Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
FİTR BAYRAMİ NAMAZİ
2013-07-25, 4:43 AM | |
FİTR BAYRAMİ NAMAZİ Bu
namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma
imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də
fərdi qılına bilər. Fitr
bayramı namazının vaxtı günəş doğandan günortayadəkdir. Amma
müstəhəbdir ki, fitr bayramının namazı günəş qalxdıqdan sonra iftardan,
fitrə zəkatı verildikdən sonra qılınsın. Fitr və qurban bayramı namazlarının qaydası Fitr
bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən sonra beş
təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan
sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir.
İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur.
Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və
salam deyilir. Bu
namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi
ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai vəl-əzəmə
və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva
vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə
əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və
kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən
tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və
ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin
sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi
ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun". Fitr bayramı namazıda müstəhəb əməllər Fitr bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir: 1. Bayram namazında qiraəti ucadan oxumaq. 2.
Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur
ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə
oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir). 3.
Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki,
birinci rəkətdə "Səbbihismi rəbbikəl-əla" surəsinin əvvəli, ikinci
rəkətdə "Vəş-Şəms" surəsi oxunsun. 4.
Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, Qurban
bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin. 5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun. 6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın. 7.
Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh,
günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər
deyilsin: "Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu
əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana" 8.
Qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram
gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh
namazı) başa vurub, eyni təkbirlər deyilir və əlavə olunur: "Əllahu
əkbəru əla ma rəzəqna min bəhimətil-ənami vəl-həmdu lillahi əla ma
əblana". Əgər Qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş
namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta
namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır. 9. Bayram namazı açıq fəzada qılınsın. Fitr bayramı namazının hökmləri Əgər
namazın təkbir və qunutlarının sayında şəkk yaransa, vaxtı ötməyibsə,
az ehtimal əsas götürülsün. Sonradan, deyilmiş olduğu bilinsə, namaz
düzgündür. Səhvən qiraət, ya təkbirlər, ya da qunutlar unudulsa, rükuya getdikdən sonra yada düşsə, namaz düzgündür. Bayram
namazında bir səcdə və ya təşəhhüd unudulsa, vacib ehtiyat budur ki,
namazdan sonra yerinə yetirilsin. Gündəlik namazlarda səcdeyi-səhvə
səbəb olan hal yaransa, vacib ehtiyat budur ki, səcdeyi-səhvi namazdan
sonra yerinə yetirsin. Allah orucunuzu qəbul eləsin! | |
Views: 998 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1 |
Total comments: 1 | ||||||
|