الايمان،و السلامة و الاسلام، و العافية المجللة و الرزق الواسع، و دفع الاسقام، اللهم ارزقنا صيامه و قيامه و تلاوة القرآن فيه، و سلمه لنا، و تسلمه منا و سلمنا فيه‏»

"Eləki Rəsulullah (s) Ramazan ayının hilalını görərdi, üzü qibləyə dayanıb, mübarək əllərini qaldıraraq buyurardı: "İlahi! Bu ayı bizim üçün, yeni, salamatçılıq, əmin-amanlıq, qüvvətli, şükür edən, geniş ruzili, yalnışlıqdan uzaq olan aylardan qərar ver. İlahi! Bizə bu ayda, bu ayın orucnu tutumağı, ibadət etməyi, Quran oxumağı qismət elə. Bu ayı bizim üçün salamatçılıq, zərərsiz qərar ver və (bizi) bu (aya) zərər verənlərdən qərar vermə.”

"Mən la yəzirhul-fəqih”, 2-ci cild, səh: 100.

 

Mübarək Ramazan ayının fəzilətləri:

 

Mübarək Ramazan ayının fəziləti barədə həzrəti Rəsuli Əkrəm (s) buyurur:

قال رسول الله (صلى الله عليه و آله) لو يعلم العبد ما فى رمضان لود ان يكون رمضان السنة

"Əgər (Allahın) bəndəsi Ramazan ayında nələrin (bərəkətin) olduğunu bilsəydi, butun ilin Ramazan ayı olmasını istərdi.”

"Biharul-ənvar”, 93-cü cild, səh: 346.

Bu ayı başqa aylardan fərqləndirən bir neçə fəzilət vardır. Onlardan:

1. İnsanları hidayət edən müqəddəs Qurani kərim bu ayda nazil olub."Bəqərə” surəsi ayə 185. Həmçinin bu ayda Qurani Kərimi tilavət etməyin böyük savabı vardır. İmam Rza (ə) buyurur:

من قرا فى شهر رمضان اية من كتاب الله كان كمن ختم القران فى غيره من الشهور.

"Hər kəs Ramazan ayında Allahın kitabından bir ayə oxusa, elə bil başqa aylarda bütün Qurani xətm etmişdir.”

"Biharul-ənvar”, 93-cü cild, səh: 346.

2. Oruc tutmaq bu ayda vacib oldu.

Oruc tutmaq islam dininin əsaslarından biridir. İmam Məhəmməd Baqir (ə) buyurur:

بنى الاسلام على خمسة اشياء، على الصلوة و الزكاة و الحج و الصوم و الولايه.

"İslam dini beş şeylə möhkəmlənir. Namaz, zəkat, hacc, oruc və vəlayət (rəhbərlik, imamətlik).

"Firui-Kafi”, 4-cü cild, səh: 62, hədis 1.

Həzrəti Əli (ə) buyurur:

فرض الله ... الصيام ابتلاء لاخلاص الخلق‏

"Allah Taala insanların ixlasını öyrənmk üçün orucu vacib buyurdu.”

"Nəhcul-bəlağə”, 252-i hikmət.

Rəsuli əkrəm (s) buyurub:

الصوم فى الحر جهاد

"İsti (havada) oruc tutmaq cihaddır.”

"Biharul-ənvar”, 96-cı cild, səh: 257.

Həmçinin hədislərə əsasən oruc tutmaq, qiyaməti xatırlamaq, bədənin zəkatı, cəhənnəm oduna sipər, möminlərin baharı, Allah Taalanın huzuruda sevinmək və duaların qəbul olunması deməkdir.

 

3. Qədir gecəsi.

Qədir gecəsi elə bir gecədir ki, Qurani-kərim həmən gecə nazil olub, Allah Taala insanın bir illik müqəddəratını; ruzisini, ölümünü, səadətini və s. həmin gecə həll edir. Qədir gecəsinin fəziləti barədə Allah Taala Özü buyurur ki:

و ما ادريك ما ليلة القدر ليلة القدر خير من الف شهر.

"(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!”

"Qəd surəsi”, 2 və 3-cü ayələr.

