Şənbə günü, 2024-12-21, 6:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Cəhalət - ən rəzil sifətdir
2014-06-27, 12:08 PM

Cəhalət - ən rəzil sifətdir

(Ayətullah Məzahirinin əxlaq dərsindən)
 Əgər sizdən soruşsam ki, İslam dini nədir? Gərək deyəsiniz ki, İslam dini üç mürəkkəb hissədən ibarətdir: əqaid, əxlaq və əhkam.
Əqaid mövzularında gərək elə yerə çataq ki, şübhə ürəyimizə daxil olmaın. Allaha aid, Peyğəmbərə (s) aid, İmamlara (ə) və məada aid məsələlərdə.
Əhkam məsələləri üçün risalə vardır. Biz gərək mərcəyi-təqlidin risaləsini kamil bilək.
Əxlaq mövzularına gələndə isə 40 fəzilətli və 40 rəzil sifətlər vardır ki, biz gərək onları tanıyaq. Biz gərək rəzil sifətləri tanıyaq və bilək ki, xərçəngdən də pis mikrobdir. Bilək ki, onu necə dəf emtək olar. Həmçinin bilməliyik ki, fəzilətli sifətləri necə əldə edə bilərik. Bir ömür boyu rəzil sifətləri ürəyimizdən çıxartmağa çalışaq və təyyibə həyat yaşamağa çalışaq. Bu, vacibatların ən vacibidir.
“Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.) O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali İlahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər”. (“İbrahim” 24-25).
Ona görə də əgər sizdən soruşsalar ki, İslam dininin ən vacib əməli hansıdır? Gərək deyək ki, dini təhsil almaq, əqaid, əhkam və əxlaqla tanış olmaq.
Çox təəssüf ki, bu gün cavanlar elmi məclislərdən istifadə etmirlər. Bu, çox yaxşıdır ki, bir mərsiyə oxunsun və İmam Hüseyn (ə) üçün göz yaşı tökülsün. Savab qazanarıq, ancaq bu, hədəf deyildir. Bu yaxşıdır, alidir ki, ürək kövrəlsin və göz yaşı tökülsün. Bu zaman insan Həzrət Zəhra (s.ə) yanında sevilən olur. Lakin elmi məclislər bizə nə verir? Dindar olmağı. Dindar olmağın iki mənası vardır: əvvəl bilək və sonra əməl edək. Əgər bilməsək, nəyə əməl edərik? Quyuya düşərik. Bunları ciddi qəbul edin. Əgər sizdən soruşsam ki, nə qədər rəzil və fəzilətli sifət tanıyırsınız? Yəqin ki, 15 dənədən çoxunu saya bilməzsiniz.
Əmirəl-möminin (ə) Müaviyəyə (lən) bir məktub yazır və buyurur: “Müaviyə, mən eşitmisəm ki, sən məscid tikirsən. Yəni, insanların pulunu zorla alırsan və məscid tikirsən. Sən o qadına bənzəyirsən ki, cahiliyət dövründə zina edir və pulu yoxsullara verirdi. Ona deyirdilər ki, nə zina et və nə də sədəqə ver. Əgər zina edib o pulla sədəqə verilsə, cahillikdir və bədbəxtlikdir. Bu, həmişə olmuşdur. Cəhalət - ən rəzil sifətdir. Cəhalət insanı quyuya atar və bu quyudan çıxmaq çətin məsələdir”.
Bu hədisdən göründüyü kimi, cəhalət hər cür bəlanın başıdır. Biz gərək bu quyuya düşməyək və dinimiz haqqında elmimiz olsun. (Tebyan)
 

deyerler.org

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 2557 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]