1000 aya bərabər Qədr gecələri - 11 ayın sultanı - Dəstəmaz-Namaz - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

1000 aya bərabər Qədr gecələri
2013-07-25, 4:33 AM
1000 aya bərabər Qədr gecələri
 
Qədr Quranın nazil olduğu gecələrə deyilir. Qurani-Kərimdə dəqiq günü qeyd olunmasa da, Peyğəmbər (s.ə.s) və Məsum imamlardan (ə) nəql olunan hədislərdə Ramazan ayının 19, 21 və 23-cü günlərinə təsadüf etdiyi göstərilir. Qədr gecələrinin dəqiq olaraq hansı günə təsadüf etdiyini bildirməməkdə məqsəd müsəlmanların Qədr gecələrinə daha çox önəm vermələri, onun həsrətində olmaları, eləcə də, ibadətlə mümkün qədər çox məşğul olmağa sövq etmələri olub. Quranın bir neçə ayəsində Qədr gecələri barədə buyurulur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik” ("Qədr” surəsi, ayə 1).
Digər ayələrdə, "Bəqərə” surəsi, ayə 185, "Duxan” surəsi, ayə 3-də də Qədr gecələrinin əzəmətinə işarə olunur.

Qədr gecələrinin Quran və hədislərdə əzəməti

"(Ya Peyğəmbər!) Sən bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)”
("Qədr” surəsi, ayə 2 və 3).
Günlərin biri Peyğəmbər (s.ə.s) səhabələrinə İsrail tayfası barədə söhbət edərkən onlar Yəhudilərin uzunömürlülüyünə qibtə edərək dedidlər: "İlahi, nə olaydı, bizə də uzun ömür əta edəydin və biz də bütün ömrümüzü Sənə ibadət etməyə həsr edərdik”. Bu əhvalatdan sonra Allah-Təala Öz peyğəmbərinə (s.ə.s) Qədr surəsini nazil etdi: "(Qədr gecəsi min aydan daha xeyirlidir)”. Yəni müsəlmanın bütün vücudu ilə Qədr gecəsini dərk edib ibadətlə məşğul olması onların yəhudilər tək min il yaşamalarından üstün və bərəkətlidir.

Qədr gecələrinin əməlləri
 
1. "Əhya gecəsinin qüslünü edirəm, qürbətənə iləllah” niyyətini etdikdən sonra qüsl almaq. Bu zaman əvvəlcə baş, sonra sağ, daha sonra isə sol tərəf yuyulur. Bu qüslün böyük savabı var.
2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Bunun mənası insanın sanki Quranı qarşılamasıdır.
3. Əhya gecələrini məscidlərdə qeyd etmək daha yaxşı olar. İmkan olmadıqda evlərdə də qeyd etmək olar, amma boş və mənasız söhbətlər əvəzinə Quran oxuyub, dualar etmək, Qədr gecələrinin ya da qəza namazlarını qılmaq yaxşı olar.
4. Qədr gecəsinin namazını qılmaq. Qədr gecəsinin namazı işa və sübh namazları arasında qılınır. Sübh namazı kimi iki rükət qılınır. Lakin hər rükətdə "Həmd” surəsindən sonra "İxlas” surəsi bir dəfə deyil, yeddi dəfə oxunur. Namazı qılıb qurtardıqdan sonra alını yerə qoyub 70 dəfə "Əstəğfürullah Rəbi və ətubu iləh” zikri deyilir.
5. Quranı başa qoyub Allaha, Onun peyğəmbərinə (s.ə.s) və Məsum imamların (ə) adlarına and vermək.
6. İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarətnamələrini oxumaq.
7. 100 rükət sübh namazı kimi 50 müstəhəb namaz qılmaq. Qəza namazları olanlar hər gecə 6 günlük qəza namazlarını qıla bilərlər.
8. Həzrət Muhəmməd (s.ə.s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək.
9. Cövşən-kəbir duasını oxumaq.
10. 100 dəfə İmam Əlinin (ə) qatilinə lənət oxumaq (Allahumməl ən qətələtə Əmirəlmuminin). Yəni İlahi, İmam Əlinin (ə) qatilinə lənət et!
11. 100 dəfə "Əstəğfürullah Rəbi və Ətubu iləhü” zikrini deyib edilən günahlara görə tövbə etmək.

Deyilənlərin hamısını yerinə yetirmək çətin olsa da, imkan daxilində qeyd olunanlara əməl etmək lazımdır. Unutmayaq ki, Qədr gecələri ilin hər gecəsi tək hər gün təkrarlanmır. Bu gecələri xüsusi olaraq qarşılamaq və qeyd etmək lazımdır. Allah bütün oruc və dualarınızı qəbul etsin. Amin!
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 308 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]