Musa (ə) Allah Taala ilə söhbətində buyurur:

قال موسى (عليه السلام): الهى اريد قربك، قال: قربى لمن استيقظ ليلة القدر، قال:

الهى اريد رحمتك، قال: رحمتى لمن رحم المساكين ليلة القدر، قال:

الهى اريد الجواز على الصراط، قال: ذلك لمن تصدق بصدقة فى ليلة القدر، قال:

الهى اريد من اشجار الجنة و ثمارها، قال: ذلك لمن سبح تسبيحه فى ليلة القدر، قال:

الهى اريد النجاة من النار، قال: ذلك لمن استغفر فى ليلة القدر، قال:

الهى اريد رضاك، قال: رضاى لمن صلى ركعتين فى لية القدر.

"Musa (ə) deyir:

-İlahi, Sənə yaxın olmaq istəyirəm. Allah Taala buyurur:

-Qədir gecəsini oyaq qalan mənə yaxın olar. Musa deyir:

-İlahi, Sənin rəhmətini istəyirəm. Allah Taala buyurur:

-Mənim rəhmətim, qədir gecəsi miskinlərə rəhm edənə şamil olar. Musa deyir:

-İlahi, sirat körpüsündə keçməyi Səndən istəyirəm. Allah Taala buyurur:

-Bu, qədir gecəsi sədəqə verənə şamil olar. Musa deyir:

-İlahi, behiştin ağaclarını və meyvələrini Səndən istəyirəm. Allah Taala buyurur:

-Bunlar, qədir gecəsi təsbeh deyənlərə şamil olar. Musa deyir:

-İlahi, cəhənnəmdən nicat tapmaq istəyirəm. Allah Taala buyurur:

-Bu, qədir gecəsi istiğfar edənlərə şamil olar. Musa deyir:

-İlahi, Sənin razılığını istəyirəm. Allah Taala buyurur:

-Mənim razılığım qədir gecəsi iki rəkət namaz qılana şamil olar.”

"Müstədrəkul-vəsail”, 7-ci cild, səh: 458

 

Mübarək Ramazan ayının müstəhəbbi əməllərinin fəziləti:

1. Dua və tövbə etmək:

Əli (ə) buyurub:

قال على بن ابيطالب(ع): عليكم فى شهر رمضان بكثرة استغفار و الدعاء فاما الدعا فيدفع عنكم به البلاء و اما الاستغفار فتمحى به ذنوبكم.

"Ramazan ayında çoxlu dua və istiğfar edin. Sizin dualarınız bəlanı sizdən uzaqlaşdırar. İstiğfarınız isə günahlarınızı təmizləyər.”

"Əmali Şeyx Səduq”, səh: 61.

2. Etikaf:

Əhli-beyt (ə)-dan yetişən səhih hədislərə əsasən yaxşı olar ki, hər bir müsəlman imkan daxilində Mübarək Ramazan ayının axır on gününü məsciddə etikaf saxlasın. Rəsuli Əkrəm (s) həmişə belə edərdi. O həzrət buyurub:

قال رسول الله (صلى الله عليه و آله): اعتكاف عشر فى شهر رمضان تعدل حجتين و عمرتين.

"Ramazan ayının axır on günlüyündə etikaf saxlamaq iki hacc və iki ömrə (ziyarətinə) bərabərdir.”

"Vəsailuş-şiə”, 7-ci cild, səh: 397.

3. Quran oxumaq:

Mübarək Ramazan ayının ən gözəl əməllərindən biri də Quran oxumaqdır. Quran oxumağın hər bir zaman savabı vardır, lakin Qurani Kərim Ramazan ayında nazil olduğu üçün bu ayda oxumağın özünə məxsus savabı vardır. İmam Məhəmməd Baqir (ə) buyurur:

قال ابو جعفر (عليه السلام): لكل شى‏ء ربيع و ربيع القرآن شهر رمضان

"Hər bir şeyin baharı vardır. Quranın baharı Ramazan ayıdır.”

"Vəsailuş-şiə”, 7-ci cild, səh: 218.

4. Sədəqə vermək:

Bu haqda İmam Cəfər Sadiq (ə) buyurub:

عن ابى عبد الله عليه السلام: من تصدق فى شهر رمضان بصدقة صرف الله عنه سبعين نوعا من البلاء.

"Hər kəs mübarək Ramazan ayında sədəqə versə, Allah Taala yetmiş növ bəlanı ondan uzaqlaşdırar.”

"Biharul-ənvar”, 93-cü cild, səh: 316.

 


Hacı Zakir Babayev


islammaarifinde.com

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 696 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]