Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Fitr bayramının namazı
2013-08-09, 8:02 AM | |
Fitr bayramının namazı Bayram namazı (Fitr və Qurban namazları) İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühuru zamanı vacib olacaq. Hazırda İmam (ə.f.) qeybdə olduğu üçün bu namazın qılınması vacib deyil, müstəhəbdir. Bayram namazı həm fərdi qaydada, həm camaatla (rəcaən niyyətilə) qılına bilər. Bayram namazının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir. Bayram namazı (Fitr və Qurban namazları) 2 rükətdir. Birinci rükətdə "Fatihə” surəsindən və digər surədən sonra 5 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra təkbir deyilir (bu, artıq 6-cı təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə Fatihə” surəsindən və digər surədən sonra 4 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra təkbir deyilir (bu, artıq 5-ci təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salamlar deyilir. Bayram namazının qunutunda hər hansı dua oxuna bilər. Amma müstəhəbdir ki, bu dua oxunsun: Bayram namazının qunutunda oxunan müstəhəb dua Əllahummə əhləl-kibriyəi vəl ‘əzaməti və əhləl-cudi vəl-cəbəruti, və əhləl-‘əfvi vər-rahməti, və əhlət-təqva vəl-məğfirati, əs-əlukə bihəqqi həzəl-yəvmi, əl-ləzi cə’əltəhu lil-musliminə ‘idə, vəli Muhəmmədin salləllahu ‘əleyhi və əlihi zuxrən və şərafən və kəramətən və məzidə, ən tusalliyə ‘ələ Muhəmmədin və əli Muhəmməd, və ən tudxiləni fi kulli xeyrin ədxaltə fihi Muhəmmədən və ələ Muhəmməd, və ən tuxricəni min kulli su-in əxractə minhu Muhəmmədən və ələ Muhəmmədin saləvətukə ‘ələyhi və ‘ələyhim. Əllahummə inni əs-əlukə xeyra mə səələkə bihi ‘ibədukəs-salihunə və əuzu bikə mimməs-təazə minhu ‘ibədukəl-muxləsun. /Deyerler.org/ | |
Views: 1195 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |