Şənbə günü, 2024-04-27, 7:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

Mən nədən qorxuram?
2012-12-12, 4:48 PM
Mən nədən qorxuram?

Allahdan başqa, Allah yoxdur demişəm. Muhamməd (s) onun rəsulu və quludur demişəm. Əli (ə) onun vəlisi və vəsisidir demişəm

Hər il Məhhərəmdə İmam Hüseynə (ə) əza saxlayıram. Yeri gələndə özümə camaat içində "məndən mömün olar?” desəm də ürəyimdə özümü mömin hesab edirəm. Amma qorxuram. Nədən? Yox Allahdan qorxmuram. Allahdan qorxum dildədir. Dilimdə Allahdan başqa heç kimdən qorxmuram desəm də, ürəyimdə Allahdan başqa hamıdan qorxuram. İşdən çıxarar deyə müdirdən, məndən mal almaz deyə alıcıdan, pulumu verməz deyə borc istəyəndən, işıq pulu yığandan. Nə bilim nədən, nədən...

Hər şeydən qorxuram. Qorxuram ki, mitinqə getsəm məni tutarlar. Balalarım başsız qalar. Qorxuram hətta danışmağa. Axı danışsam yerin də qulağı var. Çatdırarlar kimlərəsə. Gəlib apararlar məni, cibimə narkotik atıb tutarlar.Bəs nədəndir məndə bu xof, bu qorxu. Düşünürəm öz-özümə. Axı mən özümə müsəlman demişəm. Zərrə aləmində Allahın "mən sizin rəbbinizəmmi?” sualına "bəli demişəm.”

Burda isə Allahdan deyil, qullardan, özü də şeytanın qullarından qorxuram. Məsciddə azanımı kəsdilər, mən qorxdum, məscidimi sökmək istədilər mən qorxdum, balaca qızımın başından hicabını açdılar mən qorxdum. Səsimi də çıxarmadım. "Eybi yox hər şeyin cəzasını Allah verəcək” dedim. Susdum, həbsə atılan ruhanilər üçün- "Mənə nə var, danışaram başım ağrıyar"- dedim.

Amma...Bir şeyi hələ də başa düşə bilməmişəm. Yaxşı hər şeyi mənim yerimə allah edəcəkdisə məni niyə yaradıb? Axı mən niyə bu dünyadayam? Bax yəqin ki. Nə vaxtda bunu başa düşsəm hər şey öz yerinə düşər.

P.S. Bu yazını da qorxa-qorxa yazmışam. Məni tutmasalar yaxşıdır....

Əli Cəfəri

XəbərNamə

haqyolu


Category: Cəmiyyət | Added by: Ənfal
Views: 683 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 GADİR   (2012-12-13 9:54 AM) [Daxil et]
Salam aleykum.
Mirzə Ələkbər Sabirin şeiri yada düşür;

Payi-piyadə düşürəm çöllərə, --
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]