Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2014-08-15, 9:50 AM | |
Axirət evini qazan, dünyadakı nəsibini də unutma
İnsanın qəflət və üsyandan amanda qalmasına yardım edə bilən amillərdən biri də moizədir. Moizə ürəkləri dirçəldər, ürəklərə rahatlıq verər. İnsana ali məqsədinə çatmaq üçün yardım edər. Ona görə də Allah Təala, həm Peyğəmbər (s) və həm də Məsum İmamlar (ə) vasitəsilə moizənin xüsusi əhəmiyyətini çatdırmışdır. Bu moizələr bizim üçün böyük sərmayədir. (Tebyan) Böyük alimlər hər zaman xütbə deməyə xüsusi əhəmiyyət veriblər. Öz İlahi vəzifələrdən birini moizə deməkdə görürlər. Mərhum Hacı Şeyx Abbas Qumi o kəslərdən idi ki, bu yolda xüsusi səy göstərmişdi. Mərhum Hacı Şeyx Cəfər Şuştəri də bu cür alimlərdən idi. Moizə insanı haqq yoluna yönəldər və tərbiyə edər. Allah Təalanın Quranda etdiyi möizələrdən biri də bu mübarək ayədir: «Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz». (“Qəsəs” 77). Bu nurani ayədə bir neçə nəsihət mövcuddur. Allah hər bir insanı yaradan zaman onun ixtiyarına müəyyən qədər sərmayə qoyar. İnsan ömrü də bu sərmayələrdən biridir. Mal, istedad, abır, fürsətlər, cavanlıq, müəllimlər, yaxşı dostlar - bütün bunlar Allah Təalanın biz insanlara verdiyi sərmayədir. Onlar çox dəyərli sərmayələrdir. Lakin bəzən insan bu sərmayəyə diqqət edər və onu tanıyar. Bu zaman onu elə bir şeylərə xərcləyər ki, fanidir və qalıcı deyildir. Ancaq bəzən də ona diqqət edər, elə şeylərə xərcləyər ki, axirətini abad edər. Yəni, axirət üçün xəzinə edər. Qiyaməti üçün azuqə toplayar. İnsan gərək bu moizəni axirəti üçün vasitə qərar versin. Keçici işləri üçün sərf etməsin. /Deyerler.org/ | |
Views: 2474 | Downloads: 0 | Rating: 4.0/2 |
Total comments: 0 | |